“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Qurban Qurbanov bunu edib, mən təkrarlaya bilməzdim” - Arne Slot

Tarix 27.01.26, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


“Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasında “Qarabağ”la sabah keçiriləcək matçla əlaqədar mətbuat konfransı təşkil edib.

AzFakt.com xəbər verir ki, o, əsas futbolçuların durumu, komandanın hazırkı vəziyyəti və oyun planı barədə danışıb.

Niderlandlı mütəxəssisin sözlərinə görə, müdafiəçiləri Co Qomez və İbrahima Konate “Qarabağ”la matçda oynamayacaqlar:

“Co sabahkı oyunda iştirak edə bilməyəcək. Konateylə danışdım və bilirik ki, o, çətin günlər keçirir (bugünlərdə atası vəfat edib - red.). Onun tezliklə geri dönməsinə ümid edirəm, amma sabah üçün yox”.

O, Premyer Liqada hazırkı mövqelərinə görə təzyiqləri dayandırmağın çox çətin olacağını bildirib:

“Bir neçə oyun qazanmağımız belə səs-küyü dayandırmaz. Belə klublarda çempionluq uğrunda mübarizə aparmırsınızsa, bu təzyiqi dayandırmaq mümkün deyil”.

Mütəxəssis ÇL-də bir və ya iki pillə fərqinin o qədər də önəmli olmadığını qeyd edib:

“Həm Çempionlar Liqası, həm də Premyer Liqada mübarizə aparmaq bizim üçün çətindir. ÇL oyunlarından sonra çox matçda xal itirdik”.

Slot bildirib ki, Çempionlar Liqasının Liqa mərhələsini ilk “dördlük”də bitirmək istəyirlər və “Qarabağ”a qarşı yaxşı hazırlaşıblar:

“Qalib gəlmək istəyirik. Lakin heyətdə zədəli futbolçularımız var. “Bornmut”a qarşı matçda əsas heyətin 11 futbolçusuna şans verməyə bilməzdim. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatında keçirdikləri son matçda bunu edib. Eyni şeyi mən təkrarlaya bilməzdim”.

Slot bildirib ki, “Qarabağ” öz bacarığını bu mövsüm güclü komandalara göstərib:

“Rəqibin heyətində sürətli futbolçular var. Topla rahat rəftar edirlər. “Qarabağ” öz bacarığını bu mövsüm güclü komandalara göstərib. Onlar asanlıqla məğlub ediləcək rəqib deyil. Hətta “Qarabağ” bu mövsüm Çempionlar Liqasında “Çelsi”yə qarşı matçda 2:2 hesablı heç-heçəyə nail olub. Bu da onu göstərir ki, qitənin ən nüfuzlu klub turnirində zəif komanda yoxdur. Bizim cari mövsüm Çempionlar Liqasında qarşılaşdığımız bütün komandalar güclü olub”.



Xəbərin oxunma sayı : 151




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap