“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycan futbolunda son 10 ilin rekordu təkrarlandı - 12:0

Tarix 15.09.25, 20:32

Font ölçüsü : - / +
bitmap-img6


Futbol üzrə Azərbaycan II Liqasında "Sheki City" son 10 mövsümün rekorduna imza atıb.

Çempionatın 2-ci turunda "Araz Saatlı"nın qonağı olan Şəki təmsilçisi meydan sahiblərinin qapısından 12 cavabsız top keçirib.

Ölkəmiqyaslı yarışlarda bir komandanın 12 qol vurması və 12 top fərqi ilə qalib gəlməsi son 10 mövsümdə ilk dəfə yaşanıb. Sonuncu belə matç 2015/16 mövsümündə baş tutub. 2015-ci il sentyabrın 11-də "Energetik"in qonağı olan "Neftçala" səfərdə 12:0 hesablı qələbə qazanıb.

"Sheki City" çempionat və kubokun PFL bayrağı altında keçirildiyi dövrdə ən böyükhesablı qələbə qazanan və bir matçda ən çox qol vuran "Neftçala"nın bu rekordlarını təkrarlayıb. 2008/09 mövsümündən başlayan dövrdə 12 və ya daha çox top vuran və belə fərqlə qalib gələn başqa komanda olmayıb.

Saatlıdakı qarşılaşma həm də II Liqanın XXI əsrdə keçirilən oyunları üçün mütləq rekorddur. Uzun fasilədən sonra bərpa olunan və ardıcıl 3-cü dəfə keçirilən II Liqada bunadək ən böyük hesab 10:0 olub. 2024/25 mövsümündə "Araz Saatlı"nın qonağı olan "Şəfa" meydan sahiblərinin qapısından 10 cavabsız top keçirib.//oxu.az



Xəbərin oxunma sayı : 160




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap