![]() |
|














İtkin Natiqin hekayəsi, şəklini “tanımayan“ Balasanyan: “Doğradılar...“ - ŞOK
Tarix 01.10.23, 15:04 |
|

1992-ci ildə Ağdamın Pirlər kəndində 5 gün kilsədə qalıb ermənilərlə təkbaşına döyüşən, sonda Xocalı əsirlərinin öldürülməməsi üçün təslim olan Natiq Qasımovun hekayəsini təqdim edirik.
Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıdıb. Elə həmin il də könüllü olaraq cəbhəyə gedən Natiq 1992-ci ildə Ağdamın Xramort kəndindəki kilsədən əsir alınıb.
(Kilsə)
Onun məşhur şəklini yəqin ki, çoxları görüb. Əlində bayrağımızla iki erməninin əhatəsində gedir. Sözügedən fotonu italyan hərbi fotoqraf Enriko Sarsini çəkib. Natiq Əsgərana aparılır və orada dindirilir. Dindirilmə səhnəsindən də fotolar var.
AzFakt.com teleqraf.com-a istinadən bildirir ki, britaniyalı rejissor və ssenari müəllifi Karan Sinqh Natiq Qasımovun həyatından bəhs edən sənədli film çəkib.
Böyük Britaniyanın "Broken Pot Media" şirkətinin istehsalı olan "Oğul" sənədli araşdırma filmi Natiqi dindirən şəxsin Xocalı qatili Vitali Balasanyan olduğunu üzə çıxarıb. Vitali Balasanyan isə bu faktı təkzib edib.
Karan Sinqh üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə danışıb. Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır.
Karan Sinqh Vitali Balasanyandan münaqişə dövründə əsirlərlə necə davranılmasını danışmasını təkidlə xahiş edir: "Birincisi, kimisə əsir saxlamaq çətindir. İkincisi, əsir təhlükə deməkdir. Əsirlikdən qaçmağa çalışan adam öldürülə, ya da bizimkilərdən kimisə öldürə bilər. Əgər bir adam əsir kimi qeydiyyatdadırsa, niyə onun öldürülməsinə görə başımız ağrımalıdır? Ya da onun bizim adamlarımızı öldürməyinə görə başımız ağrımalıdır... Gördüyünüz kimi, əsir istənilən halda təhlükə mənbəyidir. Hətta insan haqları təşkilatları, eləcə də beynəlxalq konveksiyalar amilini nəzərə alsaq da, bu fakt dəyişmir".
Rejissor fotoqraf Enriko Sarsininin Natiqi əsir götürməsi və erməni hərbiçiləri tərəfindən dindirilməsi zamanı çəkdiyi şəkilləri Vitali Balasanyana göstərir. O, əsirin tanış gəldiyini, lakin Natiq Qasımov adlı əsiri xatırlaya bilmədiyini söyləyir: "Bu ad doğurdan da yadımda deyil. Ancaq bizim əsirimiz kimi qeydiyyata alınmış kiminsə sonradan yoxa çıxması qeyri-mümkündür. Məndə belə bir məlumat yoxdur. Çünki biz bu məsələlərə çox ciddi yanaşırıq. Əsirlər bizim həbsxanalara düşən kimi, Beynəlxalq Qırmızı Xaç Komitəsi onları qeydiyyata götürürdü. Biz dərhal Qırmızı Xaç Komitəsi ilə əlaqə saxlayırdıq və əsirlər bu təşkilatın nəzarətinə verilirdi".
Balasanyan bununla belə, Sarsinin çəkdiyi fotoşəkillərdən erməni hərbiçilərinin bir neçəsini tanıyır. O, iki hərbiçinin onun əsgəri olduğunu təsdiqləyir, amma Natiq Qasımov nədənsə onun yadına düşmür: "Biz yəqin ki, Natiqi təhvil vermişik. Özü də təkcə Natiqi yox, elə hamısını. Mən sonrakı vəziyyətə görə cavabdeh deyiləm. Əgər öldürdüklərimiz olubsa da, onların nəşini təhvil vermişik. Mən "əgər" sözünü vurğulamaq istəyirəm. Çünki biz öldürməmişik".
(Vitali Balasanyan)
Maraqlıdır ki, general sorğu zamanı Natiqlə üzbəüz əyləşən və xüsusi nəzərə çarpan gənc zabiti də, deyəsən, tanımır. Rejissor Balasanyanın öz fotosunu özünə göstərib onun kim olmasını soruşur: "Bu haqda heç bir məlumatım yoxdur. Heç bir məlumatım. Heç nə deyə bilmərəm". Yəni özünü tanımır...
Müəllif daha sonra istefada olan polkovnik-leytenant Romik Mixtaryanla görüşmək üçün İrəvana yollanır. O da müharibədə iştirak edib və ermənilər tərəfdə döyüşmüş zabit həmkarlarının bir çoxunu tanıyıb.
Karan Sinqh Natiqi dindirən gənc zabitin fotoşəkilini ona da göstərmək qərarına gəlir və ümid edir ki, Romik onun kimliyinə işıq salmaqda köməklik göstərəcək: "Bu ki, Vitodur, Vitali Balasanyandır. Bəli, Vitali Balasanyandır da".
Deməli, yüksək dövlət mükafataları almış Vitali Balasanyan Natiqin dindirilməsində şəxsən iştirak edibmiş. Bu, dəhşətli görünsə də, mümkün idi.
1992-ci ildə Balasanyan Əsgəranın müdafiəsinə başçılıq edirdi. Həmin vaxt cəmi 33 yaşı olsa da, o, əsirlərin dəyişdirilməsini təşkil edirdi. Müsahibədə dindirilmə zamanı göstərilən fotoşəkildə özünü tanımaq istəməməsi heç təəccüblü deyil. Bu, Natiqin yoxa çıxmasına görə məsuliyyət daşıyanların tapılması ilə bağlı axtarışlarda böyük irəliləyiş sayıla bilərdi.
Lakin rejissor Romikin ifadəsini təsdiqləyən azı bir erməni şahidin ifadəsini almaq istəyir. Tapır da. O, kilsə döyüşündə iştirak etmiş, keçmiş erməni əsgəri Aşot Movsesyanın izinə düşür və Rusiyanın Saratov vilayətinə gedir.
"O, azərbaycanlı əsir cəsarətli əsgər idi. Necə deyərlər, çox qoçaq, ürəkli oğlan idi. Təsəvvür edin ki, ona qumbara atırdılar, o isə qumbaranı götürüb bizə atırdı. Kimyəvi tərkibli qumbara, tüstü şaşkası atırdıq, amma heç nə təsir etmirdi. Orada (sığındığı kilsə - red) təmiz hava ala bildiyi bir yer tapmışdı. Kilsədə özünü qoruya biləcəyi bir səngər, sığınacaq qazmışdı. Beləcə sağ qalmışdı".
Rejissor sonra Aşota dindirilmə zamanı çəkilmiş fotoşəkli göstərib zabiti tanıyıb-tanımadığını aydınlaşdırmaq istəyir. "Bəli, bəli, bu, Vitalidir. Tanıyıram, çox yaxşı strateqdir. Hərbi strategiyanı çox yaxşı bilirdi Vitali. Azərbaycan dilində də çox təmiz danışırdı. Yəni elə təmiz danışırdı ki, onun erməni olduğundan qətiyyən şübhələnməzdin. Yəni o dərəcədə təmiz danışırdı".
Aşot daha bir sirri də açır. Heç demə, Vitali Balasanyan kilsəyə hücuma şəxsən özü rəhbərlik edirmiş: "Vitali Balasanyanın sayəsində Xocalıdan bir müəllim gətirib kilsəyə saldılar ki, azərbaycanlı ilə danışıb onu oradan çıxmağa razı salsın. Belə də oldu. Balasanyan o vaxt orada idi. Mən də həmin vaxt orada idim. Üçüncü Stepanakert bölüyünün tərkibində ora getmişdim".
Rejissor Aşotdan Natiqin sorğuya çəkilməsində itriak edib-etmədiyini və əsirin sonrakı taleyi haqqında bir şey bilib-bilmədiyini soruşur: "Mən söhbət zamanı orada deyildim. Heç bir şey də eşitməmişdim. Amma dostlarımızdan biz gedəndən sonra orada nə baş verdiyini soruşdum. Eşitdiyimə görə, onu da doğramışdılar.
- Doğramaq deyəndə nəyi nəzərdə tutursunuz?
- Qısası, öldürmüşdülər. Əsir götürəndən sonra öldürmüşdülər. Dəyişdirməmişdilər. Hə, öldürmüşdülər. Belə eşitmişdim".
Rejissor Vitali Balasyanın Natiqin itkin düşməsində əli olduğuna dair şübhələrin artdığını nəzərə alaraq ondan növbəti dəfə müsahibə almaq istəyir. Lakin general növbəti müsahibəyə razılıq vermir. Natiqi dindirən gənc zabitin kimliyinə gəlincə, Vitali Balasanyan yenə də cavab verməməyi seçir.
30 ildən çox vaxt keçməsinə baxmayaraq, ailəsi Natiqin hələ də sağ olduğuna və qayıdacağına inanır...
Xəbərin oxunma sayı : 772
loading...
Hadisə
Xəbərlər
-
Hiyləgər ABŞ və Cənubi Qafqaz planı - VİDEO
-
Bu ölkədə it əti yemək qadağan edilir: İnsanlar küçələrə axışdı
-
Gömrük limiti endirilə bilər? - VİDEO
-
Avropa dünyada QİÇS-in ən sürətlə yayıldığı bölgədir – ÜST rəsmisindən şok açıqlama
-
Bakıda ödəmə terminallarından oğurluq edən şəxs saxlanıldı - FOTO
-
Tanqo lazımdır, Qərb isə breykdans edir - Lavrovdan Ukraynada açıqlaması
-
Zəmanətsiz məhsullar xarab çıxarsa, nə etməli? - İZAH
-
Fermerlərin nəzərinə: Ödəniləcək kompensasiyanın məbləği açıqladı
-
Nazirlikdən əmliyyat: Silah-sursat aşkarlandı - FOTO/VİDEO
-
Agentliklə Mahmudova məxsus olduğu deyilən şirkət arasında sövdələşmə
-
Sabirabad İH-dən dərman içən qazilərlə bağlı – Açıqlama
-
Dünyanın ən güclü oyunçusu kimdir? - Holand yeddincidir
-
Vətəndaş pensiya yaşına çatmasa... - Yığılan kapitalın aqibəti necə olur?
-
Bakıda 85 yaşlı biznesmen xanıma bəarət verildi: 1 milyonluq borcu silindi...
-
Əli Əsədov nazirliklərə tapşırıq verdi - Sərəncam
-
Gürcüstan müsəlmanlarına yeni şeyx seçildi: o kimdir? - DOSYE
-
Dağlar üzərində unikal şəhər: Kəlbəcərdə yeni binalar inşa edilir - VİDEO
-
“Zelenskini rahat buraxmayacağıq!“ - Zaxarova
-
Tanınmış şairdən Tünzaləyə sərt sözlər: “Oxuya bilmir, nə səsi var, nə də abır-həyası“
-
“KOBİA olaraq məqsədimiz kiçik və orta biznesin rəqəmsallaşdırılmasıdır” - Orxan Məmmədov
-
“Fond pulu” yığan məktəbin direktoru və müəllimi CƏZALANDIRILDI - FOTOLAR
-
“8 kəndin azad edilməsi üçün əməliyyat başlaya bilər” - Mehman Əliyev
-
Milli Məclisə 300 min avroluq avtomobillə gələn deputatlar var – Taksidən istifadə edənlər də...
-
İlham Əliyev Dubayda Ərdoğanla görüşdü - FOTO
-
Şimali Koreya lideri qızı ilə birlikdə aviabazada yoxlanış keçirib - FOTOLAR
-
Bir ayda 136 əcnəbi Azərbaycanda şirkət rəhbəri olub – Tam siyahı
-
Azərbaycanda qızılcaya yoluxma halları artır - RƏSMİ
-
Ələkbərov varlanıb, Kərimov kasıblayıb - Rus milyarderlərin yeni reytinqi
-
Keçmiş deputatın oğlu ilə şirkət arasında icarə qalmaqalı - Nə baş verib?
-
Xəstəxanalarda “donan” SİSTEM - Həkim qəbuluna düşmək niyə problemə çevrilib?
-
Poroşenkonun Ukraynadan çıxmasına icazə verilməyib - VİDEO
-
3 dərəcə şaxra, külək - Sabahın havası
-
Taksi sürücülərinin nəzərinə: Bu qaydalar dəyişdi
-
Sabirabadda azyaşlı qızılcadan vəfat edib – Rəsmi
-
Yeni rayon yaradılıb, büdcədə dəyişiklik edilir - RƏSMİ
-
“İstədiyimiz nəticələrə nail ola bilmədik” - Zelenski
-
Azərbaycanda mənzil dələduzluğunun qarşısını niyə almaq olmur? - FOTO/VİDEO
-
Bu məktəbin ibtidai sinifləri distant tədrisə keçdi - Qızılcaya görə
-
Putin Çini NATO ilə mübarizəyə cəlb etmək istəyir – Baydenin optimizmi nəyə əsaslanır?
-
Xərclərin azaldılması turizm gəlirlərini artıracaq? - AÇIQLAMA
-
Bəzi qanunvecilik aktlarında dəyişiklik olacaq - Vüqar Gülməmmədov
-
Agentliyin Aparat rəhbərinin oğlu məhkəmədə söyüş söydü, hakim əsəbiləşdi - FOTO/VİDEO
-
Milli Məclisin komitə iclası başlayır - Gündəlikdə 15 məsələ var
-
“Vosmoy“ bazarı bağlanır? - Rəsmi açıqlama
-
Xaricdə ali təhsil almış şəxslərin NƏZƏRİNƏ - İmtahan keçiriləcək
-
Zəlimxan Məmmədlinin yaxınları HƏP-dən çıxarıldı – Əli İnsanov Ali Məclisin keçmiş sədrini ittiham etdi
-
Bakı sakinlərinə Yeni il yolkası neçəyə başa gələcək? - QİYMƏTLƏR
-
“Qarabağ“ın “Molde“yə vurduğu qollar - VİDEO
-
Tikinti şirkəti ilə sakinlər arasında qalmaqal: ƏDV üçün ödəniş çeki niyə verilmir? - VİDEO
-
Röya Ayxan hamını geridə qoydu - FOTO
-
Ucarda illərdir həll edilməyən kanalizasiya dərdi: Xəstəlik zonasına çevrilib - VİDEO
-
“Qəzzada daimi atəşkəsin tərəfdarı deyilik” - Ağ Evdən qalmaqallı açıqlama
-
“Hər şey Bakıya qaldı” - Qurban Qurbanov
-
Laçının işğaldan azad edilməsindən üç il ötür
-
Avropa Liqası: “Qarabağ” “Molde” ilə heç-heç etdi
-
“Humanitar məsələlər”lə bağlı narahatlıqlar əsassızdır” - Ceyhun Bayramov
-
Bakıda bir ünvanda 213 şirkət qeydiyyata alınıb - Sahibləri ilə bağlı ŞOK FAKTLAR + FOTO
-
Türkiyə hərbçilərinin Liviyada qalma müddəti UZADILDI
-
“ATƏT həllin bir parçası olmaq şansını itirib“ - Ceyhun Bayramov
-
Deputat AZAL-ın qiymət siyasətini tənqid etdi: “Dəyişiklikləri müşahidə edə bilmirəm”
-
Ukraynada prezident seçkilərilə keçirilməyəcək - Ali Rada qərarını açıqladı
-
“Azərbaycan regionda uzunmüddətli sülh üçün böyük səylər göstərir” - Sahibə Qafarova
-
Bakının üç rayonunda su olmayacaq - Xəbərdarlıq
-
Lavrov Moldovaya xəbərdarlıq etdi – “Növbəti qurban olacaq...”
-
Azərbaycan “yığdıqlarını“ bu ölkələrə daşıyıblar - Övladları xaricdə yaşayan sabiq nazirlər
-
Bakıda yaşayış binasında yanğın olub - 15 nəfər təxliyə edilib
-
Deputatlar hansı sosial şəbəkələrdə daha fəaldır? - SİYAHI
-
AQTA “Bığ“da nöqsanlar aşkarlayıb - FOTO
-
Təmkin Xəlilzadənin ölkədən çıxışına məhdudiyyət qoyula bilər - MƏHKƏMƏ
-
“Komitə sədri Şahin müəllimdən soruşuram: niyə axı?!“ - “Sən ondan da rüşvət alacaqsan, deyəcəksən ki...“
-
BƏƏ və Azərbaycan prezidentlərinin görüşü olub - FOTO
-
“Vəziyyət təhlükəli olsa, qapanmalara gedilə bilər” – Nazir
-
Jurnalist Nərgiz Absalamova saxlanıldı - Səbəb
-
“Elm və Texnologiya Parkı” ləğv olunur
-
“Müəllimə açıqca, gül dəstəsi vermək olar, amma...“ - Nazir
-
Dövlətə xəyanətdə təqsirləndirilən Aydın Zəkiyevə hökm oxundu: 17 il 6 ay həbs
-
Prezident İlham Əliyev BƏƏ-də səfərdədir
-
Bakının ən böyük bazarlarından birini idarə edən MMC ləğv olunur: Obyektlər söküləcək?
-
Milli Məclisin komitə sədrlərinə yeni xidməti avtomobillər verilib - FOTO
-
Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisaslar açıqlanıb - SİYAHI
-
“Hüseyniyyun” terror təşkilatının başçısı İran rəsmiləri tərəfindən mükafatlandırılıb - FOTO/VİDEO
-
Evlərin sənədləşdirilməsi niyə yubadılır? - AÇIQLAMA
-
DSMF-nin vəzifəli şəxslərinin cinayəti işi Ali Məhkəmədə - 231 minlik mənimsəmə
-
Azərbaycan və Ermənistanın delimitasiya üzrə komissiyasının sərhəddə görüşü olub - XİN məlumat yaydı
-
Azərbaycanda su qıtlığı böyüyəcək - Video
-
Saxta məhsullarını reklam edənlərə STOP: Yeni qanunda daha nələr var?
-
Bakıda tələbləri pozan bir neçə dönərxananın fəaliyyəti məhdudlaşdırılıb - SİYAHI
-
Zaqatala sakinlərinin qaz problemi nə vaxt həllini TAPACAQ? - FOTOREPORTAJ
-
ƏƏSMN-də zümrə həmrəyliyi: Sahil Babayev qohumlarını vəzifəyə yığır
-
Prezident yol tikintisinə 5 milyon manat ayırdı - Sərəncam
-
“Bu il 19,5 milyon manatdan çox vəsaitin büdcəyə ödənilməsi təmin edilib“ - Baş Prokurorluq
-
“Jurnalistlərin 3-cü binası”ndakı mənzillər şəhid ailələrinə paylandı - Nazirlik TƏSDİQLƏDİ
-
Qızılca sadəcə səpkidən ibarət xəstəlik deyil, peyvənd ölümün qarşısını alır - ƏHALİYƏ ÇAĞIRIŞ
-
Bu günə qədər azad edilmiş ərazilərə köçürülən əhalinin sayı AÇIQLANDI
-
“SİPARK“ MTK sakinləri süründürür - VİDEO
-
Nazarbayevdən şəxsi həyatı ilə bağlı gözlənilməz etiraf: “Dini kəbinlə ikinci həyat yoldaşım və ondan iki oğlum var”
-
Bu şəxslərin pensiyası artacaq - ARTIM HƏDDİ
-
Muxtar Babayev Vüsal Talıblı ilə bağlı niyə tədbir görmür? - Yüz hektarlarla fond torpağı gizli icarəyə verilib
-
“Artıq ölkəmizdə kəndlə şəhər arasında heç bir fərq qalmayıb“ - Siyavuş Novruzov
-
“Bank BTB“ bağlana bilər - Məcmu kapitalı aşağı endi
-
Qaz limiti ləvğ olunur? - “Azəriqaz“ İB-nin rəsmisindən açıqlama + VİDEO
-
Sabah güclü maqnit qasırğası olacaq - Xəbərdarlıq
-
Bakıda biznesmeni izləyib yarım milyonunu oğurlamışdı - 9 ay sonra həbs olundu
-
Dünyanın ən böyük aysberqi - “A23a”nın peyk şəkli yayımlanıb
-
Uşaq peyvəndləri ölkəmizə Hindistandan gətirilir? - RƏSMİ AÇIQLAMA
-
Sevgilisi qayınanasını öldürən qadına hökm oxundu: “Cəmi 10 dəqiqə müqavimət göstərdi” - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan nefti - 86 dolları keçdi
-
Bakıya sərt qış gəlir: Ehtiyacı olanlara yer və yemək veriləcək
-
Qadınların iş saatı azaldılmalıdır? - VİDEO
-
Bakıda direktoru və müavini olmayan məktəbdə özbaşınalıq yaşanır - VİDEO
-
DSX-nin hərbi helikopterinin qəzaya uğramasından və 14 nəfərin şəhid olmasından 2 iki keçir
-
Aynur Dadaşova Kənan M.M-ə görə efiri tərk etdi - VİDEO
-
“Özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq - Qurban Qurbanov
-
Bu yoldan keçənlər cərimələnəcək - Video
-
COVİD-19-un yeni ştamı yayıldı - 90 nəfər öldü
-
Türkiyədə rus model qızı ilə birlikdə öldürülüb - DETALLAR
-
Azərbaycanda ezamiyyə xərcləri niyə qəpik-quruşdur? – “Rayonlarda bu xərci qarşılamaq qeyri-mümkündür”
-
Sosial şəbəkələrdə satılan korporativ nömrələr qanunidir? - VİDEO
-
“Mingəçevirdə baş verən zəlzələdə hər hansı dağıntı olmayıb“ - FHN
-
Ramil Şeydayev Tailandda döyüldü - ANBAAN VİDEO
TOP 10
ARXİV