“Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

  • / Maqazin / — 02 İyul 2024

    Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO

Azərbaycan bu aydan “Avro-5” benzin istehsalına başlayır – Qiymətlər ucuzlaşacaqmı?

Tarix 06.06.24, 19:43

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun may ayından "Avro-5" ekoloji standartlarına uyğun dizel istehsalına başladığı bildirilir. Bu ay isə "Avro-5" benzininin istehsalına başlamaq planlaşdırılır.

Modernləşdirmə işlərindən sonra zavod ildə 2.2 milyon ton avtomobil benzini, 2.9 milyon ton dizel yanacağı, 1 milyon ton təyyarə yanacağı istehsal etməlidir. Layihənin 2027-ci ildə tam başa çatdırılması planlaşdırılır.

Ümidlər var ki, Aİ-95 markalı benzin ölkədə istehsal olunacaqsa, onun satış qiyməti də düşə bilər. Əvvəllər Aİ-95 benzinin qiymətinin artması onun ölkəyə idxalı ilə əsaslandırırdılar. 2023-cü ildə Azərbaycan xaricdən ümumilikdə 86 min ton "Aİ-95 Premium" markalı benzin alıb. Bu, 2022-ci illə müqayisədə 13.5 faiz azdır.Aİ-92 benzinindən fərqli olaraq Aİ-95-in qiymətini dövlət tənzimləmir. 2022-ci ilin iyulunda Azərbaycanda Aİ-95-in qiyməti 1.6 manatdan 2 manata qalxıb.

AzFakt

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan"a bildirib ki, Azərbaycanda "Avro-5" standartlarına uyğun yanacağın qiymətləri Avropa bazarlarındakı qiymətlərdən asılıdır.

Deputat qeyd edib ki, bu markalı benzinin istehsalı üçün avadanlıq çox bahadır: "Məndə olan məlumata görə, yaxşı yeni avadanlığın quraşdırılması 250 milyon dollara başa gəlir".

R.Quliyevin sözlərinə görə, ölkədə "Avro-5"ə cavab verən yanacağın istehsalı həm ölkəyə valyutanın cəlbi, həm də ekologiya baxımından çox vacibdir: "Əgər SOCAR artıq istehsala və yerli bazara təchizata başlayıbsa, düşünürəm ki, qiymətlər balanslaşmalıdır. Digər tərifdən, neft və istehsal yerli olduğuna baxmayaraq, bu yanacaq üçün müəyyən əlavə inqrediyentlər lazımdır. Onlar isə, çox güman ki, xaricdən gətiriləcək. Amma istənilən halda bu markalı yanacaq indikindən daha ucuz başa gəlməlidir".

İxraca gəlincə, deputat düşünür ki, Azərbaycan ilk addım kimi öz bazarını tam təchiz etməlidir, əlavə yanacaq qalarsa, onu ixrac da edə bilər: "Hazırda isə bizim üçün ən önəmlisi bizim öz bazarımızdır. Ölkədə avtomobillərin sayı çoxdur. Üstəlik də, biz bir sıra qanunlar qəbul etmişik ki, köhnə avtomobillər utilizasiya edilir, yaşı 15-dən çox maşınların ölkəyə gətirilməsi qadağandır. Yeni markalı maşınlar nə qədər çox olarsa, o qədər də yeni yanacaq növlərinə tələbat artacaq".



Xəbərin oxunma sayı : 715




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap