“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

ABŞ yaxın 48 saat ərzində İrana zərbə endirə bilər - Serbiya Prezidenti

Tarix 01.02.26, 19:34

Font ölçüsü : - / +
bitmap-img6


Serbiya Prezidenti Aleksandar Vuçiç hesab edir ki, ABŞ artıq yaxın 48 saat ərzində İrana hərbi zərbə endirə bilər.

APA xəbər verir ki, o, bu barədə TV Pink telekanalının efirində danışıb.

Vuçiç bildirib ki, ABŞ İrana hücum etməklə Ceffri Epşteyn işi ilə bağlı yeni sənədlərdən diqqəti yayındırmağa çalışa bilər. Onun sözlərinə görə, bu, gələcək Amerika zərbəsinin əsas səbəbi olmasa da, Ağ Evdə qərarların daha sürətlə verilməsinə təsir göstərə bilər.

“Monika Levinski ilə bağlı qalmaqalda olduğu kimi belə cəfəngiyat ortaya çıxanda kimisə bombalamağa başlayırlar. Mən bunun əsas səbəb olacağına inanmıram, amma demək olar ki, bəzi qərarların qəbulunu sürətləndirəcəyinə əminəm”, – deyə Serbiya Prezidenti qeyd edib.

Burada söhbət ABŞ-ın 42-ci prezidenti Bill Klintonla qalmaqallı münasibəti ilə tanınan Monica Lewinskydən gedir.

Vuçiç vurğulayıb ki, Serbiya üçün əsas prioritet daxili sabitliyə diqqət yetirməkdir. Onun sözlərinə görə, ölkə üçün sülhün qorunması və iqtisadi layihələrin həyata keçirilməsi əsas məqsəd olaraq qalır.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Trump İrana doğru daha bir Amerika hərbi gəmiləri qrupunun hərəkət etdiyini açıqlayıb. Eyni zamanda o, vəziyyətin diplomatik yolla nizamlanacağına ümid etdiyini bildirib və Tehrana razılaşma bağlamağa çağırıb.

Bundan əlavə, Axios nəşri mənbələrə istinadən yazıb ki, Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Khalid bin Salman Vaşinqtonda keçirilən qapalı brifinq zamanı ABŞ-ın İrana mümkün zərbəsinə dəstək ifadə edib. O qeyd edib ki, əgər Tramp öz hədələrini həyata keçirməsə, İran rejimi daha da möhkəmlənəcək.



Xəbərin oxunma sayı : 121




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap