“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Özbəkistan prezidenti Azərbaycan liderinə zəng etdi - Nələr müzakirə olunub?

Tarix 20.03.25, 19:36

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

Azfakt.com xəbər verir ki, Şavkat Mirziyoyev Prezident İlham Əliyevi və qardaş Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq və xoşbəxtlik arzulayıb.

Təbrikə görə təşəkkürünü bildirən dövlət başçısı da öz növbəsində Özbəkistan Prezidentinə və qardaş özbək xalqına ortaq mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin təcəssümü olan Novruz bayramı münasibətilə təbriklərini çatdırıb, ruzi-bərəkət və firavanlıq arzu edib.

Telefon söhbəti zamanı qardaş xalqlarımızın iradəsindən irəli gələn Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etməsindən, dövlət başçıları tərəfindən qarşıya qoyulan tapşırıqların ardıcıl surətdə icrasından və əməkdaşlığımızın gücləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsindən məmnunluq ifadə olunub. Bu xüsusda ticarət dövriyyəsinin artması, maşınqayırma, tekstil, elektrotexnika, enerji, aqrar, turizm və bir çox digər sahələrdə icra olunan layihələr qeyd edilib.

Azərbaycan və Özbəkistan prezidentləri qarşılıqlı maraq doğuran məsələlər və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.



Xəbərin oxunma sayı : 412




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap