Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

“Telegram“da yayılan yeni fırıldaq növü barədə XƏBƏRDARLIQ

Tarix 20.10.24, 20:00

Font ölçüsü : - / +
bitmap-img6


"Telegram" messencerinin istifadəçiləri dələduzlar tərəfindən yeni fırıldaq növü ilə rastlaşırlar.

Dələduzlar bəzi ölkələrdə zərərli proqram təminatını foto adı altında insanlara göndərməyə başlayıblar.

Kibercinayətkarlar insanları tələyə salmaq üçün real şəxslərə məxsus şəkillərdən istifadə edirlər. Belə ki, istifadəçilərə göndərilən mesajda "Salam, şəkildəki şəxs sənsən?" - deyə sual yazırlar. 

Göndərilən şəkilə baxmaq üçün həmin fayla daxil olmaq istifadəçilərin şəxsi məlumatlarının ələ keçməsi ilə nəticələnir.

Bundan əlavə istifadəçilərə  ""Telegram" hesabınız tezliklə silinəcək" adlı mesajlar da göndərilir. Bu sxemdə istifadəçiyə guya "Telegram" tətbiqinin texniki dəstəyindən mesaj gəlir və hesabın silinməməsi üçün SMS kod tələb olunur.

Daha sonra fırıldaqçılar saxta "Telegram", "Gosuslugi" və ya başqa sayt linkini göndərirlər. İstifadəçi telefon nömrəsini və digər məlumatları daxil edir. Bunu etdiyi təqdirdə telefonundakı şəxsi hesablar, bank məlumatları qarşı tərəfin ixtiyarına keçir. Beləliklə, dələduzlar istifadəçilərin pullarını mənimsəmiş olurlar.

"Telegram" istifadəçiləri bu kimi hallar zamanı qurbana çevrilməmək üçün tanımadığı şəxslərin mesajlarına daxil olmamalı və hər hansı faylı yükləməməlidir. (baku.ws)



Xəbərin oxunma sayı : 460




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap