Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ailənin beş üzvünü qətlə yetirən Əhməd azadlığa buraxılacaq? - Hüquqşünasdan AÇIQLAMA

Tarix 09.04.24, 22:51

Font ölçüsü : - / +
bitmap-img6


Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib.

Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətindən azad edirmi?

Hüquqşünas Hikmət Əliyev bildirib ki, məhkəmə-psixiatriya ekpertizasının rəyi nəzərə alınmaqla şəxs tərəfindən cinayəti anlaqsız vəziyyətdə törətməsi tam sübut olunduqda məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır: “Yəni belə şəxslərə cəza təyin edilmir. İntensiv və daimi müşahidə müəyyən edən ixtisaslaşdırılmış psixiatriya stasionarlarında psixi vəziyyətinə görə özü üçün və ya kənar şəxslər üçün təhlükəli olan şəxslər barəsində məcburi müalicə aparılmalıdır. Şəxsin psixi vəziyyəti yaxşılaşdığı halda həkim komissiyasının rəyinə əsasən məcburi müalicə dayandırıla bilər. Göründüyü kimi, şəxs anlaqsız vəziyyətdə cinayət törədibsə, sonradan sağaldığı təqdirdə belə, məsuliyyətə cəlb edilmir”.

Psixiatr Nadir İsmayılov isə qeyd edib ki, Ə.Əhmədov adi xəstəxanada yox, xəstəxanaların xüsusi gücləndirilmiş rejimlə işləyən şöbəsində müalicəyə getməlidir: “Müalicə altı ay, bir il, 10 il də ola bilər. Xəstə sağalana qədər xəstəxanadan buraxıla bilməz”.

Daha ətraflı Baku TV-nin süjetində:





Xəbərin oxunma sayı : 1282




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap