“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? - RƏSMİ

Tarix 24.01.26, 21:05

Font ölçüsü : - / +
bitmap-img6


Vətəndaşlardan biri ailə üzvünü oksigen balonu ilə təchiz olunmuş Təcili Tibbi Yardım (TTY) avtomobili ilə Bakıdan rayona aparmaqda çətinlik çəkib. O TTY avtomobillərində oksigen balonlarının olub-olmaması ilə maraqlansa da, sualına aydın cavab ala bilməyib.

AzFakt.com Oxu.Az-a istinadən xəbər verir ki, Bakı şəhəri və ölkənin regionları üzrə fəaliyyət göstərən təcili tibbi yardım avtomobillərinin böyük əksəriyyəti oksigen balonları ilə təchiz olunub.

"Hazırda təcili tibbi yardım xidmətinin maddi-texniki bazasının yenilənməsi istiqamətində ardıcıl və mərhələli işlər həyata keçirilir. Bu çərçivədə köhnə və istismara yararsız nəqliyyat vasitələrinin tədricən yeniləri ilə əvəz olunması təmin edilir. Təkcə 2025-ci il ərzində 100-dən artıq istismara yararsız təcili tibbi yardım avtomobili xidmətdən çıxarılaraq, müasir standartlara cavab verən yeni ambulanslarla əvəz edilib.

Bununla yanaşı, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin balansında 2010-cu ildən əvvəl istehsal olunmuş, o cümlədən sovet istehsalı olan avtomobillər də qismən də olsa mövcuddur.

Ümumilikdə, son illər İcbari Tibbi Sığorta sisteminin tətbiqi fonunda təcili tibbi yardım sisteminin infrastrukturunun gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

Təcili tibbi yardım xidmətinin regionlarda daha da təkmilləşdirilməsi, çağırışlara operativ cavab verilməsi və vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər ardıcıl şəkildə davam etdirilir", - deyə məlumatda bildirilir.



Xəbərin oxunma sayı : 118




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap