“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Finalda böyük qalmaqal, Seneqal çempion oldu - VİDEO

Tarix 19.01.26, 9:15

Font ölçüsü : - / +
bitmap-img6


Afrika Millətlər Kubokunun final matçı keçirilib.

Həlledici oyunda Seneqal və Mərakeş milliləri üz-üzə gəlib.

Moulay Abdullah İdman Kompleksində keçirilən görüşdə Seneqal millisi qalib gəlib – 1:0.

Oyunun əsas vaxtında qol vurulmayıb. Buna görə də qalib əlavə vaxtda müəyyənləşib. 94-cü dəqiqədə Pap Qeye Seneqal millisinə qələbə gətirən qolu vurub.

Final oyununda qalmaqal da yaşanıb.

Belə ki, Seneqal millisinin baş məşqçisi Pap Tiyav qarşılaşmanın 90+8-ci dəqiqəsində qapılarına təyin olunan penaltiyə etiraz edərək komandanı meydandan çıxarıb. Buna qədər matçın 90+2-ci dəqiqəsində seneqallıların vurduğu qol da qeydə alınmayıb. Referi Əşrəf Hakimiyə qarşı qayda pozuntusu olduğunu əsas gətirərək Abdullay Sekin hərəkətini qayda pozuntusu kimi qiymətləndirib. Hakimin hücumun sonunu gözləmədən fit çalması VAR-ın müdaxilə imkanını aradan qaldırıb və epizod yoxlanılmayıb. Bu qərar böyük narazılığa səbəb olub. Seneqalın qapısına penalti təyin olunan zaman isə baş məşqçinin göstərişi ilə futbolçular meydanı tərk ediblər.

Yaranmış gərgin vəziyyətdə Seneqal millisinin lideri Sadio Mane komandaya müdaxilə edərək oyunun davam etdirilməsinə nail olub. O, paltardəyişmə otağına qaçaraq komanda yoldaşlarını geri qaytara bilib.

Bundan sonra Seneqal yığması meydana qayıdıb. Mərakeş millisinin üzvü Brahim Dias isə 90+24-cü dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib. Seneqal millisinin qapıçısı Eduar Mendi zərbəni dəf edərək hesabın dəyişməsinə imkan verməyib.

Seneqal isə əlavə vaxtda vurduğu qolla qalib gəlib.






Xəbərin oxunma sayı : 94




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap