| |
|
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Fantastik qiymətdir“ - Aviabiletlər niyə kəskin bahalaşıb?
Tarix 26.07.26, 21:02 |
|
Azərbaycanda aviabiletlərin baha olması son dövrlərdə həm turizm sektorunda, həm də ümumi iqtisadi mühitdə ciddi narahatlıq doğurur. Son günlər Bakı-Türkiyə istiqamətində aviabiletlərin baha olması ilə bağlı narazılıqlar sosial şəbəkələrə də yol tapır. Həm tətil üçün istirahətə gedənlər, həm tələbə övladları tətilə gələnlər və başqaları qiymətin baha olmasından şikayətlənirlər. Xüsusən Bakı-Ankara və Bakı-İstanbul istiqamətində qiymətlərin yüksək olması ilə bağlı paylaşımlar diqqət çəkir. "Ankara-Tbilisi-Bakı marşrutu ilə uçuşlar daha ucuz başa gəlir, lakin bu seçim sərnişinlər üçün əlavə çətinliklər, xüsusilə baqajla bağlı problemlər yaradır", - deyə narazılıqlar qeyd edirlər.
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Bugünlərdə məsələ Milli Məclisdə də qaldırılıb. Millət vəkili Göydəniz Qəhrəmanov qeyd edib ki, turizm və aviasiya sahələrinin qarşılıqlı inkişafı ölkənin regionun aparıcı turizm mərkəzlərindən birinə çevrilməsində mühüm amillərdən biridir: "Aviabiletlərin daha əlçatan olması ölkəyə gələn turistlərin sayının artmasına, turizm sənayesində fəaliyyət göstərən digər sahələrin gəlirlərinin yüksəlməsinə, eləcə də yeni iş yerlərinin açılmasına müsbət təsir göstərə bilər".
Potensial turistləri itirmək riski
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayev bu yaxınlarda mətbuata müsahibəsində aviabiletlərin baha olması ilə bağlı iradlara cavabında bildirmişdi ki, qiymət formalaşması beynəlxalq aviasiya standartlarına uyğun şəkildə həyata keçirilir və AZAL da bu istiqamətdə aparıcı beynəlxalq aviaşirkətlərin tətbiq etdiyi yanaşma və prinsiplərə əsaslanaraq fəaliyyət göstərir.
Turizm mütəxəssisləri isə hesab edirlər ki, aviaqiymətlərin yüksək qalması ölkəyə turist axınına mənfi təsir göstərir və bu sahədə təxirəsalınmaz addımların atılmasını zəruri edir. Yəni aviabiletlərin qiymətlərinin baha olması nəticəsində Azərbaycan potensial turistlərin bir qismini itirmək riski ilə üz-üzə qalır. Bu tendensiya davam edərsə, ölkədə turizm sektorunun inkişafı ciddi çətinliklərlə üzləşə bilər.
Aviabiletlər ikiqat bahalaşıb
Turizmçi Lalə Paşayevanın sözlərinə görə, yay mövsümündə biletlər həmişə baha olur, amma bu dəfə səbəb bir qədər fərqlidir: "Dünya üzrə yanacaq qiymətinin qalxması bir çox ölkələrin aviareyslərinə təsir etdi. Bəziləri uçuşları ləğv etdilər və ya təxirə saldılar. Amma qiymət artımı bizdə daha yüksəkdir. Məsələn, əvvəl İstanbula gediş-dönüş biletini 600 AZN-ə ala bilirdiksə, indi bir tərəfə uçuş o qiymətədir. Yəni ikiqat bahalaşma var. Biz bu dərəcədə gözləmirdik. Hesab edirdik ki, bahalaşma təxminən 100-200 manat civarında olar. Bu baxımdan, narazılıqlar çoxdur. Məsələn, hazırda Dubaya biletin qiyməti 1 000 manatdan yuxarıdır".
Aviabiletin baha olması turizmə mənfi təsir edir
Turizmçi aviabiletin baha olmasının gediş-gəliş turizminə ciddi təsir etdiyini deyir: "Yəqin biletlərin bahalığı səbəbindəndir ki, səyahət edənlərin sayı azalıb. Xüsusən ölkəyə gələnlərin sayında azalma var. Turizm şirkətlərinin işi də azalıb və bəziləri ziyanla işləyirlər. Düzdür, aviareyslərdə qiymət siyasəti beynəlxalq siyasətə uyğun aparılır, amma bu, bizdə daha çox şişirdilir. Amma düşünmürəm ki, bizim narazılığımızla bu sahədə nəsə dəyişsin". Turizmçi qiymət artımının bizdəki hava limanı vergisinin baha olması ilə əlqələndirilməsinə münasibət bildirdi: "Bizim hava limanı vergiləri digər ölkələrdən bahadır. Bu vergini yeni hava limanı tikiləndə qaldırdılar. O vaxtdan da aşağı salınmadı. Gürcüstanda hava limanı vergiləri bizimki ilə müqayisədə çox aşağıdır. Ona görə orada aviabiletlər daha ucuzdur".
"Regionlardakı hava limanlarından da istifadə etmək olar"
"Hər hansı turist istənilən ölkəyə səfər etmək istəyərkən öncə biletlərin qiyməti ilə maraqlanır"- deyə turizmçi Anar Həsənov bildirir: "Çünki hotel növü onsuz da müxtəlifdir. Turist 1-5 ulduzlu hoteldə və ya qiymətlər münasib olsa, evdə də qala bilər. Amma aviabiletlərlə bağlı belə alternativlər yoxdur. Gürcüstan turizmi necə inkişaf etdi? Avropaya 30-50 dollara biletlər satılırdı. Nəticədə ölkəyə kütləvi turist axını oldu. Avtomatik Gürcüstan turizmində də inkişaf baş verdi. Hotellər inkişaf etdi, yerli əhali hotellərə qida məhsulları satmağa başladı, onlar da qazandı. Bütün bunlar zəncirvari olaraq bir-biri ilə bağlıdır".
"Eyni məsafə üzrə qayıdış biletinin baha olması nə dərəcədə düzgündür?"
Turizmçinin fikrincə, turistlərin gediş-gəlişi üçün regionların hava limanlarından da istifadə etmək olar: "Əgər söhbət Bakı hava limanının baha olmasından gedirsə, qoy Qəbələ, Lənkəran, Gəncə hava limanlarının xidmətlərindən də istifadə olunsun. Bəzən "multi-city" tarifləri ayrıca alınan uçuşlardan daha sərfəli hesablanır. Aviaşirkətlər biletləri məsafəyə görə deyil, tələbə, rəqabətə və marşrut üzrə gəlir idarəetməsinə görə qiymətləndirirlər. Buna görə bəzən daha uzun marşrut daha ucuz ola bilir. Bu, beynəlxalq təcrübədə var".
"Bu sahədə tənzimləmə mütləq olmalıdır"
Turizmçi bildirir ki, hazırda bizdə mövcud olan aviabilet qiymətləri ölkəmizə gələn turist sayına kəskin mənfi təsir edir: "Vaxt vardı ki, Hindistandan Bakıya 200-300 dollara biletlər satılırdı. Deyirdik ki, Hindistan bazarını Azərbaycana gətirəcəyik. Son zamanlar bu biletlər 2 000-3 000 manata satılırdı. Nə dəyişmişdi ki, qiymətlər bu qədər qalxsın? AZAL-ın Gürcüstana gediş bileti 200, geri qayıdış bileti isə 300 AZN-dir. Eyni məsafə və uçuş üzrə qayıdış biletinin 30-50 faiz baha olması nə dərəcədə düzgündür? Gedən adam geri qayıtmalıdır və məcburdur ki, bu qiymətə bilet alsın. Qiymət dəyişməsə, bazarın inkişafından söz gedə bilməz". A.Həsənov Türkiyə şəhərlərinə aviabiletlərin baha olmasına da toxundu: "Bir ay əvvəl İzmirə tədbirə gedəndə ekonom sinif üzrə bileti 1 150 manata aldım. Bu, fantastik qiymətdir. Bu sahədə tənzimləmə mütləq olmalıdır".
Xəbərin oxunma sayı : 79
Sosial
Xəbərlər
-
Böyük Britaniyanın müdafiə naziri: Avropa Trampa təşəkkür etməlidir
-
Mahsun Kırmızıgül və daha 4 məşhur prokurorluğa çağırıldı - Ahbap dərnəyi ilə bağlı
-
“Şapka Mamed”in ətrafında çəmbər daralır - 100 milyonluq kredit maxinasiyası
-
Tamaşaçılar ən çox hansı kanallara baxırlar? - AzTV və Real TV-nin verilişləri ilk 15-də yoxdur
-
ABŞ-dan Ukrayna müharibəsini bitirmək üçün yeni cəhd - Bu hücumlara son qoyulmalıdır...
-
Dünya çempionatı Bakıda keçiriləcək - Prezident sərəncam imzaladı
-
Prezident bu qanunlara da dəyişikliyi təsdiq edib - DETALLAR
-
Tramp İranla bağlı üç variantı nəzərdən keçirir - “The New York Times”
-
Azərbaycanın İstanbul və Qars baş konsulları geri çağırıldı - Yeniləri təyin edildi
-
Binəqədi-Novxanı-Mehdiabad yolunda obyektdə yanğın olub - VİDEO
-
Kredit borcu problemi həll olunur? - Yeni qaydalar hazırlanır
-
Sumqayıtda aylar öncə qazılan yol niyə hələ də bərpa edilmir? - VİDEO
-
Bakıda qeyri-adi qəza: Taksi sürücüsü qaçdı, sərxoş sərnişin sükana keçdi
-
Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi”: Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi
-
Şahin Bağırov baş idarəyə rəis təyin etdi - FOTO
-
DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi - VİDEO
-
Abşeronda külək elektrik enerjisini kəsdi: Qatarların hərəkəti yubandı
-
15 ildir qaz xətti keçən kəndin niyə qazı yoxdur? - VİDEO
-
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
-
Bakıda obyekt ərazisini genişləndirmək üçün yaşıllıqları məhv edir? - VİDEO
-
Havada tozun miqdarı normadan 1,7 dəfə artıqdır - Nə qədər davam edəcək?
-
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
-
Xırdalan-Novxanı yolunda niyə yerüstü piyada keçidi yoxdur? - VİDEO
-
“ABŞ İsrail ordusunun Qəzza, Suriya və Livandan çıxarılmasını tələb edir“ - Netanyahu
-
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
-
Müdir maaşa görə etiraz edən işçini döyüb? - VİDEO
-
B kateqoriyalı sürücülük vəsiqəsi ilə avtomobil idarə edənlərə xəbərdarlıq - VİDEO
-
Antarktidada nəhəng əraziyə heç bir ölkə iddia etmir: Səbəbi nədir?
-
““Hizbullah“ın müdafiəsi İranın strateji siyasətidir“ - Xamenei
-
Bakıda və Abşeronda temperatur 3-4 dərəcə enəcək - Sabahın havası
-
Türkiyə millisindən tarixi zəfər - ÇEMPİON OLDU!
-
“Fantastik qiymətdir“ - Aviabiletlər niyə kəskin bahalaşıb?
-
İyulun 27-si və 28-də dənizə girmək təhlükəlidir - Fövqəladə Hallar Nazirliyi
-
Səbaildə torpaq sürüşməsinə görə bağlanan yolda təmir işləri niyə aparılmır? - VİDEO
-
Rusiya miqrantlara yeni şərtlər qoydu: Gəliri az olanlar ölkəni tərk edə bilərlər
-
Azərbaycanda ən çox bazar bu bölgədədir - SİYAHI
-
“Hücumlar davam etsə, müharibənin coğrafiyası genişlənəcək“ - İran ordusu
-
“Putin şəhər və mobil telefonlarından istifadə etmir“ - Peskov
-
Biləcəridə yol çöküb, hərəkət iflic olub - VİDEO
-
Avropa alov içində: 250 mindən çox insan təxliyə edildi
-
İnternetdə dələduzluq dalğası: Kibertəhlükələrin qarşısı necə alınır?
-
Zelenski kəşfiyyat məlumatlarını açıqladı - Rusiya yeni səfərbərliyə hazırlaşır
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
“İranın hədəfi qonşu ölkələr deyil, ABŞ-dir“ - Əraqçı
-
Dənizdə batan şəxs prokurorluqda müstəntiq işləyirmiş - FOTO
-
Tbilisi-Bakı qatarına niyə bilet tapılmır? - VİDEO
-
Azərbaycanda futbol klubu satıldı - 400 min manata
-
“Sursat ehtiyatlarımız tükənir“ - Pentaqon rəhbərliyindən Trampa xəb
-
Xəzərin sahilində 10 yeni ictimai çimərlik yaradılıb - VİDEO
-
40 dərəcə isti olacaq - Sabahın hava proqnozu
-
İlham Əliyev Məhəmməd Muizzuya təbrik məktubu ünvanlayıb - MƏTN
-
Bağlanacağı deyilən Bakı Qızlar Universitetinin rektoru danışdı - VİDEO
-
Parisdə terror aktının qarşısı alındı - Xüsusi əməliyyat
-
Naxçıvanda təcili tibbi yardım maşını aşdı - 4 nəfər xəsarət aldı
-
Azərbaycanın bəzi rayonlarında 39 dərəcə isti qeydə alınıb - Faktiki hava
-
İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO
-
“SK Servis“ yenə milyonluq tender qazandı: 7,3 milyon tender udan şirkətin əlaqə vasitəsi yoxdur
-
Nizami rayonunda yeni tikilən çoxmərtəbəli binanın yaratdığı problem - VİDEO
-
Ukrayna Xəzərdə İrana aid ticarət gəmisini vurub - Ölən və yaralananlar var
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
“Yeni nəsə icad etməyəcəyəm, amma...“ - Yürgen Klopp
-
“Zolotaya Korona” bu ölkələrə pul köçürə bilməyəcək - Azərbaycan da siyahıda varmı?
-
Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR
-
İran Hörmüz boğazında öz hüquqlarını müdafiə etməyə davam edəcək - Əraqçi
-
Masazırda torpaq qalmaqalı: “Anamın adına olan sahəni başqalarına satıblar“
-
Bakıətrafı qəsəbələrin dəmir yolu şəbəkəsi genişləndirilir - VİDEO
-
49 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlanıb - AQTA
-
“Si Cinpin və Putin İrana silah satmayacaqlarına söz veriblər“ - Tramp
-
Nazirlik səhvini başa düşdü və bizdən üzr istədi - Anar
-
8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub - 2 nəfər vəzifədən azad edilib
-
Arayikgilin məhkəməsində prokurorlar çıxış etdi - FOTOLAR
-
PA Vətəndaş Qəbulu Mərkəzinin avqust ayı üzrə qəbul günləri - CƏDVƏL
-
Tramp və Zelenski Vaşinqtonda görüşəcəklər - Vaxtı məlum oldu
-
Avtobusda sərnişinin çantasından 440 manat oğurladı - Həbs olundu
-
“Bütün məsuliyyət Vado Korovinin üzərinə düşür...“ - SPACE TV rəsmi açıqlama yaydı
-
1 həftədə 19 min manatdan çox ziyan dəyib - Dövlət Xidməti
-
Azərbaycanın ən çox və ən az pul xərcləyən rayonları - TAM SİYAHI
-
Pakistanda nəzarət-buraxılış məntəqəsinə hücum - 14 nəfər həlak oldu
-
Moskvadan getdi, indi oranı dronla vuranların başındadır - TƏFƏRRÜAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Türkiyədə miqrant əməliyyatı: Azərbaycan vətəndaşı saxlanıldı
-
Vizanız bir anda ləğv oluna bilər: ABŞ yeni qaydaları açıqladı
-
Atası təsisçi, qızı rektordur - Qalmaqallı universitet kimə məxsusdur?
-
“Dr. Gülü”nün daha bir əməliyyat görüntüsü yayıldı - VİDEO
-
Elşad Abbasovun “Embafinans“dan gəliri açıqlandı - Nə qədər qazanır?
-
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
-
Bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
-
İcra başçısı rəisi işdən çıxardı: Yenisini təyin etdi - FOTO
-
Azərbaycanın Türkiyədəki yeni səfiri Rəşad Aslanov kimdir? - DOSYE
-
Səudiyyə şahzadəsinin otel otağında sirli ölümü - İstintaq təfərrüatları açıqladı
-
Dərmanlarla bağlı qərar: Qiymətlər artacaq, yoxsa ucuzlaşacaq?
-
Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb - Türkiyəyə təyin edilib
-
Prezdent Türkiyədəki səfirimizi geri çağırdı - YENİ TƏYİNAT
-
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
-
İpoteka almaq daha asan olacaq: Süni intellekt prosesə qoşulur
-
“Space TV“nin bank hesablarına həbs qoyuldu - SƏBƏB
-
Azərbaycanda bu qədər ipoteka krediti verilib - RƏSMİ
-
Təsərrüfat sahiblərinin nəzərinə - Yeni qayda təsdiqləndi
-
Özgür Özəl 91 deputatla birlikdə CHP-dən istefa verdi - Yeni partiya yaradıldı
-
“ABŞ-ın yeni gömrük rüsumları xoşagəlməz sürpriz oldu“ - Kallas
-
Temperatur çox yüksək olacaq - Nazirlikdən XƏBƏRDARLIQ
-
Bakının bu qəsəbəsinə qatar yenidən gələcək - Stansiya da bərpa edilir
-
8-ci kilometr bazarı ətrafında aparılan yol təmiri sahibkarlara ziyan vurdu - VİDEO
-
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi - Nələr müzakirə olunub?
-
Binədə iki avtobus toqquşub - 22 nəfər xəsarət alıb
-
Abşeron RİH 57 min manata smeta alır - TENDER
-
Xəzərdə batan 3 nəfərin axtarışları davam edir - VİDEO
-
Böyükşor-Pirşağı yolu niyə gec xətlənib? - VİDEO
-
Konqres Trampa İran müharibəni qadağan etdi - Qətnaməni təsdiqlədi
-
Azərbaycanda avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
-
Böyük Qayıdış davam edir: Cəbrayıl, Ağdərə və Xocalıya növbəti köç yola salındı
-
Şiddətli istilər Böyük Britaniya iqtisadiyyatına 1.5 milyard avroya başa gəlib - “Bloomberg“
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Azərbaycan klublarının yay transferləri - Kim gəlir, kim gedir?
-
İsrail yenə “Əl-Əqsa“ məscidinə hücum etdi - Türkiyə XİN bəyanat yaydı
-
Dövlət satınalmalarının 51 faizindən çoxunda qiymət fərqi 20 faizi ötüb - Hesablama Palatasının sədri
-
ABŞ quru qoşunlarını İrana yeritməyə hazırlaşır - Ələ keçiriləcək ərazilər açıqlandı
-
Metroda “NFC” ödənişində yaranan problemin səbəbi nədir? - VİDEO
-
Xırdalan dəmiryol stansiyasının ətrafında xaotik vəziyyət - VİDEO
-
Akkreditasiyadan keçməyən universitetin sahibi danışdı: “Bunun arxasında duranlara...”
TOP 10
ARXİV






