“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

“Ukraynaya ərazi güzəştlərinin mümkünlüyündən söhbət gedə bilməz“ - Lavrov

Tarix 17.02.25, 15:38

Font ölçüsü : - / +
bitmap-img6


Biz onları dinləmək istəyirik.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün Ər-Riyada səfəri ilə bağlı danışarkən deyib.

“Bu doğrudur. Bilirsiniz, biz həmişə tərəfdaşlarımızın təklifi əsasında danışıqlara gedəndə ilk növbədə onları dinləmək istəyirik. Prezidentlər Putin və Tramp telefonla danışarkən iki böyük dövlət arasında münasibətlərdə qeyri-normal dövrün mütləq geridə qalmağının vacibliyi barədə razılığa gəliblər. Prezidentlər razılaşıblar ki, bu və ya digər şəkildə Rusiya və ABŞ-nin iştirakı ilə həll edilə biləcək bütün məsələlər üzrə dialoqu bərpa etmək lazımdır.

Burada Ukrayna nizamlanması,Yaxın Şərqdəki vəziyyət, dünyanın bir sıra digər regionları, hazırda çox da sakit olmayan vəziyyət qeyd olundu. Ona görə də, biz amerikalı həmsöhbətlərimizi dinləyəcəyik və təbii ki, biz cavab verməyə hazır olacağıq. Bundan sonra qərar qəbul edəcək liderlərimizə hesabat verəcəyik”.

Lavrov Avropanın Ukrayna üzrə danışıqlar masasında potensial iştirakı ilə bağlı danışıb: “İndi həmin Münhen Konfransında, xüsusən də Finlandiya Prezidenti tərəfindən çağırışlar edilib. Bizim yaxın qonşumuz, bir zamanlar neytral dövlət olan, hər mənada yaxşı hər şeyin tərəfdarı, pis hər şeyin əleyhinə olan dövlət. Burada Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, ilk növbədə atəşkəs əldə etmək və ondan Ukraynanı hərbi cəhətdən gücləndirmək üçün istifadə etmək lazımdır. Yəni,avropalıların fəlsəfəsi heç yerə getməyib, ona görə də danışıqlar masası arxasında onların nə etməli olduqlarını bilmirəm. Əgər onlar münaqişənin dondurulması ilə bağlı bəzi hiyləgər fikirlər səsləndirəcəklərsə, onları ora dəvət etmək nəyə lazımdır?”

Rusiya XİN başçısı qeyd edib ki, həll prosesində Ukraynaya ərazi güzəştlərinin mümkünlüyündən söhbət gedə bilməz.



Xəbərin oxunma sayı : 1075




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap