“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Deputat-rektor paradoksu: Kooperasiya Universiteti ləğv oluna bilər

Tarix 04.03.26, 11:49

Font ölçüsü : - / +
bitmap-img6


Ötən il 60 yaşını qeyd edən Azərbaycan Kooperasiya Universiteti (AKU) uzun illərdir təhsil keyfiyyəti ilə yox, daha çox ətrafında dolaşan söz-söhbətlərlə gündəmə gəlir. Universitetdə rüşvət, tələbələrin incidilməsi, idarəetmədə özbaşınalıq barədə mediada dəfələrlə yazılıb. Açığı, bu mövzular artıq yeni deyil. Yeni olan isə odur ki, illər keçir, amma dəyişən bir şey görünmür...

Son vaxtlar universitetin bağlanması və ya iqtisad yönumlu ixtisasların Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) birləşdirilməsi məsələsi də müzakirəyə çıxarılıb. Məntiqlə yanaşanda, iqtisadi yönümlü ixtisasların daha böyük elmi bazası olan bir ali məktəbdə cəmlənməsi məntiqli olardı. Nəzərə alaq ki, AKU-nu bitirənlər rəsmi statiskaya görə, ən az iş tapan məzunlar arasındadır. Onda belə bir universitetin saxlanılmasındansa başqa bir ali məktəbə birləşdirilməsi daha effektli sayıla bilər. Amma məsələ təkcə struktur dəyişikliyi ilə həll olunacaq qədər sadə görünmür.

Universitetin rektoru Eldar Quliyev eyni zamanda Milli Məclisin deputatıdır. Üstəlik, parlamentdə Hesablayıcı komissiyaya sədrlik edir və Azərbaycan Ağsaqqallar Şurasına rəhbərlik edir.

Konstitusiyanın 85-ci maddəsi deputat mandatı ilə digər icraedici və inzibati vəzifələrin uzlaşmasına məhdudiyyət qoyur. Rektor vəzifəsinin isə sırf formal ad olmadığı, icraedici səlahiyyətlər daşıdığı hamıya bəllidir. Elə bu məqam da sual yaradır: qanun doğrudanmı hamı üçün eyni tətbiq olunur?

Eldar Quliyev özü bildirmişdi ki, universitet özəl olduğu üçün onun rektor kimi fəaliyyətini davam etdirməsində problem görməyiblər. Amma Milli Məclisin İntizam Komissiyasının sədr müavini Asim Mollazadə fərqli fikir səsləndirib. Onun sözlərinə görə, qanunla deputatın rektor kimi fəaliyyət göstərməsi qadağandır və məsələ komissiyada müzakirəyə çıxarılmayıb. O, həmçinin bildirib ki, onlarda olan məlumata görə, Eldar Quliyev rektor vəzifəsindən imtina edib və Şura rəhbəri kimi fəaliyyət göstərir.

Problem də elə buradadır: universitetin rəsmi məlumatlarında onun rektor kimi göstərilməsi ilə deyilənlər üst-üstə düşmür. Bu ziddiyyətin özü belə əlavə sual yaradır.

Vaxtilə deputatlığa namizəd olan və rektor vəzifəsini daşıyan şəxslər seçim qarşısında qalmışdılar. Məsələn, Səməd Seyidov, Gülçöhrə Məmmədova, Əhliman Əmiraslanov, Abel Məhərrəmov və başqaları ya deputat mandatını, ya da rektor postunu seçiblər. Qanun qarşısında seçim etmək mümkün olubsa, niyə eyni qayda hər kəsə şamil edilmir?

Universitetdə rəhbər vəzifədə rektorun qızı – prorektor Aygün Quliyevanın çalışması da tez-tez müzakirə olunur. Bu, hüquqi baxımdan bəlkə də problem deyil, amma etik baxımdan suallar doğurur. Xüsusilə də ali təhsil müəssisəsində şəffaflıq və meritokratiya barədə danışırıqsa.

Bir vaxtlar böyük qalmaqalla bağlanan Azərbaycan Beynəlxalq Universiteti hamının yadındadır. Saxta diplomlar, rüşvət qalmaqalları, illərlə davam edən məhkəmə çəkişmələri…

İndi isə sual yaranır: eyni iddialar səslənən bir universitetə münasibətdə niyə bu qədər susqunluq var? Əgər problemlər şişirdilibsə, rəsmi şəkildə təkzib edilsin. Yox, əgər doğrudan da narahatedici məqamlar varsa, o zaman tədbir görülsün.

Məsələ kiminsə şəxsi ambisiyası deyil. Söhbət ali təhsildən, minlərlə tələbənin taleyindən və dövlət qanunlarının tətbiqindən gedir. Deputatlıq və rektorluq paralel şəkildə davam edə bilərmi? Universitetdə təhsil doğrudanmı tələb olunan səviyyədədir? Birləşmə və ya struktur dəyişikliyi real variantdırmı?

Bu suallar cavabsız qaldıqca müzakirələr də dayanmayacaq. Təhsil sahəsində isə ən təhlükəli vəziyyət məhz cavabsız sualların çoxalmasıdır. (Tendensiya.com)



Xəbərin oxunma sayı : 154




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap