“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Almaniyada güclü qar: Həyat “dayandı” - FOTO

Tarix 05.12.23, 19:41

Font ölçüsü : - / +
bitmap-img6


Almaniyanın müxtəlif bölgələrində yağan qar həyatı da dondurub.

Əlverişsiz hava şəraiti səbəbindən bir çox reyslər ləğv edilib, bəzi yerlərdə məktəblər bağlanıb.

Münhen hava limanı özünün “X” hesabında verdiyi açıqlamada gecə boyu yağacağı gözlənilən yağışın və şaxtanın həddindən artıq buzlaşmaya səbəb olacağını, buna görə də yerli vaxtla saat 12:00-a qədər bütün uçuşların ləğv edildiyi bildirib.

Gündə 770-dən çox qalxıb-enmənin həyata keçirildiyi hava limanında hərəkətində fasilələr yaranan uçuşların sayının ilkin mərhələdə təxminən 330 olduğu qeyd edilib.

Bavariyanın əksər hissəsində qışın şiddətli başlaması ilə əlaqədar hava nəqliyyatında məhdudiyyətlər yaranıb və yüzlərlə sərnişin hava limanında çarəsiz qalıb. Hava limanına hətta portativ çarpayılar gətirilib.

Hündürlüyü yarımmetrə çatan qar dəmir yolu hərəkətinə də təsir edib. “Deutsche Bahn” Alman Dəmir Yolları şirkəti Bavariyadan Baden-Vürttemberq və İsveçrə istiqamətində səfərlərin təxirə salına biləcəyi barədə xəbərdarlıq edib.

Şirkət sərnişinlərdən vacib olmayan səfərlərini 6 dekabr tarixinə qədər təxirə salmağı xahiş edib.
Münhendə qar və sıfır dərəcədən aşağı olan temperatur nəqliyyatın hərəkətini iflic edib. Şəhərin tramvay xəttində fasilələr yaranıb, çox sayda qəza baş verib.

Starnberq və Mühldorf bölgələri ilə yanaşı Auqsburqda da bir çox məktəblər bağlanıb.

Almaniya Meteorologiya İdarəsi ölkənin bir çox bölgələrində buzlaşmanın ola biləcəyi barədə xəbərdarlıq edib.





Xəbərin oxunma sayı : 733




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap