“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Azərbaycanda ət istehsalı artmır: Fermerlər niyə geri çəkilir?

Tarix 24.01.26, 15:27

Font ölçüsü : - / +
bitmap-img6


2025-ci ildə Azərbaycanda diri çəkidə 659,2 min ton ət istehsal olunub.

Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Rəsmi statistikaya görə, sözügedən göstərici 2024-cü illə müqayisədə dəyişməyib. Yəni ölkədə ət istehsalı artmayıb, eyni səviyyədə qalıb. 

Bəs səbəb nədir?

İqtisadçılar qeyd edir ki, son illər yem bazarında müşahidə olunan qiymət artımları maldarlıqla məşğul olan fermerlər üçün əsas problemlərdən biridir. Arpa, qarğıdalı, soya, kombinə edilmiş yemlər əvvəlki illərlə müqayisədə xeyli bahalaşıb. Yem xərcləri isə maldarlıqda ümumi maya dəyərinin böyük hissəsini təşkil edir.

Fermerlər bildirirlər ki, hazırkı qiymətlərlə mal saxlamaq və sürünü genişləndirmək iqtisadi baxımdan sərfəli deyil. Bir çox təsərrüfat yeni mal almaqdan imtina edir, bəziləri isə mövcud heyvan sayını azaltmaq məcburiyyətində qalır. Bu isə təbii olaraq istehsalın artmasına imkan vermir.

Həmçinin qeyd olunur ki, daxili bazarda ucuz idxal ətin, xüsusilə son aylarda Monqolustan və digər ölkələrdən gətirilən ətin kütləvi şəkildə satışa çıxarılması yerli istehsalçının mövqeyini daha da zəiflədir.

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb:

"Hesab edirəm ki, buna səbəb iri buynuzlu mal-qaranın, eləcə də xırda buynuzlu heyvanların, yəni qoyun və keçinin sayının azalmasıdır. Başqa sözlə desək, heyvanların sayı azaldığı üçün artım baş vermir və artımın olmaması da birbaşa olaraq qiymətlərə təsir göstərir. Məhz buna görə də mən hesab edirəm ki, bu amil fundamental səbəblərdən biridir. Ət kəsiminin azalması və ya ən azı artmaması məhz bu səbəbdən qaynaqlanır.

Bu problemi aradan qaldırmaq üçün əsas səbəblər sırasında iri buynuzlu mal-qaranın sayının artırılması, eləcə də xırda buynuzlu heyvanların, yəni qoyun və keçinin sayının çoxaldılması yollarının tapılması vacibdir".



Xəbərin oxunma sayı : 106




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap