Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

Tarix 06.06.26, 11:49

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda siqaret bazarında növbəti qiymət artımı gözlənilir. Yerli mətbuatda yer alan xəbərlərə görə, yaxın günlərdə siqaretlərin pərakəndə satış qiymətlərində 20-30 qəpik civarında artım baş verə bilər.

Bu haqda məlumat verən etibarlı mənbənin sözlərinə görə, gözlənilən bahalaşma ilə əlaqədar olaraq bəzi məhəllə mağazaları, marketlər və köşklər siqaret məhsullarının yeni partiyalarını qəbul etməyə tələsmir.

Nəticədə bir sıra satış məntəqələrində müəyyən markalar üzrə çatışmazlıq müşahidə olunur. Sezar pizza

AzFakt.com xəbər verir ki, Respublikaçı Alternativ (REAL) Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli "Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda siqaretin qiymətinin artması vergi və aksiz dərəcələrilə bağlıdır: 

"Bu sosial və həssas məsələ olmadığına görə hökumət rahat bir şəkildə vergiləri artırır və bu dünyanın hər yerində belədir. Çox güman ki, növbəti vergi və aksiz artımları siqaret qiymətlərinə də yansıyacaq və qiymətlərdə artım müşahidə olunacaq. 

Bunun da sosial tərəfi ondan ibarətdir ki, siqaretin qiyməti artıqca ondan imtina edən vətəndaşların sayı artacaq”.

İqtisadçı qeyd edib ki, bu məsələdə "qızıl ortanı" tutmaq lazımdır:

"Çünki Azərbaycanda siqaret həddindən artıq bahalaşarsa, yəni qonşu ölkələrlə qiymət fərqi çox olarsa, o zaman ölkəmizə qaçaqmalçılıq yolu ilə siqaret gətirmək istəyənlərin də sayı kəskin şəkildə arta bilər”.



Xəbərin oxunma sayı : 1288




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap