Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Sabah hər şeyi görəcəksiniz” - Millimizin baş məşqçisi

Tarix 04.09.24, 21:13

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında sabah İsveçə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Mütəxəssis mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Təyinatınızdan sonra birinci dəfə milli ilə çalışdınız. Hazırlıq necə keçdi, nələri gördünüz?

– Çox məşq etməmişik. Əsas rəqibin üstün və zəif cəhətlərini təhlil etmişik. Oyunçular özləri də başa düşür ki, çətinlik olacaq. Vacib olan qələbə istəyidir, futbolçularda bunu görürəm. Milliyə gələnlər yaxşı vəziyyətdədir, demək olar, hamısı klublarında oynayanlardır. Sadəcə onları yığmaya uyğunlaşdırmaq lazımdır.

– Sanki qayğılı görünürsünüz…

– Rəqibi izləmişik. Onları təhlil etmişik və oyunçularımıza izah etmişik ki, onlar nədə yaxşdırlar, nədə boşluqlar verirlər. Futbolçulara əsas izah etdiyimiz onların hücumu zamanı necə müdafiə olunacağımız və hücuma necə çıxacağımızdır. Rəqibin nələrdə güclü olduqlarını başa düşməliyik və qarşılarını almağa çalışmalıyıq.

– Bundan əvvəlki konfransınızda futbolçuların fiziki durumlarının klublarla bağlı olduğunu dediniz. Belə fikir yarandı ki, baş verə biləcək uğursuzluğu əvvəldən sığortaladınız…

– Milliyə gələnlər klublarında mütəmadi oynayır və fiziki formaları yaxşıdır. Səbirli olun, sabah hər şeyi görəcəksiniz.

– Millinin lideri kimdir?

– Oyunçular olaraq heç vaxt fərdi danışmıram.

– Qapıçı mövqeyində kim oynayacaq?

– Əsas heyətlə bağlı hələ qərar verməmişəm.



Xəbərin oxunma sayı : 1201




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap