“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

İsrail Prezidenti ilə Baş nazirindən Azərbaycan lideri və xalqına - Təbrik

Tarix 10.08.25, 11:23

Font ölçüsü : - / +
bitmap-img6


“Prezident Trampı təbrik edirik! Sizin cəsarətli rəhbərliyiniz və qlobal baxışınız daha bir sülh sazişini mümkün edib”.

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu “X” sosial şəbəkə hesabında yazıb:

“Mən də bu tarixi sazişin imzalanması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi, Ermənistanın Baş naziri Paşinyanı, Azərbaycan və Ermənistan xalqlarını təbrik edirəm. Hamınız barışıq və ortaq rifahın yeni dövründən zövq alın”,- deyə Baş nazir bildirib.

Eyni zamanda İsrail Prezidenti İsaak Hersoq da “X” sosial şəbəkəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampla birgə imzaladığı Birgə Bəyannamə barədə yazıb:

“Vaşinqtonda Donald Trampın himayəsi altında Azərbaycan və Ermənistan arasında tarixi sazişin imzalanmasını görəndə dərindən təsirləndim. Prezident İlham Əliyevi və Baş nazir Nikol Paşinyanı liderliyinə görə, Azərbaycan və Ermənistan xalqlarını təbrik edirəm. Onlar sülh, əmin-amanlıq və firavanlıq içində yaşasınlar”, - Hersoq bildirib.





Xəbərin oxunma sayı : 1120




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap