Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

Bu mədəniyyət işçilərinin maaşı qalxacaq - Hökumət qərar verdi

Tarix 21.10.24, 17:38

Font ölçüsü : - / +
bitmap-img6


Nazirlər Kabineti "Xüsusi status almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşlarına əlavələr"lə bağlı yeni qərar verib.

AzFakt.com xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığəı qərara əsasən, mədəniyyət təsisatlarına “beynəlxalq” status aşağıdakı meyarlar nəzərə alınmaqla veriləcək:

- konsert müəssisələri üzrə:

- tərkibində ən azı 2 kollektivi olan;

- beynəlxalq səviyyədə böyük nüfuz qazanan, milli mədəniyyətin təbliğatı və təşviqatı istiqamətində, o cümlədən beynəlxalq miqyasda təbliğində xüsusi rolu olan;

- əhalinin müxtəlif təbəqələrinin estetik zövqünü, bədii anlamını formalaşdıran və onlarda bədii yaradıcılığa meyil oyadan;

- vətənpərvərlik, humanizm, vətəndaşlıq, habelə milli, mənəvi, multikultural dəyərlərə hörmət və rəğbət hissləri aşılayan;

- dünyanın aparıcı konsert və ya mədəniyyət sahəsi üzrə ixtisaslaşmış tədris və digər mədəniyyət müəssisələri, folklor-araşdırma, ekspedisiya mərkəzləri, müvafiq beynəlxalq təşkilatlar, eləcə də xarici ölkələrin aidiyyəti qurumları, diplomatik nümayəndəlikləri və konsulluqları ilə birgə əməkdaşlıq edən;

- muğam, aşıq sənəti və xalq musiqisi ilə bağlı müxtəlif səpkili beynəlxalq və yerli səviyyəli tədbirlər (festival, müsabiqə, konsert, ustad dərsləri, elmi konfranslar, seminarlar, mühazirələr, simpoziumlar, dəyirmi masa və s.) təşkil edən və bu cür tədbirlərdə iştirak edən;

- Azərbaycanın bölgələrinə və ölkə xaricinə mütəmadi qastrol səfərləri təşkil edən;

- UNESCO çərçivəsində milli mənəvi dəyərlərin qorunmasında və Azərbaycan mədəniyyətinin təbliğində fəal iştirak edən;

- müxtəlif layihələr çərçivəsində Azərbaycan mədəniyyətinin təbliğinə yönəlmiş kitablar nəşr edən, həmin kitabların xarici dillərə tərcüməsini həyata keçirərək təqdimatını reallaşdıran;

- tərkibində səsyazma və ya video studiyaları yaradan;

- asudə vaxtın səmərəli təşkilində və insanların ictimai mövqeyinin formalaşmasında yaxından iştirak edən
Açıklama yok.





Xəbərin oxunma sayı : 637




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap