“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Son vaxtlar işlərimiz yaxşı gedir” - Canni De Byazi

Tarix 15.11.22, 23:49

Font ölçüsü : - / +
bitmap-img6


Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi səfərdə Moldova yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan əvvəl fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Seçmə mərhələyə 122 gün qalıb. Qarşıdakı iki yoxlama oyunu seçmə mərhələ öncəsi inam qazanmaq baxımından bizim üçün vacibdir. Həyatda irəliyə getmək üçün nəyisə çox istəməli, inkişaf etməlisən. Bu, sabitlik baxımından da önəmlidir. Gördüyünüz kimi həmişə Bakıdayam, bütün oyunları izləyirəm. Hazırda düşərgədə 26 futbolçu var. Bu oyunçular bizə seçmə mərhələdə kömək edə bilərlər. Millinin qapısı hamı üçün açıqdır. Amma bağlana da bilər. Son vaxtlar işlərimiz yaxşı gedir. Buna görə sevinirəm”.

O, yığmaya dəvət alan futbolçulardan Emin Mahmudovla Riçard Almeydanı digər futbolçulara nümunə göstərib: "Yadınızdadırsa, Emin əvvəl çox oynamırdı. Amma onunla söhbətdən sonra əsas heyət üzvünə çevrildi. Almeydaya gəlincə, əvvəl düşünürdüm ki, daha çox gənclərə şans verməliyəm. Lakin gördüm ki, Riçard meydanda can qoyur. Braziliyadan olsa da, daha çox azərbaycanlıdır. Kim millidə oynamaq istəyirsə, düzgün nümunə olmalıdır".

66 yaşlı baş məşqçi 2021-ci ilin yayında baş tutan yoldaşlıq oyununda 0:1 hesabıyla uduzduqları Moldova yığmasından revanş almaq barədə düşünmədiklərini söyləyib: “Dünən uşaqlara dedim ki, 17 ay öncə burada uduzmuşduq. Onda yanaşma yaxşı deyildi. İstəyim odur ki, meydana qələbə üçün çıxaq. Qarşıda bizi 2 maraqlı oyun gözləyir. Meydanda bütün gücümüzü ortaya qoymalıyıq".

De Byazi heyəti gec açıqlamasının səbəbini də izah edib: "Ölkə çempionatında son oyunlar ötən həftə olub. Bundan sonra dərhal heyəti açıqladıq. Əksər futbolçularımız yerli liqada çıxış edir. Bu mənada heyəti tez açıqlamağın mənası yox idi".

Noyabrın 16-da Kişinyovdakı "Zimbru" stadionunda baş tutacaq Moldova - Azərbaycan matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.



Xəbərin oxunma sayı : 658




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap