“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Azərbaycana müalicə üçün gələn əcnəbilər - Onlar hansı ölkələrdəndi?

Tarix 04.03.26, 10:02

Font ölçüsü : - / +
bitmap-img6


2025-ci il ərzində Azərbaycanın sağlamlıq turizmi xidmətlərindən faydalanmaq üçün ümumilikdə 20 135 nəfər xarici vətəndaş ölkəmizə səfər edib.

AzFakt.com xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib. 

Bildirilib ki, bu sayın təxminən 85.4%-ni MDB ölkələrindən gələnlər təşkil edib.
Ətraflı

Məlumata görə, səfər edənlər arasında ilk sıralarda Rusiya Federasiyası (11 320 nəfər), Qazaxıstan (2 424 nəfər), Türkiyə (1 739 nəfər), Gürcüstan (1 461 nəfər) vətəndaşları yer alır. İlk onluqda isə Qırğızıstan, Türkmənistan, Tacikistan, Ukrayna və Belarus kimi ölkələr mövcuddur.

Xatırladaq ki, 2024-cü il ərzində Azərbaycanın sağlamlıq turizmi xidmətlərindən yararlanmaq üçün ölkəmizə səfər edən vətəndaşların sayı isə ümumilikdə 23 272 nəfər təşkil edib. 2025-ci illə müqayisədə həmin vaxt göstəricinin təxminən 83,4 faizi MDB ölkələrinin payına düşüb.

Səfər edənlər arasında ilk beşlikdə Rusiya Federasiyası (15 360 nəfər), Qazaxıstan (2 199 nəfər), Türkiyə (1 311 nəfər), Gürcüstan (1 068 nəfər) və Özbəkistan (935 nəfər) vətəndaşları yer alıb. Bundan əlavə, ilk onluqda, Qırğızıstan, Türkmənistan, Tacikistan, Ukrayna və Belarusdan gələnlər də yer alıblar.



Xəbərin oxunma sayı : 172




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap