“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Vəkillər Kollegiyasından qovulmuşdu - həbs edildi

Tarix 26.01.26, 14:28

Font ölçüsü : - / +
bitmap-img6


2022-25-ci illərdə Vəkillər Kollegiyasının üzvü olmuş İbrahim Hüseynov həbs edilib...

AzFakt.com "Qafqazinfo"ya istinadla xəbər verir ki, 38 yaşlı keçmiş vəkil Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə məsuliyyətə cəlb olunub.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə o, iki il müddətinə həbs cəzasına məhkum edilib.

Araşdırmalarla müəyyən olunub ki, İbrahim Hüseynov 2024-cü ildə həbs edilmiş vətəndaşın ailə üzvlərindən həmin şəxsin azadlığa buraxılması müqabilində 44 min manat pul alıb. Lakin İ.Hüseynov verdiyi vədə əməl etməyib. O, narkotik ittihamı ilə tutulan F.Şahbazovu azadlığa çıxara bilməyib. Bundan sonra həmin şəxsin ailə üzvləri polisə müraciət ediblər. İstintaq müddətində İbrahim Hüseynov aldığı pulun yalnız 18 min manatını geri qaytarıb.

Qeyd edək ki, İ.Hüseynov "Güvən" vəkil bürosunun vəkili kimi işləyib. Vəkillər Kollegiyasının Mətbuat xidmətindən bildirilib ki, həmin şəxs Rəyasət Heyətinin 25.11.2025-ci il tarixli qərarı ilə kollegiya üzvlüyündən xaric edilib.



Xəbərin oxunma sayı : 154




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap