Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

“Səhlənkarlıqlar ört-basdır edilir“ - İlqar Mikayıloğlu (VİDEO)

Tarix 16.01.25, 15:46

Font ölçüsü : - / +
bitmap-img6


ARB TV-nin "Günə Bax” verilişinin aparıcısı İlqar Mikayıloğlu TƏBİB-in fəaliyyətindəki nöqsanlara toxunub. 

AzFakt.com xəbər verir, aparıcı bunları deyib:

"Kanal S"də işləyən bir həmkarım efir vaxtı Təcili Tibbi Yardıma zəng edir və çağrı mərkəzindən cavab vermirlər. Nəzərə alsaq ki, söhbət insan taleyindən gedir, 7 dəqiqə uzun müddət sayılır. Niyə cavab verilmir? Müraciət edirəm, hörmətli TƏBİB, nə baş verir? Biz sizə ötən ilin dekabrında sorğu göndərmişik və indi başa düşürəm ki, siz bizim sorğumuza niyə cavab verməmisiniz. Əgər Təcili Tibbi Yardım zənglərə 7 dəqiqə cavab vermirsə, onda biz də 7 il gözləməliyik?! 

Bir həftə ərzində çıxardığımız neqativləri, şikayətləri sizə yönəltmişik. Belə çıxır ki, Sevda xanım necə işləyirdisə, elə də işləyəcək. Mənə göndərilən şikayətlər var və siz özünüz də çox gözəl bilirsiniz ki, bunların heç biri yalan deyil. Hətta böyüdüb oxuya da bilərsiniz, əgər meylinizdən keçirsə. Əgər istəmirsinizsə məndə başqa suallar yaranır. 

Göstərdiyim video matrealdan hamımız vəziyyətin nə yerdə olduğunu gördük. Və bu fakta söykənərək verdiyimiz sorğunun çavablarını gözləyirik. O sorğudan heç bir cavab yoxdur. Hörmətli TƏBİB, siz də bizim bildiklərimizi bilirsiz. Amma susursunuz. Bəli, susmzaq qızıldır. Lakin bu vəziyyətdə qızıldan söhbət getmir. Hansisa çatışmazlıqları ört-basdir etməkdən gedir. Hansısa səhlənkarlıqdan söhbət gedir. Nə qədər boş qəbul etsəniz, mən  bu barədə danışacam. Əgər o adamlar bizə etibar ediblərsə, sona qədər biz danışacağıq".




Xəbərin oxunma sayı : 775




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap