“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Azərbaycan enerji sahəsində yeni dövrə qədəm qoyur

Tarix 07.04.25, 17:00

Font ölçüsü : - / +
bitmap-img6


Qazandığımız tarixi qələbədən sonra ölkəmizə beynəlxalq miqyasda maraq və rəğbət daha da artıb, Azərbaycanın mövqeyinə hörmət və etimad möhkəmlənib. Xüsusilə rəsmi Bakının həyata keçirdiyi praqmatik enerji siyasəti həm regional, həm də qlobal miqyasda əməkdaşlığın inkişafına töhfə verməklə yeni tərəfdaşlıq platformalarının formalaşmasına zəmin yaradır.
      
Bərpaolunan enerjiyə artan tələbat bu əməkdaşlıq əlaqələrini daha da gücləndirir. Azərbaycan mövcud enerji resurslarından səmərəli şəkildə istifadə edərək beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan aparıcı ölkələrdən biri kimi çıxış edir.
      Məhz yeni nizamda daha fərqli və yeni düstura sahib olan enerji siyasətinin icrası naminə görülən işlərin əhatə dairəsi getdikcə genişlənir. Dünyada xüsusilə enerji sahəsində öncül mövqeyə sahib olan Azərbaycanın bu qəbildən innovativ, çevik və dəqiq təşəbbüsləri mövcud enerji siyasətində mövqeyini möhkəmləndirir. Aprelin 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci, eləcə də Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirildi. Bu əhəmiyyətli tədbirlər Azərbaycanın enerji siyasətində strateji bir mərhələ olmaqla yanaşı, ölkəmizin həm regional, həm də qlobal enerji bazarlarındakı artan mövqeyini bir daha təsdiqləyir.
      
Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biri hesab olunur. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində reallaşdırılan bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi möhkəmlənməsinə şərait yaradıb. Bununla yanaşı, Azərbaycan "yaşıl enerji" sektorunda da iddialı hədəflər müəyyən edərək bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində mühüm təşəbbüslər həyata keçirir. "Yaşıl enerji" mənbələrindən əldə edilən elektrik enerjisinin ixracı Azərbaycanın enerji strategiyasında yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Ölkəmizdə bərpaolunan enerji mənbələrinin genişləndirilməsi Prezident İlham Əliyevin əsas prioritetlərindən biri kimi müəyyən edilib və 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bu mənbələrin payının 30 faizə çatdırılması əsas hədəf kimi qəbul edilib.
      
Avropanın enerji xəritəsini dəyişən ən mühüm layihələrdən biri, şübhəsiz, Cənub Qaz Dəhlizidir. 3500 kilometr uzunluğunda olan bu kəmər XXI əsrin ən böyük infrastruktur təşəbbüslərindən biridir. Trans-Adriatik xəttinin işə düşməsi ilə Azərbaycan qazı Avropa bazarına ilk dəfə daxil olub. Bu gün Cənub Qaz Dəhlizi sayəsində Azərbaycan qazı Avropanın dörd bir yanına uğurla çatdırılır. Gələcəkdə isə ölkəmizin qaz ixracını daha da genişləndirmək hədəfi qarşıda dayanır. 33 milyard ABŞ dolları dəyərindəki bu nəhəng layihənin uğurla başa çatdırılması, yalnız Azərbaycan üçün deyil, bu layihədə iştirak edən bütün dövlətlər üçün böyük qələbədir. Cənub Qaz Dəhlizi layihəsinin ən qiymətli tərəflərindən biri də onun həyata keçirilməsində bütün aparıcı beynəlxalq maliyyə institutlarının birgə roludur. Dünya, Avropa Yenidənqurma və İnkişaf, Asiya İnkişaf, Avropa İnvestisiya və Asiya İnfrastruktur və İnvestisiya bankları kimi güclü maliyyə qurumları layihəyə öz töhfələrini vermişdir. Ümumiyyətlə qeyd edək ki, Cənub Qaz Dəhlizinin intensiv fəaliyyəti nəticəsində xaricə qaz satışı 25,2 milyard kubmetr təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz çoxdur.
      
Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində keçirilən görüşlərdən aydın olur ki, Azərbaycanın "Yaşıl enerji" potensialı gündəlikdə duran əsas məsələdir. Prezident cənab İlham Əliyevin dünən "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları zamanı çıxışında dediyi kimi, bu gün artıq investorlarımızla imzalanmış müqavilələr var. Bu, Günəş və Külək enerji stansiyalarına aid olan müqavilələrdir ki, 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi istehsal ediləcək. Məlumdur ki, qarşıdakı illərdə ölkəmiz günəş və külək enerjisinin hasilatında əsl sıçrayış edəcək. Bu böyük layihələrə sərmayə yatıran həm xarici investorlar, həm də yerli şirkətlər müxtəlif texnologiyalara üstünlük verirlər. Hazırda Azərbaycan mütəxəssisləri enerjinin tədarükü və saxlanması sahəsində ən optimal variantlar üzərində işləyirlər. Məhz ölkə başçımızın da qeyd etdiyi kimi, Azərbaycanın külək və Günəş enerjisi potensialı artıq bəllidir və bu, bizim təsəvvürə gətirə biləcəyimizdən qat-qat artıqdır. Beləliklə, bizə bazarlar, texnologiya və əməkdaşlıq lazımdır.
      
Digər tərəfdən, Azərbaycanın təkcə günəş və külək enerjisi potensialı 27 giqavatdan çoxdur. Xəzər dənizinin Azərbaycan sektorundakı külək enerjisi isə 157 giqavata çatır. Bu rəqəmlər Azərbaycanı "yaşıl enerjinin" regional liderinə çevirmək üçün kifayət qədər güclü bazaya sahib olduğunu göstərir. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" zonasına çevrilməsi barədə də ölkə başçısının tapşırığına uyğun olaraq əsaslı işlər görülür. Hələ 2021-ci ilin mayında Prezident İlham Əliyev Ağdamda ictimaiyyət nümayəndələri ilə görüş zamanı açıq bəyan etmişdi ki, bütün Qarabağ bölgəsi "yaşıl enerji" zonası olacaq. Bu tarixi qərar ölkəmizin yaşıl gələcəyə doğru atdığı qətiyyətli addımların əsas sütunlarından biridir. Qarabağ və Şərqi Zəngəzur əraziləri "Yaşıl enerji" zonası elan olunub və 2050-ci ilə qədər bu regionların "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulub. Hazırda dövlətimiz yaşıl nəqliyyat və ekoloji təmiz kənd təsərrüfatı kimi layihələri də uğurla həyata keçirir. Məhz Prezident cənab İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları zamanı çıxışında dediyi kimi, biz, eyni zamanda, öz investisiyalarımızla hidroenerji potensialımızı artırırıq, xüsusən də Ermənistanın işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ bölgələrində.
      
Qeyd edək ki, son hesablamalara əsasən, Qarabağ və Şərqi Zəngəzurda 10 qiqavat həcmində günəş və külək enerjisi potensialı mövcuddur. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin məlumatına görə, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonları texniki potensialı 7200 meqavatdan çox olan günəş enerjisindən istifadə üçün əlverişli şəraitə malikdir. Bununla yanaşı, ilkin proqnozlara görə, Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində külək enerjisinin texniki potensialı 2 min meqavat həcmində qiymətləndirilir. Kəlbəcər və Şuşa rayonlarında isə geotermal enerji mənbələrindən "yaşıl enerji" kimi istifadə olunması imkanları daha çox diqqət çəkir.
      
Azərbaycanın bərpaolunan enerji strategiyası Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış və 2021-ci ilin fevralında qəbul edilmiş "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri"nə əsaslanır. Beş əsas milli prioritetdən biri olan "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" prinsipi "yaşıl enerji"nin inkişafına geniş yol açır.

Ərşad Abbaszadə



Xəbərin oxunma sayı : 136




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap