“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“TikTok”da saxta elanlarla abituriyentlərdən pul yığılır - XƏBƏRDARLIQ

Tarix 30.05.23, 22:54

Font ölçüsü : - / +
bitmap-img6


“İmtahan ballarınız azdır? Artıq ballarınızı artıra bilərsiz, buraxılış və blok imtahanında, kəsirlərinizin düzəlməsində sizə yardımçı ola bilərik”.

Xezerxeber.az xəbər verir ki, bu kimi saxta elanlar sosial şəbəkələrdə, xüsusən də “TikTok” vasitəsi ilə bilavasitə abituriyentlərin və onlarının valideynlərinin diqqətini çəkməyə hesablanıb.

Dövlət İmtahan mərkəzindən məsələ ilə bağlı bildirilib ki, hər il olduğu kimi, bu il də qəbul imtahanları ərəfəsində sosial şəbəkələrdə DİM-in icazəsi olmadan Mərkəzin adından və loqotipindən istifadə olunmaqla saxta səhifə və qruplar yaradılıb:

“Səhifəni idarə edən şəxslər özlərini DİM əməkdaşları kimi təqdim edirlər və abituriyentlərə ödəniş müqabilində ixtisas seçimi həyata keçirə biləcəklərini yazırlar.Abituriyentlər diqqətli olmalı, Mərkəzin adından istifadə edən bu tip şəxslərin aldadıcı çağırışlarına əhəmiyyət verməməli və ən əsası özləri bu prosesi həyata keçirməlidirlər”.
DİN-nin şöbə rəisi Elşad Hacıyev qeyd edib ki, dəfələrlə sosial şəbəkə istifadəçilərinə bu kimi dələduzlarla bağlı da müraciət edilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən isə bildirilib ki, bu ilin birinci rübündə 6 500-dən artıq istifadəçi hakerlərin qurbanına çevrilib.

Daha ətraflı süjetdə:



Xəbərin oxunma sayı : 496




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap