Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Aqrar sığorta fəaliyyətində YENİLİK: İmtahanı asanlaşdırıldı

Tarix 05.10.22, 21:29

Font ölçüsü : - / +
bitmap-img6


Baş nazir Əli Əsədov “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” qərar imzalayıb.

AzFakt.com xəbər verir ki, qərarda aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının iki mərhələdən bir mərhələyə salınması, mövcud qaydaya əsasən imtahanda iştirak üçün tələb olunan ali və ya orta ixtisas təhsili üzrə 11 ixtisasın peşə təhsili, orta ixtisas təhsili pilləsi, ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə 71 ixtisasadək genişləndirilməsi nəzərdə tutulur.

Qərarın qəbulu imtahanın keçirilməsi prosesinin təkmilləşdirilməsi və sadələşdirilməsi, aqrar sığorta fəaliyyəti üzrə sertifikat alan müstəqil ekspertlərin sayının artırılaraq göstərilən xidmət səviyyəsinin yüksəldilməsinə müsbət təsir edəcək.

Nazirlər Kabinetinin bu Qərarının qəbul edilməsi ilə mövcud qaydaların şərtlərinin ağırlığı səbəbindən imtahanlardan keçə bilməyən, lakin müvafiq sahə üzrə bilik və bacarıqlara malik olan şəxslərin bu fəaliyyətə cəlb olunması ilə müstəqil ekspertlərin ümumi sayının artması nəticəsində aqrar sığorta üzrə sığortalanmaq istəyən fermerlərə qanunvericiliklə müəyyən olunmuş müddətlər çərçivəsində və operativ qaydada xidmətin göstərilməsinə, aqrar sığorta üzrə müraciətlərin vaxtlı-vaxtında cavablandırılmasına və aqrar sığorta mexanizminin fasiləsiz fəaliyyətinin təmin olunmasına imkan yaranacaq.



Xəbərin oxunma sayı : 403




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap