| |
|
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
Aİ-nin ofisində müxalifətlə görüş - Nə danışıblar?
Tarix 13.08.24, 13:09 |
|
Avqustun 12-də Avropa İttifaqının Bakıdakı ofisində səfir Piter Mixalko, ofisin bəzi əməkdaşları və Aİ-yə daxil olan ölkələrin Azərbaycandakı səfirlərinin iştirakı ilə AXCP sədri Əli Kərimli, Musavat Partiyasının sabiq və indiki sədrləri İsa Qəmbər və Arif Hacılı, həmçinin müxalifəti təmsil edən daha bir neçə şəxsin iştirakı ilə görüş keçirilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, görüşdə regionda və Azərbaycanda hazırkı durum, ölkəmizdəki ictimai-siyasi vəziyyət, müxalifətin fəaliyyəti və digər məsələlər müzakirə olunub.
Məlumata görə, səfir Piter Mixalko müxalifətin hazırkı fəaliyyətsizliyi məsələsinə toxunaraq, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell yaranmış durumdan ciddi narazılığını müxalifət təmsilçilərinin diqqətinə çatdırıb. Azərbaycandakı cari durumu qısa şəkildə təsvir edən P.Mixalko deyib ki, uzun illərdir ABŞ və Aİ müxalif qüvvələrin fəallığının təmin edilməsi, hakimiyyətə təsir və təzyiq imkanlarının gücləndirilməsi üçün müxalifətə böyük vəsaitlər ayırıb. Bunun müqabilində isə cəmiyyətin narazı hissəsini arxasınca aparmalı olan müxalifət fəaliyyətini yalnız virtual məkanda replikalar paylaşmaqla, müxalifətçiliyi imitasiya etməklə məşğuldur. Hazırda seçkilərlə əlaqədar siyasi fəallığını yüksəltməli olan qüvvələr artıq bu imitasiyanı da lazımi şəkildə edə bilmirlər.
P.Mixalko nümunə kimi Gürcüstan müxalifətini və vətəndaş cəmiyyətini göstərərək bildirib ki, həm Azərbaycana, həm də Gürcüstana ayrılan vəsaitlərin həcmi eyni olsa da, qonşu ölkədə vətəndaş cəmiyyəti hakimiyyətə çox ciddi təsir etmək və iqtidarı sarsıdacaq addımlar atmaq imkanlarına malikdir.

Məsələyə münasibət bildirən müxalifət liderləri deyiblər ki, ABŞ və Aİ-nin dəstəyi olmasa, müxalifət öz mövcudluğunu qoruyub saxlaya bilməz. Eyni zamanda, fasiləsiz maliyyə yardımının daxil olmasına baxmayaraq, ölkədə mövcud mühit siyasi fəallığa və real nəticələr göstərməyə imkan vermir. Qeyd olunub ki, müxalifətin, TV-lər də daxil olmaqla, mediaya çıxışı yoxdur, sosial media vasitəsilə ciddi nəticələr əldə etmək mümkün deyil, aksiyaların keçirilməsinə imkan verilmir və s. Üstəlik Qərbin maliyyə dəstəyi də dayanarsa, bu, Azərbaycanda müxalifətin sonu demək olacaq.
Bundan sonra P.Mixalko maliyyələşmənin davam etdirilməsi üçün müxalifətin qarşısına qoyulan tələbləri səsləndirib. O bildirib ki, hazırkı seçki dövrünün açdığı imkanlardan istifadə edərək kütləvi tədbirlərin həyata keçirilməsi zəruridir. İlk növbədə müxalifət regionlardakı durumu düzgün qiymətləndirməli, şəhər və rayonlarda öz bazasını səfərbər etməli və paytaxt da daxil olmaqla, kütləvi aksiyaların təşkilinə və keçirilməsinə başlamalıdır. P.Mixalko zəruri hallarda müxalifət iğtişaşlardan da çəkinməməli və qarşıdurmaya getməyi bacarmalıdır. Məsələn, bu və ya digər məsələdən narazı olan kütlə tərəfindən etiraz əlaməti olaraq regionlarla Bakı arasında əsas yolların bağlanmasını təşkil etmək mümkündür.
.jpg)
P.Mixalko gənclərin bu prosesə cəlb edilməsinin vacib olduğunu deyib, kiçik multimedia qruplarının yaradılmasını, onların ölkə üzrə bütün neqativ halları qeydə alması və paylaşmasını təklif edib. Əvvəlki illərin təcrübəsindən çıxış edərək Aİ ofisinin rəhbəri abidələrin, heykəllərin boya ilə rənglənməsinin, tələblərin əks etdirilməsinin də etiraz üslubu olduğunu xatırladıb.
Bildirilib ki, etirazların təşkil olunması üçün kifayət qədər səbəb və mövzu da var: uşaqpulu, qazilərin sosial durumu, bahalaşma, korrupsiya, Qarabağın bərpası prosesində vəsaitlərin sərfiyyatının şəffaf olmaması və s.
P.Mixalkonun sözlərinə görə, indiki seçkilərdən sonra Azərbaycan COP29-a ev sahibliyi edəcək. Bu tədbir cəmiyyəti silkələmək, ayağa qaldırmaq üçün əlverişli şərait yaradır. Bütün bunları təşkil etmək üçün müxalifətin fəaliyyət proqramı olmalıdır və bu proqrama uyğun da tədbirlər həyata keçirilməlidir. Əsas vəzifə COP29-u mümkün qədər siyasiləşdirmək və beynəlxalq ictimaiyyətin diqqətini bu mühüm tədbiri keçirən ölkədə mövcud problemlərə cəlb etməkdir.
Hazırda Azərbaycanla Ermənistan arasında normallaşma məsələlərinə toxunan P.Mixalko bildirib ki, Aİ Xarici əlaqələr komitəsi hazırda Azərbaycanın Ermənistana təzyiqlərindən, Aİ-nin regiondakı siyasətinə və ələlxüsus da Ermənistandakı missiyasına kəskin münasibətindən, Qarabağ ermənilərinin geri dönməsi məsələsində mövqeyindən bərk narahatdır. O, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə ali nümayəndəsi Cozef Borrelin sözlərini çatdıraraq deyib ki, müxalifət bu məsələlərdə xüsusi fəallıq göstərməli, hakimiyyətə maksimum təzyiq göstərməli, onun yumşalmasına və geri çəkilməsinə nail olmalıdır.
P.Mixalko deyib ki, Aİ istənilən halda onların fəaliyyətinə bəraət qazandıracaq və hər cür dəstək verəcək.

Qeyd edək ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə ali nümayəndəsi C.Borrel bu qurumda Azərbaycana qarşı çıxış edən ən fəal şəxslərdən biridir. 44 günlük müharibədən sonra onun müntəzəm qaydada verdiyi açıqlamalar Ermənistanın mövqeyinin müdafiəsi və Azərbaycanın təcavüzkar kimi təqdim olunması məqsədi daşıyıb. C.Borrel Aİ missiyasının Ermənistana göndərilməsi, onun hərbləşdirilməsi və Qarabağ ermənilərinin müdafiəsi istiqamətində atılan addımların əsas təşəbbüskarı olub, Azərbaycan ərazilərini tərk edən ermənilərin sayını qəsdən şişirdərək 150 min nəfər kimi qeyd edib.
Həm xarici, həm də Azərbaycan mediasında C.Borrellin tərcümeyi-halı, fəaliyyəti və hazırkı mövqeyinin səbəbləri ilə bağlı çoxsaylı materiallar verilib. Qeyd edilib ki, C.Borrel separatçı Kataloniyanın Pobla de Segur kəndində anadan olub və bu bölgənin bir gün azad ola biləcəyi arzusu ilə yaşayıb. O, 1974-cü ildə İspaniyanın Sosialist Fəhlə Partiyasına üzv olub və Kommunist İnternasionalının ideyalarını bölüşüb. 1986-cı ildə Barselona əyalətindən İspaniya parlamentinə seçilən Borrel 2004-cü ildə Avropa parlamentində kürsü əldə edib və “Sosialistlərin və Demokratların Mütərəqqi Alyansı”nın boz kardinalı hesab olunur. Avropa Parlamentinin Azərbaycana qarşı fəaliyyətində bu fraksiyanın və şəxsən Borrelin ciddi rolu var.
Onun fəaliyyəti qalmaqalsız olmayıb: 1982-1987-ci illər arasında vergi bəyannamələrini təqdim olunmaması izahı ilə külli miqdarda gəlir əldə edən Borrel qadın “Flamenqo” ifaçısı Lola Floresə qarşı seksual təzyiq göstərib və bu, Madrid məhkəməsi tərəfindən təsdiqlənib.
Sonda Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı və digərləri çıxış edərək bildiriblər ki, səsləndirilən iradlar haqlıdır, hazırkı mürəkkəb durumda belə müxalifət fəallığını qoruyub saxlamağı bacarmalıdır. Bildirilib ki, Aİ tərəfindən irəli sürülən tələblər aydındır və onların yerinə yetirilməsi ilə bağlı lazımi addımlar atılacaq.
Qeyd edək ki, görüşdə Fransa və Niderlandın səfirləri xüsusi fəallıq göstərərək müxalifətin canlandırılması üçün tədbirləri gücləndirməyi tələb ediblər. Nə qədər anlaşılmaz olsa da, görüşdə ABŞ və Böyük Britaniyanın səfirləri də iştirak ediblər. Buna görə də görüş Aİ-Azərbaycan müxalifəti formatından kənar çıxıb. Həmçinin diqqəti cəlb edən məqamlardan biri də, masanın üzərində Aİ bayrağı ilə yanaşı LGBT bayrağının qoyulması da olub. Üstəlik, P.Mixalko çıxışında irəli sürülən tələblər sırasında müxalifətin seksual azlıqların hüquqlarının müdafiəsi istiqamətində addımlar atmalı olduğunu diqqətə çatdırıb.
Xəbərin oxunma sayı : 853
Siyasət
Xəbərlər
-
Umid Abuzərlinin ağ yalanı və prezidentə “SƏDAQƏTİ”…
-
Səfər Mehdiyevin köməkçisi olmuş polkovnik həbs edildi - Borca görə
-
Avropa Şurasının keçmiş Baş katibi barəsində istintaq başladılıb - “Epşteyn işi”
-
“Bəlkə də cənnətə düşməyə layiq ola bilərəm” - Tramp
-
Prezident iranlı naziri qəbul etdi - FOTOLAR
-
“İdrak Liseyi“ndə şagird müəllimi güllələdi - Direktordan və DİN-də açıqlama
-
Azərbaycan hər zaman Türkiyənin yanındadır - XİN
-
Neftçala bələdiyyəsinin keçmiş sədri kimdən rüşvət alıb? - İttiham aktı
-
Türkiyədə daha bir antinarkotik əməliyyatı - İki məşhur saxlanıldı
-
Deputatlar toplanır: daha 12 qanun dəyişir - SİYAHI
-
“Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycan liderinə və xalqına inamın təcəssümüdür
-
İki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələsi
-
Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
-
Klublarımızın qış planları: Kim gəlir, kim gedir?
-
“Müdafiə sistemlərimiz hazırlıq keçir, amma...“ - Dias-Kanel
-
ABŞ və Rusiya arasında hərbi dialoq sülh üçün həlledici əhəmiyyət daşıyır - Stiven Uitkoff
-
Tovuzda aktiv sürüşmə zonası: 10-a yaxın ev uçmaq təhlükəsi ilə üz-üzədir
-
Məktəblərdə vahid geyim formasının tətbiqində boşluqlar var - VİDEO
-
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri münasibətləri yeni mərhələdə
-
Bu rayonlarda qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
Anasını döydüyü üçün atasını bıçaqlayan 15 yaşlı qız - Ev dustağı oldu
-
Nüvə silahı ilə bağlı müqavilə başa çatdı: Çin danışıqlardan imtinanın səbəbini açıqladı
-
İlham Əliyev və Paşinyan yaxşı liderlərdir - TRAMP
-
Aqranomun SOROS Fondundan keçən karyerası... - Anar Qədiməliyev nazir olmaq istəyir?
-
Britaniyada deputat Mandelsona cinayət işi açıldı - Epşteynlə bağlı
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Agentlik 24 ölkədən Azərbaycana jurnalist və bloger gətirəcək - 6 milyon manata
-
Boynuna asdığı patrona görə cəzalandırıldı: “Məni qoruyacağını düşünmüşdüm“
-
“İran onları vurmağımızı istəmir“ - ABŞ Prezidenti
-
Azərbaycan – BƏƏ münasibətləri Cənubi Qafqaz-Yaxın Şərq yaxınlaşmasının ana xəttidir
-
Arvadından sonra qızı da işdən çıxarıldı - “TikTok“da dini təhqir etmək baha başa gəldi
-
Bu icra başçılarının müavinləri ixtisara düşdü - İki şəhərdə müavin sayı azaldılıb
-
“İşğal olunmuş ərazilərimizin Rusiyaya aid olduğunu iddia etmək cəhdləri mənasızdır“ - Zelenski
-
Ana sevgilisi ilə birlikdə 6 yaşlı oğluna işgəncə verdi - FOTO
-
Narkotikin təsiri altında sükan arxasına keçən sürücü saxlanıldı - VİDEO
-
Prezidentin BƏƏ-yə səfəri başa çatdı - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İsmayıllı meşələrində “ağac soyqırmı“:Meşə materialı daşıyan maşın ələ keçdi (FOTO/VİDEO)
-
Arayik və separatçı dəstəsinə hökm oxundu - Cəzaları AÇIQLANDI
-
Magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrların nəzərinə - DİM məlumat yaydı
-
İpoteka və kirayə mənzil istəyənlər diqqət: Müraciət forması yeniləndi
-
Azərbaycanlılar dini ziyarət üçün hansı ölkələrə səfər edirlər? - SİYAHI
-
“Epşteyn sənədləri“ndə 2 azərbaycanlının da adı var - Biri keçmiş nazir, biri deputat
-
İmişlidə qalmaqallı məktəb direktorunu deputat niyə müdafiə edir? - Qohumluq əlaqəsi
-
“Azərbaycan “Vahid Çin“ prinsipinə sadiqdir“ - XİN başçısı
-
Ömürlük həbsdən azad edilən - Şəmsi niyə gündəmdən düşmür?
-
“İdeal“ MTK-nın idarəçiliyindən narazılıq: Həm pul yığılır, həm də sakinlər hədələnir
-
Müəllimlər məzuniyyəti bu şərtlərlə alacaqlar - QAYDALAR
-
Bu il Azərbaycanda nə qədər Avro-5 benzini və dizel istehsal olunacaq? - RƏQƏMLƏR
-
Tramp iki potensial xələfinin adını açıqladı - Konkret seçimi yoxdur
-
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı - Şübhəli yetkinlik yaşına çatmayan şəxsdir
-
“Kanon“ aptekdən alınan uşaq yeməyi xarab çıxdı - Araşdırma başladı
-
Evdən okeana açılan gizli keçid aşkarlandı - Öldürdükləri insanları buradan...
-
“By Fateh” müştərilərə saxta məhsullar verilirmiş - FOTOLAR
-
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
-
Ən çox və ən az məscidləri olan bölgələrimiz - SİYAHI
-
Nadir təbiət hadisəsi: Fevralın sonunda planetlərin böyük paradı gözlənilir
-
Prezidentin sosial media səhifəsində təqdimat mərasimindən video paylaşıldı - VİDEO
-
Bakıda güclü külək hasarı uçurtdu - Bir nəfər ölüb
-
AZAL-dan şikayətl var - 3 kq artıq baqaja görə 70 avro?
-
“Xamenei çox narahat olmalıdır” - Donald Tramp
-
Binəqədidə qanunsuz tikilən obyekt söküldü - Video
-
279 saylı məktəbdə direktor müəllim və şagirdlərdən pul yığır? - VİDEO
-
Son nüvə sazişinin müddəti bitdi - Artıq məhdudiyyət yoxdur
-
Bakıda sakinlər 100-ə yaxın yaşı olan bina sökülməsinə qarşıdır - VİDEO
-
Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik
-
Səmraya efirdə evlilik təklifi - Özündən 14 yaş kiçikdir
-
İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
-
Bill Qeyts susqunluğunu pozdu: “Epşteynlə keçirdiyim hər dəqiqəyə...”
-
“Sürüşkən yol“ işarələri aktivdir - Sürücülərə xəbərdarlıq
-
“Yaxın vaxtlarda Rusiya ilə əsir mübadiləsi gözlənilir“ - Zelenski
-
ABŞ və İran arasında nüvə danışıqları ləğv edilib - “Axios”
-
Rəsulzadə qəsəbəsində kanalizasiya problemi niyə həll edilmir? - VİDEO
-
Moped sürücülərinə vacib xəbər: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
-
Nəsimi icra hakimiyyətində mübarizə: Zahid Xəlilov Gülarə Verdiyevaya qalib gələcək?
-
İlham Əliyev Qafqazda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır - Şahbaz Şərif
-
Şəmsi Səmədzadənin saxlanılmasının detalları: Oğlu da yanında olub
-
Məleykə Abbaszadə Kamran Əsədovdan danışdı - “Bu, yaxşı dərs olacaq...”
-
“İrəliyə necə getməli olduğumuzu müzakirə etdik” - Prezident
-
Qəzzada qətlə yetirilən fələstinlilərin sayı açıqlandı - İsrail ordusu atəşkəsi pozub
-
Növbəti yük qatarı Azərbaycandan Ermənistana yola düşdü - FOTO
-
Azərbaycanın kimə və nə qədər borcu var? - SİYAHI
-
“Bu mükafatı almaq böyük şərəfdir“ - İlham Əliyev
-
Şəmsi Səmədzadə həbs olundu - Mal-qara oğurluğunda ittiham olunur
-
ABB Mehdiyevin ailə bankını alır? - “Bank BTB”nin əməkdaşları artıq ABB-də otururlar“
-
Bakıda bıçaqlanan ata öldü - 15 yaşlı qızı saxlanıldı
-
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı“nın təqdimolunma mərasimində - FOTOLAR
-
Şöbə müdiri nə üçün işdən çıxır? - Səs yazısı yayıldı - VİDEO
-
Azərbaycan xalqına qarşı reklam terroru - “Dəmirörən” şirkətinin xalqımıza vurduğu zərbələr və qazanılan pullar…
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Epşteynin əsas varisi o imiş - 630 milyon dollarlıq sərvət
-
Tanışına oyun qurub 25 min tələb etdilər - VİDEO
-
Nizami rayonunda icra başçısı bu tikintiyə hansı şərtlərlə icazə verib? - VİDEO
-
Qardaşı uşaqlarını baltalayan əmi öldü - Səbəbi AÇIQLANDI
-
İyundan bağlamalar yeni qaydada bəyan edilməlidir - Gömrük Komitəsindən xəbərdarlıq
-
Azərbaycanın ümumi dövlət borcu açıqlanıb - Adambaşına 2533 manat borcumuz var
-
Dünyanın ilk 800 milyardlıq adamı - İlon Mask tarixi rekorda imza atdı
-
Kərimov qardaşlarının Rumıniya macəraları - Çoxsaylı mülklər necə əldə edilib?
-
ABŞ daha bir ölkəyə ordu göndərir - Tramp xəbərdarlıq etmişdi
-
“Son 20 ildə əhali 17 milyard dollarlıq xalis xarici valyuta alıb“ - AMB sədri
-
“Vesta Construction” MTK bir mənzili 3-4 nəfərə satıb - ŞİKAYƏT
-
Generala yüksək vəzifə verildi - Baş İdarə rəisi vəzifəsinə təyinat alıb
-
Azərbaycana Sibir mənşəli soyuq hava kütlələri daxil oldu - Çovğun müşahidə edilir
-
Əkrəm İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
-
“Hər kəs məni normal qarşılayır“ - Videosu ilə gündəm olan məmurdan açıqlama
-
Mərkəzi Bankın sədrindən devalvasiya açıqlaması - “Söhbət 300 milyon vəsaitdən gedir“
-
Bu gecə Bakıya qar yağacaq - Yollar buz bağlayacaq
-
İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirildi - FOTO/VİDEO
-
“Əhalinin dollar tələbi yanvarda 3-4 ilin ən aşağı həddinə enib“ - AMB sədri
-
Azərbaycanlı turistlər Gürcüstanda nə qədər xərcləyiblər: 81, yoxsa 223 milyon dollar?
-
Sabiq deputat şikayətini geri götürdü - Məhkəmə iclası
-
Buraxılışı imtahanlarının vaxtı elan edildi - Rayonlar üzrə tarixlər...
-
Azərbaycanda inflyasiya nə qədər olacaq? - PROQNOZ
-
“İşdən çıxarılmağımı iclasda qaldırdılar, direktorun qohumları səs verdi” - ŞİKAYƏT
-
Əmək bazarında kadr çatışmazlığı: iş var, mütəxəssis yoxdur + VİDEO
-
ABŞ Administrasiyası İranla danışıqlar aparmağa razılaşıb - “Axios“
-
Mərkəzi Bank uçot dərəcəsini azaldıb, bəs illik inflyasiya? - QƏRAR
-
Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak oldu - ADLAR
-
“Xidmətinizdəyəm, mənimlə evlənin” - Epşteynə məktublar yazırmış + FOTO
-
“Mayomed” klinikasında Nihad Aslanov “kosmetoloq” idi indi isə “stomatoloq” kimi fəaliyyət göstərir? - VİDEO
TOP 10
ARXİV






