“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Mahsun Kırmızıgül və daha 4 məşhur prokurorluğa çağırıldı - Ahbap dərnəyi ilə bağlı

Tarix 27.07.26, 15:39

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədə Ahbap dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində daha beş tanınmış şəxsin ifadə vermək üçün prokurorluğa çağırıldığı bildirilir.

Türkiyə KİV-in məlumatına görə, ifadəyə çağırılanlar arasında jurnalist Uğur Dündar, müğənni və rejissor Mahsun Kırmızıgül, müğənni və aktrisa Gülben Ergen, aktrisa Elçin Sangu və rok ifaçısı Hayko Cepkin yer alır.
İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində sözügedən şəxslərdən məlumat və ifadə alınması nəzərdə tutulur. Onların hansı statusda dindirilməsi ilə bağlı isə hələlik rəsmi açıqlama verilməyib.

Bundan əvvəl də jurnalistlər Fatih Portakal, Fatih Altaylı, Ruşen Çakır, Ece Üner, eləcə də aktyor Şahan Gökbakar və aktrisa Hazal Kaya da daxil olmaqla bir sıra tanınmış şəxslər ifadə verməyə çağırılmışdı.

Bildirilir ki, istintaq çərçivəsində Ahbap dərnəyinə ianə edən məşhurların siyahısı və etdikləri ianələrin məbləği də araşdırma materiallarına daxil edilib.

Qeyd edək ki, Ahbap dərnəyi 2023-cü ildə Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra topladığı ianələr və həyata keçirdiyi yardım kampaniyaları ilə gündəmə gəlmişdi. (Milli.Az)



Xəbərin oxunma sayı : 373




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap