![]() |
|














“Veysəloğlu”nun qul bazarı – Əmək Müfəttişliyinin görə bilmədiyi Azərbaycan “mənzərələri”…
Tarix 29.07.21, 11:42 |
|

Azərbaycanda “Əmək Məcəlləsi”nin tələblərinin kütləvi şəkildə pozulması dövlət qurumları (ƏƏSMN-nin nəzdində fəaliyyət göstərən Əmək Müfəttişliyi) və Həmkarlar İttifaqları tərəfindən çoxdan adi hal kimi qəbul olunur. Eyni zamanda, bu, işçilərin qanunda təsbit olunmuş hüquqlarını qorumaqla mükəlləf olan qurumların iş prinsipinə çevrilib. Belə olmasaydı, həmin qurumların bu günə qədər kütləvi hüquq pozuntuları ilə bağlı heç olmasa, bir dəfə səslərini qaldırmalarının şahidi olardıq. Lakin Azərbaycanən müstəqillik əldə etdiyi 30 ildə biz bunun şahidi olmamışıq. Hər halda, görüən budue ki, “əl əli, əl də üzü yuyur”…
Qeyd edək ki, Azərbaycanda dövlət qurumlarında çalışanların hüqüqları qaneedici səviyyədə olmasa da, müəyyən şəkildə qorunur. Amma özəl sektora gəldikdə, buradakı dəhşətli vəziyyət sadəcə, təəccüb doğurur. Təəccüb doğuran isə odur ki, özəl sektorda baş verən hüqüq və qanun pozuntuları işçilərin təbii və qeyri-təbii hüquqlarını müdafiə etməklə vəzifəli olan qurumları əsla maraqlandırmır. Açıq deyək ki, bu gün Azərbaycanın özəl sektorunda 19-cu əsrin vəhşi kapitalist qaydaları hökm sürür. Bu qaydalar hansılardır?
Bunları sadalamaq üçün ilk olaraq, Azərbaycanın qida sektorunda xüsusi çəkisi olan və minlərlə insanın çalışdığı “Veysəloğlu” şirkətinin iş prinsiplərinə nəzər salaq. Çünki Azərbaycanda “Əmək Məcəlləsi”nin tələblərinin ən çox pozulduğu şirkətlərin bəlkə də birincisi “Veysəloğlu”dur..
Şirkətdə iş saatı 10-12 saatdır…
Qeyd etdiyimiz kimi, “Veysəloğlu” Şirkətlər Qrupu ölkənin qida sektorunda xüsusi paya sahib olan bir neçə quruluşdan biridir və onlarla zavod və istehsal sahələrinə, o cümlədən, istehlak şəbəkəsinə sahib olan bu şirkət yarandığı gündən monopolist mövqedən çıxış edir. Bu şirkətdə minlərlə insan çalışır və qrupun rəsmi veb-saytında xüsusi qeyd olunur ki, şirkət insan amilinə ciddi önəm verir. Bu, doğrudanmı belədir? Çox böyük təəssüf hissi ilə (təəssüf hissini ona görə keçiririk ki, kaş doğrudan da şirkət insan amilinə azacıq da olsa önəm verəydi) qeyd etməliyik ki, insan amili “Veysəloğlu” şirkətində reklam bannerindən başqa bir şey deyil və əslində bu sahədə vəziyyət o qədər dəhşətlidir ki, 21-ci əsrdə buna görə ancaq utanmaq gərəkir.
Şirkətin ayrı-ayrı istehsal sahələrindən əldə etdiyimiz məlumata görə, “Veysəloğlu” Şirkətlər Qrupunda çalışan işçilər, o cümlədən, mühəndis və texniki heyət minimum 10 saat, bəziləri isə 12 saat işləməyə məcbur edilir. Onlar bu qaydada həftənin beş iş günü deyil, şənbə bazar günləri də işləyirlər. Şirkətin əməkdaşları şənbə günü tam iş saatı, bazar günləri isə yarım iş rejimi əsasında çalışırlar. Yəni şirkətdə çalışanlar, xüsusilə, fəhlələr həftədə minimum 66 saat işləməyə məhkumdurlar.
Bəlkə də düşünəcəksiniz ki, yəqin şirkət əlavə iş saatlarına görə işçilərinə ikiqat ödəmə edir… Əlbəttə ki, yox. Əvvəla, bu halda şirkət işçilərini əlavə işlətməzdi, çünki ikiqat ödəmə etməkdənsə, sabit ödəmə edərək qanunlara uyğun şəkildə fəaliyyət göstərmək şirkətin birbaşa maraqları çərçivəsindədir. Ona görə də şirkət əlavə iş saatlarına görə öz işçilərinə qətiyyən ödəniş eləmir. Sadəcə, insanların işə olan böyük ehtiyaclarından yararlanaraq, onları amansızlıqla istismar edirlər.
Bəs bu amansız istismara görə fəhlələr nə qədər maaş alırlar? 400-500 manat arasında… Və bu maaş gündə 10-12 saat çalışmağın qar.əıəğənda verilir. Lakin şirkət rəhbərliyi işçilərinin bu cüzi maaşına belə göz dikir, işə 5-10 dəqiqə gecikən insanların maaşlarından cərimə tuturlar. Diqqət etdinizmi, şirkət insanları 2, bəzən də 3-4 saat artıq işlətməsinə baxmayaraq, işə 5 dəqiqə gecikdiyinə görə öz işçilərini cərimə edir…
Qeyd edək ki, hazırda Avropa İttifaqı və digər inkişaf etmiş ölkələr həftədə 4 günlük iş rejiminə keçirlər. Azərbaycanın ən böyük istehsal şirkətlərindən biri olan “Veysəloğlu” şirkəti isə 19-cu əsrin istismar qaydalarını daha da “təkmilləşdirir”. Bu zaman şirkət insan amilindən belə dəm vurmaqdan da çəkinmir…
İşçiləri 2-3 ay içində işdən qovurlar
Bizə danışan sabiq və hazırda çalışan işçilər bildirirlər ki, “Veysəloğlu” şirkəti işə götürdüyü insanları 3-4 ay, ən çoxu isə 7-8 ay çalışıdırırlar və ən kiçik etiraza görə işçiləri qovurlar. Bunu isə ona görə rahatlıqla edə bilirlər ki, ölkədə işə ehtiyacı olan insanlar həddindən artıq çoxdur və “Veysəloğlu” şirkəti də bundan ustalıqla yararlanır. Çünki işdən çıxarılan bir işçinin yerinə 3-4, bəzən isə 5-10 namizəd olur. Bu isə şirkətə öz işçilərinə qarşı xüsusi amansızlıqla davranmaq imkanı verir.
Minlərlə insanın çalışdığı şirkətdə Həmkarlar İttifaqı yoxdur
Mənbələr bildirib ki, onlar “Veysəloğlu” şirkətində Həmkarlar İttifaqı barədə heç bir şey eşitməyiblər və bunun üçün onlardan üzvlük haqqı yığan da olmayıb. Bizdə olan məlumata görə isə “Veysəloğlu” şirkətində Həmkarlar İttifaqı yoxdur. Olsa belə, “gizli fəaliyyət” göstərir və yəqin ki, ancaq kağız üzərində mövcuddur. Qeyd edək ki, şirkətin veb-saytında da Həmkarlar İttifaqının fəaliyyəti ilə bağlı heç bir məlumat tapa bilmədik. Ümumiyyətlə, bu problem Azərbaycanın özəl sektorunda xüsusi araşdırılmalı və aydınlaşdırılmalıdır ki, Azərbaycanın özəl sektorunun neçə faizində Həmkarlar İttifaqı fəaliyyət göstərir.
Vergidən yayınma və işçilərin sosial təminatdan məhrum edilməsi
barədə saytımıza danışan “Veysəloğlu” şirkətinin bir neçə əməkdaşı bildirib ki, ənənəvi olaraq işçilərin maaşları iki hissə ilə ödənilir. Maaşların bir hissəsi kartlara köçürüldüyü halda, ikinci hissəni işçilər mühasibatdan nəğd şəkildə alırlar. Bunu isə hamımızın bildiyimiz kimi, şirkət rəhbərliyi vergidən yayınmaq üçün edir. Bizə danışan mənbələr qeyd ediblər ki, bu hal bir neçə il əvvəl kütləvi idi. Mikayıl Cabbarovun iqtisadiyyat naziri təyin olunmasından sonra isə maaşların kartlara köçürülən hissəsində bir qədər artım olub. Lakin buna baxmayaraq, hələ də maaşların bir hissəsi “qara mühasibat”dan verilməkdə davam edir.
Qeyd edək ki, “Veysəloğlu” şirkətinin vergidən yayınması tək bununla bitmir və bu barədə xüsusi araşdırma aparılmasına ehtiyac var. Hələlik isə qeyd edək ki, maaşların bir hissəsini “qara mühasibat”dan ödəyən “Veysəloğlu” şirkəti təkcə dövlətdən vergi yayındırmır, eyni zamanda, əməkdaşların sosial təminatlarına və gələcək qazanclarına da ciddi ziyan vurmaqla məşğul olur. Çünki şirkət maaşların bir hissəsini nağd şəkildə ödəməklə, həm də pensiya fonduna daha az ödəmə edir.
Brend məhsullar saxtalaşdırılır, istehlakçıların hüquqları kütləvi şəkildə pozulur
Mənbələr bizə bildirib ki, “Veysəloğlu” şirkətində təkcə “Əmək Məcəlləsi”nin tələbləri deyil, eyni zamanda istahlakçıların da hüquqları kobud şəkildə pozulur. Belə ki, mənbələr iddia edirlər ki, şirkətə aid satış obyektlərində satılan brend məhsulların böyük əksəriyyəti saxtadır. Çünki şirkətə aid olan supermarketlərdə satılan brend məhsulların böyük əksəriyyəti elə “Veysəloğlu” şirkətində istehsal olunur. Məsələni ört-basdır etmək üçün isə həmin brend məhsulların müəyyən faizi xaricdən gətirilir və bu da şirkətin əlində “inkaredilməz” sübuta çevrilir. Çünki bütün hallarda gömrükdən həmin məhsulların keçməsi ilə bağlı əllərində sənəd olur. Qeyd edilir ki, şirkətin satdığı brend məhsulların təqribən 25-30 faizi xaricdən gətirilir, qalanı isə ölkədə istehsal olunaraq üzərinə saxta bannerlər yapışdırılır. Bu işlər isə əsasən, şirkətin Məhəmmədi qəsəbəsində yerləşən anbarında həyata keçirilir.
Qeyd edək ki, bütün bu sadalanan hüquq pozuntuları özəl sektorda baş verənlərin ancaq bir hissəsidir. Növbəti yazılarımızda digər qanun pozuntularına da toxunacağıq…
Mənbə: Busaat.az
Xəbərin oxunma sayı : 1378
İqtisadiyyat
Xəbərlər
-
Səhiyyə Nazirliyində BMT-nin İqtisadi və Sosial Komissiyasının İcraçı katibi ilə görüş keçirilib
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Deputat: Ermənistan Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımalı və təmin etməlidir
-
Koronavirusun təhlükəli ştamı yayılıb
-
“İran-İsrail münaqişəsi təkrarlanmamalıdır“ - Van İ
-
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
Seren Serengil azərbaycanlı gənclə işbirliyi qurdu - Fotolar
-
“Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq“ - Məhəmməd Salah
-
Prezident Xankəndidə keçirilən Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Tikinti materialları bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Reo-Med Tibb Mərkəzi“də yoxlama - Pozuntular aşkarlandı
-
Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir - Şok nəticələr
-
“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
-
Gənclərin qanlı hesablaşması - biri qətlə, digəri xuliqanlığa görə mühakimə olunur
-
Bakıda küçələrdə “kahinlər“ peyda oldu - VİDEO
-
Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
-
Ən çox gəlir əldə edən türkiyəli məşhurlar - SİYAHI
-
Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı - Nota verildi
-
Gələn həftədən Azərbaycanda istilər başlayacaq - Xəbərdarlıq
-
Pezeşkianın Azərbaycan səfəri başa çatdı - FOTO
-
Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi - Dələduzluq
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi - FOTO
-
Tramp Çinə səfər edə bilər - “Bloomberg”
-
Prezident Xankəndidə Ərdoğanla görüşdü - FOTO
-
Əliyev, Pezeşkian və Ərdoğanın ən səmimi görüntüsü - VİDEO
-
Deputatlar daha 15 məsələni müzakirəyə çıxaracaq - Siyahı
-
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb - FOTO
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
“Virus hələ də bizimlədir” - Səhiyyə Nazirliyi xəbərdarlıq edir
-
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR
-
Almaniya ordunu ikiqat gücləndirir - Könüllü hərbi xidmət qayıdır
-
Bakının ortasında kanalizasiya “fəlakəti“ - Qurumdan açıqlama
-
Liderlər çay süfrəsi arxasında - Fotolar
-
“ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb“ - Məsud Pezeşkian
-
Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı
-
Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub - Şahbaz Şərif
-
Baş prokuror Yardımlıda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqələrində dəyişiklik edilir - Milli Məclis təsdiqlədi
-
Kiçik çavuş həbs edilib - “TikTok”da tanış olduğu sevgilisini şantaj edirmiş
-
“Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir“ - Şahbaz Şərif
-
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Avtomobil almaq istəyənlərin nəzərinə - Bu maşınlar bahalaşacaq
-
“Biz göstəriciyə görə dünyada ön sıralardayıq” - Prezident
-
“Qəbələ“ Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb - Açıqlama
-
“Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər“ - Ali Məhkəmə
-
“Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır” - Sahil Babayev
-
Naxçıvanda şok hadisə - Deputat sakini döydü
-
Xankəndidə Zirvə görüşü keçirilir - FOTO/CANLI
-
Prezident Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
“Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək“ - İsrail mətbuatı
-
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - VİDEO
-
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olundu - ADLAR
-
Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO
-
Bu şəxslərə 6 min manat birdəfəlik müavinat veriləcək - Deputat açıqladı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı görüşdü - Xankəndidə
-
Pezeşkianın Azərbaycana səfərə gəldi - FOTO
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər“ - Çevriliş planının detalları + VİDEO
-
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
-
Rusiya Ukraynaya kütləvi hava zərbəsi endirib: Kiyevdə çoxsaylı dağıntılar var
-
Məktəbdən çıxan müəllimənin başına torba keçirib qaçıranlar azadlığa çıxdı - TƏFƏRRÜAT
-
“ABŞ Ukraynaya hərbi yardım göndərməyə davam edir“ - Tramp
-
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
-
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq modelini gücləndirir
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
TOP 10
ARXİV