Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Adnan Əhmədzadə yarım milyonluq cərimə edilibmiş - İsveçrədə

Tarix 26.09.25, 13:23

Font ölçüsü : - / +
bitmap-img6


SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadə ötən il Cenevrədə fantastik məbləğdə cərimə ödəyib.

AzFakt.com Lent.az-a istinadən xəbər verir ki, Adnan Əhmədzadə yol hərəkət qaydalarını pozduğuna, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyinə və bunu bir neçə dəfə təkrarladığına görə 225 000 İsveçrə frankı (günün məzənnəsi ilə 478 575 AZN) cərimə ödəyib.

İsveçrə mediasında həmin vaxt olayın təfərrüatı yazılıb.

Medianın yazdığına görə, Əhmədzadə Cenevrədə yol hərəkət qaydalarını pozduğu üçün əvvəlcə 10 000 İsveçrə frankı məbləğində cərimələnib və sürücülük vəsiqəsi əlindən alınıb.

Buna baxmayaraq, o, Yeni İli qeyd etmək üçün özünə məxsus “Audi” markalı avtomobillə yenidən Qondo sərhəd keçid məntəqəsindən İsveçrəyə daxil olub. Orada iş adamını dərhal dayandırıblar, sərhədçilər onun sürücülük vəsiqəsi olmadan maşın idarə etdiyini müəyyən ediblər. O, 1750 İsveçrə frankı məbləğində 130 gündəlik cərimə cəzasına məhkum edilib.

Cəmi bir ay sonra Əhmədzadə Simplon keçidində avtomobilinin yoxlanılması üçün yenidən saxlanılıb. Yuxarı Valais dövlət prokurorunun qərarına əsasən, “təqsirləndirilən şəxs sınaq müddəti ərzində eyni qaydada yenidən cinayət törədib və davranışına görə peşman olmayıb”. Ona görə də onun gələcəkdə oxşar cinayətlər törətməsi istisna edilməyib.

Cenevrə ədliyyə orqanlarının təyin etdiyi üçillik dayandırılmış cərimə ləğv edilib. Cəza əmrinə əsasən, Əhmədzadə sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməkdə təqsirli bilinib. O, ümumilikdə 225 000 CHF məbləğində cərimələnib.

Adnan Əhmədzadə isə bu cəriməni ödəyəndən sonra İsveçrəni tərk edə bilib.



Xəbərin oxunma sayı : 187




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap