Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Əsgərlikdən gəldi, müəllimindən qisas almaq istədi: “Mənə niyə 3 yazdın?“

Tarix 02.08.24, 18:19

Font ölçüsü : - / +
bitmap-img6


Xızı rayonu Tıxlı kənd orta məktəbində qadın müəllimi döyən keçmiş şagirdinə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, hadisəni 2003-cü il tarixdə Xızı rayonu, Tıxlı kəndində doğulmuş Nemət M. törədib. 

Hərbi xidmətdən yeni qayıdan Nemət sözügedən məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyən Gülşən adlı müəllimi döyüb. Nemət məktəbi bitirdiyi vaxt həmin müəllim ona "3" yazıb. O, əsgərlikdən qayıtdıqdan sonra müəllimdən qisas almaq qərarına gəlib. Nemət məktəbə gələrək, Gülşən müəllimi idman zalına çağırıb və ağzından tutaraq onu boğmağa çalışıb. Bu zaman müəllim 5-10 dəqiqə ərzində ona müqavmətdə göstərə bilib.

"Nemətin əlindən çıxmağa çalışırdım, lakin otaq içəridə olduğundan qışqırıq səsi eşidilmirdi. Sonra əlimi yerə çırpıb və bacardığım qədər bərk qışqırmağa çalışdım", deyə Gülşən müəllim bildirib.

Şagird və müəllim heyəti hadisə yerinə gələndən sonra Nemət məktəbin pencərəsindən qaça bilib. 

Məhkəmədə Nemət bildirib ki, Gülşən müəllim ona dərs keçdiyi müddətdə qiymətini kəsərək, "3" verib. O, həqiqi hərbi xidmətdən qayıtdıqdan bir müddət sonra niyə ona "3" yazdığını aydınlaşdırmaq üçün 5 iyun 2023-cü il tarixdə məktəbə gedib və hadisəni törədib. 

Məhkəmənin qərarı ilə Nemət Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və bir il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilib və cəza müddətinin başlanğıcı 29 iyul 2024-cü il tarixdən hesablanıb. 

Qeyd edək ki, hadisəyə görə dərin psixoloji sarsıntı keçirən Gülşən müəllim 7 il fəaliyyət göstərdiyi məktəbdən ayrılıb. 



Xəbərin oxunma sayı : 850




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap