![]() |
|














Artıq nisyə mal ala bilməyəcəyik? - ARAŞDIRMA
Tarix 30.09.23, 20:32 |
|

“Kredit büroları haqqında” qanuna edilən dəyişiklik insanlar arasında çaşqınlıq yaradıb. Nisyə ticarət edənlərlə bağlı cərimələrin tətbiqini nəzərdə tutan məlum dəyişikliyin hədəfi və əhatə dairəsi isə tam başqadır. Ekspertlər düşünürlər ki, bu qanun kredit fəaliyyətlərinin daha şəffaf həyata keçirilməsinə gətirib çıxaracaq. Lakin bu şəffaflıq qiymət artımlarına da səbəb ola bilər.
Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olanlarla bağlı yeni cərimələr müəyyənləşib. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, “Kredit büroları haqqında” qanunun tələblərinə uyğun kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna müəyyən olunmuş qaydada, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 12 000 manatadək cərimə ediləcəklər.
Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:
Neqativ məlumatları məhkəmələr də ötürməlidirlər
Hüquqşünas Ceyhun Cəfərli qanunun niyə qəbul olunduğunu, nəyə xidmət etdiyini açıqladı. Bildirdi ki, bu qanun təşkilatların, şirkətlərin özünə faydalıdır:
“Kredit büroları haqqında” qanun 2016-cı ildə qəbul edilib. Bu qanunun qəbul edilməsində məqsəd hüquqi və fiziki şəxslərin kredit öhdəlikləri üzrə, cari və ödənilmiş borclarının, ipoteka, girov, saxlanc haqqında məlumat bazasının yaradılması, beləliklə, sabit maliyyə siyasətinin formalaşdırılması idi. Fiziki və hüquqi şəxsin borc öhdəlikləri barədə məlumatların hamısı kredit bürolarına ötürülməlidir. Bu məlumatlar portala elektron qaydada yüklənməlidir. Kredit büroları məlumatları toplayan, saxlayan, analiz edən təşkilatdır. O, bunları Mərkəzi Bank, sığorta şirkətləri, təkrar sığortaçılar - lizinq təşkilatları, kommunal xidmətlər göstərən təşkilatlar, rabitə xidmətləri, mobil operatorlar, mənzil-tikinti kooperativləri, iri ticarət mərkəzləri və lombardlardan toplayır. Məsələn, bir bank sizə kredit vermək istəyir və ya lizinq şirkəti avtomobil satır. Həmin şirkət haradan bilsin ki, maliyyə məsələləri ilə bağlı pozitiv və neqativ məlumatlarınız necədir? “Kredit büroları haqqında” qanunda var ki, neqativ məlumatları məhkəmələr də ötürməlidirlər. Məsələn, şəxs aliment borcunu, yaxud zərər vurmaqdan irəli gələn bir borcu ödəmir. Bu halda ona digər yerlərdə də kredit verilmir. Bu, insanların maliyyə intizamını gücləndirmək, məsuliyyət yaratmaq üçündür”.
Qanun məişət tipli nisyə mal satışına aid deyil
Hüquqşünas qeyd etdi ki, qanunda anlaşılmayan məsələ onun kimlərə şamil olunmasıdır. Bəzi insanlar elə bilirlər ki, bu, məişət tipli nisyə mal satışına da aiddir. Əslində isə burada müqavilə ilə kredit verən təşkilatlar nəzərdə tutulur:
“Bu dəyişiklik qanunun tətbiqi zərurətindən irəli gəlir. Yəni, bir çox təşkilatlar qeyd olunan məlumatların açıqlanması tələbindən yayınırdılar. Amma unutmayaq ki, bu məlumatlardan yenə də şirkətlər özləri qarşılıqlı şəkildə faydalanacaq. Belə halda sabit maliyyə siyasəti həyata keçiriləcək. Şəxslərin maliyyə imkanlarına çıxışı bu məlumatlardan asılı olacaq. Həmçinin, məhkəmələrə qədər gedib çıxan məsələlərin də sayı azalmış olacaq. Sahibkarlar da qorunmuş olacaqlar. Lakin bu qanun kiçik sahibkarlara, məhəllə marketlərinə yox, qanuni müqavilə ilə tənzimlənən, rəsmi şəkildə nisyə mal satan şəxslərə aiddir”.
“O demək deyil ki, nisyə satış olmayacaq”
İqtisadçı Eyyub Kərimli şirkətlərin niyə qanuna əməl etmədikləri məsələsinə aydınlıq gətirdi. Onun sözlərinə görə, onlar bunu edərək məhsulun üzərinə faiz əlavə edib, əlavə gəlir qazanırlar:
“Bu qanun insanlar arasında ajiotaj yaradıb. Amma əslində məsələnin fiziki şəxslərə çox da aidiyyəti yoxdur. Kimsə rayonda nisyə mal satırsa, bu qanun onlara qarşı yönəlməyib. Bu, əsasən kreditlə işləyən hüquqi şəxslərə şamil edilir. Əslində kreditlə mal satanlar üzərində gəlir götürürlər, lakin bunu elə qeyd edirlər ki, guya nisyə satışdır, əlavə pul qoymurlar. Vergidən yayınma üçün nisyə satış kimi qeydiyyata alırlar və vergi orqanlarına belə təqdim olunur. Bu halda onlar nisyə satdıqları məhsulu daha baha satırlar, üzərinə əlavə faiz qoyurlar və onun gəlirlərini gizlədirlər. Yəni, kredit kimi göstərmirlər. Bu qanun həmin halların qarşısının alınması üçündür. O demək deyil ki, nisyə satış olmayacaq. Sadəcə, məlumatların təqdim edilməməsinə görə cərimələr nəzərdə tutulub. Qanun barəsində məlumat az olduğu üçün insanlar arasında ajiotaj yaranır”.
Ekspertin fikrincə, əgər təşkilatlar məlumatları düzgün ötürərlərsə, bu halda qanun düzgün işləyəcək və insanların kredit məlumatları daha aydın şəkildə göstəriləcək:
“Bu dəyişiklik vətəndaşlara təsir etməyəcək. Vergidən yayınma hallarının qarşısı alınacaq. Artıq vətəndaş hər hansı bir mağazadan, yaxud digər bir yerdən kreditə məhsul alanda rəsmi kredit tarixçəsində əks olunacaq ki, şəxsin krediti var”.
Məhsulları kreditlə daha baha əldə edəcəyik
İqtisadçı dedi ki, bu yeniliyin tətbiqindən sonra bəzi sahibkarlar bazardan çıxacaqlar, lakin bu, iqtisadiyyata təsir etməyəcək:
“İndiyə qədər qeyri-rəsmi fəaliyyət göstərən kommersiya subyektləri ya fəaliyyətlərini rəsmiləşdirəcək, ya da işlərini dayandıracaqlar. Fəaliyyətini rəsmiləşdirməyən sahibkarlar bu sahədə artıq işləyə bilməyəcəklər. Lakin bazar böyük sarsıntı yaşamayacaq. Çünki əksər hallarda daha çox böyük şirkətlərin bu fəaliyyətlə məşğul olduğunu görürük. Onların da fəaliyyətlərini məhdudlaşdıracağını düşünmürəm. Bu baxımdan hesab etmirəm ki, istehlakçıya təsir etsin. Əksinə, istehlakçı daha zəmanətli, keyfiyyətli xidmət əldə edəcək. Sadəcə, qiymətlərdə artım müşahidə edilə bilər. Kreditlə olan məhsulları bir az baha əldə edəcəyik. Çünki rəsmiləşdirmədə xərclər artacaq”.
Xəbərin oxunma sayı : 799
Sosial
Xəbərlər
-
Prezidentdən Qələbə Günü ilə bağlı paylaşım - FOTO
-
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
-
Şəbnəmdən Xuramana cavab - “Fotosessiyalarıma 3 min verirəm“
-
Həftənin rəmzi komandası - Yamal, Sommer, Hakimi...
-
Qramla satılan ətirlər ciddi problemlərə səbəb ola bilər - VİDEO
-
Yeni Roma Papası kimdir? – XIV Lev haqqında hər şey
-
BƏƏ prezidenti İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
Vətəndaşlar bu hala görə banklardan təzminat tələb edə bilərlər - VİDEO
-
Məhkəmədə o görüntüləri də göstərdilər - Fotolar
-
Yeni Papa o seçildi - İlk dəfə amerikalı
-
“Pulunu ver, balını artırım“ - Abituriyentlərə yeni təhlükə
-
“20 il ərzində bütün var-dövlətimi xeyriyyəçiliyə bağışlayacağam” - Qeyts
-
Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
Ağ Evin ən həssas mövzusu: Melaniya Tramp haradadır?
-
Rasim Məmmədov məhkəməyə şikayət edib - Əmlak davası
-
“8-ci kilometr“ bazarında xadimə ticarətçi qadını döydü: üz sümüyü sındı
-
Putinlə Si Cinpin arasında görüş 7 saat davam edib - VİDEO
-
Avtomobil almaq istəyənlər üçün şans - dövlət maşınları hərracda
-
Bakıdan Minskə uçmaq artıq daha bahadır – AZAL biletləri 1077 manata qədər yüksəlib
-
Vyetnamın birinci xanımı İçərişəhərdə - FOTOLAR
-
“Rusiya ordusu Ukraynada döyüş əməliyyatlarını tamamilə dayandırıb“ - Rəsmi Moskva
-
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
-
Quldurluq üçün evə basqın etdilər, polislərə atəş açdılar - Məhkəmə
-
Balakəndə kanat yolunun tikintisinə 5 milyon manat ayrıldı - SƏRƏNCAM
-
Hindistanın hücumu müharibəyə yol açır - Məhəmməd Asif
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük rəsmi məzənnəni açıqladı
-
Bu şəxslərə pulsuz evlər veriləcək - 120 milyonluq layihə
-
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
-
Şərurlu İsfəndiyarın ölkədən çıxışına qadağa qoyulacaq - Məhkəmə prosesi
-
Həbsdən çıxan narkoman arvadının da cibindən narkotik tapdı, onu öldürdü - 7 uşaq isə...
-
“Bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək“ - Ərdoğan
-
Kadırov istefa verəsi olmadı - Putinlə görüşüb
-
Prezidentdən XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına - Müraciət
-
Beyləqanda Ulu Öndərin 102 illik yubileyi keçirildi - Fotolar
-
Gəncədə restoran tikintisində faciə - Hündürlükdən yıxılıb öldü
-
Türkiyə Rusiyaya uçuşları dayandırdı - 16 reys təxirə salındı
-
Əli Əsədov To Lam ilə görüşüb - Nələr müzakirə olunub? (FOTO)
-
Mərhum başçı 14 il əvvəl oğlunun obyektinə icazə vermişdi - Reyesterə indi daxil edilib
-
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi - FOTO
-
“Azərbaycanla sülh müqaviləsinin imzalanmasında irəliləyiş yoxdur“ - Armen Qriqoryan
-
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
-
Bakıda evi plana düşən sakinlər narazılıq edir: “48 000 AZN-ə ev ala bilərəm?“
-
Arif Babayevə Heydər Əliyev Mükafatı verildi - Sərəncam
-
Vəfat edən şəxsin pensiyasını bu şəxslər də ala biləcək - VİDEO
-
Naxçıvan Ali Məclisinin sədri nazir təyin edə bilməyəcək? - Təyinat mexanizmi dəyişir
-
Abşeronda polis əməliyyatı: İranlının kuryeri tutuldu - VİDEO
-
İcra hakimiyyətinin işçiləri qəzaya düşdü - Xəsarət alanlar var
-
Suriya və İsrail danışıqlar aparır - Şaraa təsdiqlədi
-
Hindistan və Pakistan tarixin ən böyük və ən uzun hava döyüşünü keçirdi - CNN
-
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? - SƏBƏB
-
Bayramov vyetnamlı həmkarı ilə görüşdü - Müzakirə
-
Tiflisdə partlayış təhlükəsi: ABŞ səfirliyindən sensasion xəbərdarlıq
-
Çempionlar Liqası: “Qarabağ” 2-ci təsnifata yüksəldi!
-
“Panorama“ hoteldə əxlaqsızlıq yuvası aşkarlandı, sahibkara HÖKM OXUNDU
-
İnam Kərimov Türkiyədəki konfransda - Fotolar
-
“Elə bir nöqtəyə gəlirik ki...” - Tramp Ukrayna barədə
-
Arzu Əliyeva uşaqları ziyarət etdi - FOTOLAR
-
Əkrəm İmamoğlunun “X” hesabı bloklandı - FOTO
-
“Uşaqların ikisi itib, bilmirik kim aparıb” - Evini su basan sakin+Video
-
“Onsuz kartımda pul yoxdur” deyib keçməyin! - Təhlükə saçır - VİDEO
-
Xatirə İslam sənətdən gedəcək - Bu tarixdə
-
Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir? - VİDEO
-
Nəsrin Cavadzadə eyvanda elə pozalar verdi ki... - FOTOLAR
-
Banklar vətəndaşların kartından oğurlanan pullara görə nə vaxt məsuliyyət daşıyacaq? - VİDEO
-
Prezident ailə üzvləri və qonaqlarla “Gülüstan” sarayında - Fotolar
-
Vəzifəli şəxsi aldadıblar - Oğlunu nazirliyə işə götürmək adıyla
-
Ərdoğan Şahbaz Şəriflə telefonla danışıb - Pakistanın həmrəyik
-
Bakıda dövlət ziyafəti verildi - FOTOLAR
-
İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? - SİYAHI
-
Fransadan diplomatik hörmətsizlik: Azərbaycan səfiri Qələbə tədbirinə dəvət olunmadı
-
Bakıda güclü yanğın - Sakinlər təxliyə edilir + VİDEO
-
Prezident İlham Əliyev Qələbə Paradına getməyəcək! - Səbəbləri məlum oldu
-
“Vasmoy” bazarında qəribə fırıldaq - Pomidorun qırmızı görünməsi üçün görün nə edirlər (VİDEO)
-
Oliqarx oğlunun əmlakının üzərinə həbs qoyuldu - SENSASİON GƏLİŞMƏ
-
Putin Kadırovla görüşdü - Vəzifədən gedir?
-
“Hindistanla gərginlik nüvə müharibəsinə səbəb ola bilər“ - Havaca Asif
-
Sabah bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Mehriban Əliyeva No Fon Li ilə görüşdü - VİDEO/FOTO
-
İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış edib - Fotolar
-
Növbəti üç gündə leysan yağacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanla Vyetnam arasında sənədlər mübadilə edildi - Fotolar
-
Prezidentin köməkçisi NATO nümayəndəsi ilə görüşüb - FOTO
-
Hacıqabulda suçəkmə işləri davam etdirilir - Video+Fotolar
-
Atasının qətlini 60 minə sifariş edibmiş: Təbii yolla öldüyü bilinsin deyə “tok”a verəcəklərmiş
-
Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirdi - FOTO/VİDEO
-
Bakıda iki maklerə cinayət işi açıldı - 155 minlik dələduzluq
-
Suya borcu olan abonentlərin nəzərinə! - VİDEO
-
İlham Əliyevlə To Lamın geniş tərkibdə görüşü başladı - FOTO
-
Bayramov İraq Prezidenti ilə görüşdü - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Meydan TV“ işi üzrə saxlanılan jurnalist həbs edilib - 1 ay 29 gün
-
Vyetnam lideri Bakıda - İlham Əliyev və birinci xanım qarşılayıblar
-
Serbiya Prezidentinin təyyarəsi Bakıda təcili eniş etdi - Moskvaya gedə bilmədi
-
Prezidentdən sənaye parkları ilə bağlı - Fərman
-
Azərbaycan bank sektorunda aparılan islahatlarla regionda irəlidədir - “S&P Global Ratings“ açıqladı
-
Pensiya kapitalından necə istifadə etmək olar? - Deputat qanunun tələblərini açıqladı
-
Nazirin təyinat xəbəri silindi - Naxçıvanda nə baş verir?
-
Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi - FOTOLAR
-
Kosmetoloq Dilrubə Sətyarlı lisenziyasız fəaliyyətini davam etdirir - FOTOLAR
-
Nazirlik tərəfindən bataqlıq ərazidə tikilmiş binanın sakinləri çəvəziyyətdə - VİDEO
-
Bakıda qadın estetik əməliyyatlarına pul verməyən kişinin başını əzdi - Cinayət işi açıldı
-
Öz ayağı ilə getdiyi xəstəxanadan niyə meyiti çıxdı? - VİDEO
-
“Pakistan Hindistanın raket hücumlarına cavab haqqını özündə saxlayır“ - Təhlükəsizlik Komitəsi
-
Vialon” MMC vətəndaşın başına daş yağdırır - VİDEO
-
Azad edilmiş rayonlarda tikinti xərcləri açıqlanıb - SİYAHI
-
Gənc müğənni Dilarə Mahmudova: “Musiqi mənim üçün həyatın özü, nəfəs aldığım dünyadır”
-
Bakıda masaj salonu işlədən qadın dabankeşlə döyüldü - Şəriki saxlanıldı
-
“Çox bahalı prosedurlardır, cəmiyyəti və dostları xəbərdar edəcəyik“ - Əvəz Zeynallı
-
Taksidə mübahisə qanla bitdi - Əhməd Məmmədli saxlanıldı
-
Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR
-
Sevgilisinin saçını qırxan kişi - Həbs edildi
-
Cəmi 3 ay müşavir işlədi - Yeni vəzifəyə getdi
-
Tiktoker Mahirə cinayət məsuliyyətinə cəlb olunub - İnsan alverində günahlandırılır
-
Azərbaycan və İraqın XİN rəhbərləri görüşdü - FOTO
-
Dövlət İmtahan Mərkəzində nələr baş verir? - Təhsil eksperti elə ittihamlar səsləndirir ki...
-
Maşınının qaçırıldığını gələn cərimə ilə bilib - Turalın üçüncü cinayəti
-
Azərbaycan XİN Pakistana qarşı hərbi hücumları pisləyib
-
Özünü şəhid atası kimi təqdim edən şəxs saxlanılıb - FOTO
-
Hakan Fidan pakistanlı həmkarına zəng vurdu - Türkiyənin Pakistanla həmrəy olduğunu bildirdi
-
Toy üstündə dava: Gitara ifaçısı müğənnini xəstəxanalıq etdi
TOP 10
ARXİV