“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Yanğında meyiti tapılan kişi qətlə yetirilib? - Saxlanılan var

Tarix 27.01.26, 20:48

Font ölçüsü : - / +
bitmap-img6


Yanvarın 26-da İmişli şəhəri ərazisində yerləşən evlərdən birində yanğın hadisəsinin baş verməsi və həmin evdə naməlum kişi meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ilkin yoxlama zamanı meyitin 1957-ci il təvəllüdlü Sədrəddin Fərəcov olması və onun bədəni üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətin olduğu müəyyən edilib.

Keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1979-cu il təvəllüdlü Elnarə Cəfərovanın Sədrəddin Fərəcovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. E.Cəfərova iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.



Xəbərin oxunma sayı : 1480




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap