| |
|
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
Azərbaycan gömrüyündə “Səfər dəhlizi“
Tarix 25.05.22, 10:36 |
|
Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev yenidən ciddi ittihamlarla üz-üzə qalıb.
Bu dəfə komitə sədrinin Baş Prokurorluğun hansısa vəzifəli şəxsinə guya 3 milyon manat rüşvət təklif etdiyi iddia olunur.
Reyting.az-ın xəbərinə görə, bununla bağlı təsdiqlənməmiş məlumatlar müxtəlif internet televiziyalarında və sosial şəbəkə hesablarında ("Kanal Turan” və digərlərində) paylaşılır.
Eyni zamanda S. Mehdiyevin Azərbaycana kosmetik vasitələrin idxalını inhisara götürdüyü və bunu yaxın qohumuna həvalə etdiyi iddia olunur.
Məlumatda bildirilir ki, guya S. Mehdiyevin həmin qohumundan başqa heç kim ölkəyə kosmetik vasitələr gətirə bilməz.
Qeyd olunur ki, kosmetik vasitələrin ölkəyə gətirilməsi zamanı da qanun pozuntularına yol verilir.
İddiaya görə, S. Mehdiyevin qohumu həmin malların sadələşdirilməsi zamanı rəsmi olaraq "Yaşıl dəhliz" olan, sahibkarların "Səfər dəhlizi" adlandırdığı dəhliz vasitəsi ilə ölkəyə keçirir. Bu zaman isə gömrük rüsumu və ödənişləri aparılmır.
Məlumata görə, digər sahibkarlar eyni məhsulu ölkəyə gətirdikdə aylar və illərlə mallarını gömrükdən götürə bilmirlər. Gömrükçülər müxtəlif bəhanələrlə həmin sahibkarları mallarını AZAL prezidenti Cahangir Əsgərovun aeroportakı şəxsi anbarında saxlamağa, malların sənədlərində gömrük dəyərini artırmağa və yüksək dəyərlə gömrük rüsumları ödəməyə məcbur edirlər. Nəticədə sahibkarın gətirdiyi malın maya dəyəri bir neçə dəfə artır.
Qiymətlər yüksək olduqda isə sahibkarlar malları gömrükdən çıxardıqdan sonra sata bilmir və müflisləşirlər.
Bildirilir ki, S. Mehdiyev qohumundan başqa ölkəyə kosmetik vasitə gətirən sahibkara rüşvət müqabilində köməklik edən gömrükçüləri cəzalandırır.
Bu ilin aprel ayında ölkəyə təyyarə ilə 2 ton kosmetik vasitə gətirən sahibkar malını Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən çıxara bilməyib. Bu səbəbdən də qohumları vasitəsi ilə həmin idarənin rəhbər heyəti ilə əlaqə yaradıb və mallarının buraxılmasını xahiş edib. Amma həmin idarə əməkdaşları sahibkara bunun mümkünsüz olduğunu bildiriblər.
Deyiblər ki, ölkəyə kosmetik vasitə gətirmək icazəsi yalnız S. Mehdiyevin qohumlarına verilib, əgər onun malı rəsmi qaydada buraxılsa, S. Mehdiyev bunu biləcək və gömrükçüləri cəzalandıracaq. Buna görə də gömrükçülər həmin sahibkarla külli miqdarda rüşvət müqabilində razılaşıb, malları gömrükdən qaçaqmalçılıq yolu ilə keçirəcəklərini bildiriblər: "Yəni gizli şəkildə, uyğun gömrük rüsum və ödənişləri edilmədən. Bu halda heç gigiyenik sertifikatın da rəsmiləşdirilməsinə ehtiyac olmayacaqdır. Razılaşma baş tutduqdan sonra malların buraxılması üçün aeroportda gömrük rəsmiləşdirilməsində vasitəçilik edən İsmayıl adlı broker Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin İnformasiya-kommunikasiya şöbəsinin rəisi, polkovnik Bəhruz Məmmədyarovun iş otağına gələrək ona əvvəlcədən razılaşdırdıqları məbləği ödədikdən sonra sonuncu anbarlara nəzarət edən digər gömrükçü - Namazi Orucova malların buraxılması barədə göstəriş verib. Namazi Orucov isə ilkin olaraq həmin sahibkarın mallarını gömrük sahəsindən çıxararaq aeroportun yaxınlığında yerləşən Cahangir Əsgərova məxsus «ASG Business Aviation» MMC-nin «GHC» filialına məxsus olan anbara yerləşdirib”.
Bildirilir ki, mallar həmin anbara yerləşdirildikdən sonra, N. Orucov anbarın Tofiq adlı müdirinə tapşırıb ki, 29 aprel tarixdə gecə vaxtı malları buraxsın. Bundan sonra izləri itirmək üçün gömrük orqanının İnformasiya-kommunikasiya şöbəsinin rəisi Bəhruz Məmmədyarov müvafiq elektron sistemdə "Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə Elektron Gömrük Bəyannaməsinin qəbulu” bölməsinə müdaxilələr edərək, həmin sahibkarın yerləşdirdiyi gömrük bəyannaməsini ləğv edib.
Məsələdən çoxları məlumatlı olduğuna görə məlumat sızması baş verib və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin vəzifəli şəxslərinin həmin sahibkarın mallarını qaçaqmalçılıq yolu ilə gömrük ərazisinə sərbəst dövriyyəyə buraxılması niyyətini S. Mehdiyev öyrənib. Buna görə də S. Mehdiyev məxfi olaraq Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinə əməliyyat keçirilməsi və həmin qaçaqmalçılıqda əlli olan vəzifəli şəxslərin müəyyən edilərək saxlanılması göstərişini verib.
İstintaq İdarəsinin rəisi bu barədə prokurorluq orqanlarına məlumat vermədən keçirdiyi əməliyyat tədbiri nəticəsində həmin gecə 2 ton kosmetik vasitəni "ASG Business Aviation" MMC-nin "GHC" filialına məxsus anbardan qaçaq yolla çıxararkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Cavid adlı yük inspektoru və İsmayıl adlı broker saxlanılıb.
Bundan sonra İsmayıl adlı şəxs əməlini etiraf edərək, kimə və nə qədər vəsait ödədiyini öz izahatında göstərib. Aparılan araşdırma zamanı qaçaqmalçılıqda əlləri olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin şöbə rəisi Bəhruz Məmmədyarov, maliyyə şöbəsinin rəis müavini Elnur Quliyev, gömrük polkovniki Namazi Orucov və digər vəzifəli şəxslər saxlanılıblar. Həmin vəzifəli şəxslər törətdikləri əməlləri etiraf ediblər.
Həmçinin müəyyən olunub ki, adları çəkilən vəzifəli şəxslər «ASG Business Aviation» MMC-nin «GHC» filialına məxsus olan anbarın işçiləri ilə əlbir olaraq mütəmadi qaydada müxtəlif sahibkarlara məxsus kosmetik vasitələri və digər malları gömrük sərhədindən keçiririblər.
Bundan başqa, müəyyən olunub ki, gömrükçülərlə iş birliyinə girən İsmayıl adlı broker həmin gömrük idarəsində şöbə rəisi vəzifəsində işləyən Ədalət Mehdiyevin bacısı oğludur.
Gömrük rəisləri tərəfindən həmin brokerə etibar edilməsi də onun adı ilə bağlıdır. Həmin Ədalət Mehdiyev və maliyyəçi Elnur Quliyev Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Mehman Sadiqovun qohumlarıdır. Karqoda söz sahibi olan Namazi Orucov isə Mehman Sadıqovun "vuran əli”dir.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin şöbə rəisi Bəhruz Məmmədyarov Sumqayıt Baş Gömrük İdarəsinin rəis müavininin oğludur. Yəni bütün saxlanılanlar özləri gömrük orqanında vəzifəli şəxslər olaraq, həmçinin Dövlət Gömrük Komitəsi sistemində xidmət edən digər yüksək vəzifəli şəxslərin qohumlarıdır. Buna görə də S. Mehdiyev sonradan bu məsələni ört-basdır etməyə çalışıb.
İstintaq İdarəsinin rəisinə göstəriş verilib ki, bu barədə Baş Prokurorluğa məlumat verilməsin. İstintaq İdarəsinin rəisi də öz növbəsində faktla bağlı cinayət işi başlamayıb, cinayət barədə prosessual rəhbəri olan Baş Prokurorluğa məlumat verilməyib. Lakin məsələ barədə kütləvi informasiya vasiətərində məlumatlar yayımlandıqdan sonra cinayət faktı barədə prokurorluq orqanları məlumat tutub və Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsindən bu barədə hesabat tələb ediblər. İddialara görə, bundan sonra məsələni ört-basdır etməyə çalışıblar. Guya bunun üçün hətta 3 milyon manat rüşvət də təklif olunub.
Məlumata görə, qeyd olunan faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində toplanmış materiallar bu günədək aidiyyəti üzrə Baş Prokurorluğa göndərilməyib. Hansı ki hadisə aşkar edildikdən 10 gün müddətində faktla bağlı toplanmış materiallar Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin vəzifəli şəxslərinin əməllərinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilməli idi.
Dövlət Gömrük Komitəsi yazıdakı iddialara münasibət bildirməyib.
Xəbərin oxunma sayı : 901
Sosial
Xəbərlər
-
Trampın başına 10 milyon dollar pul qoydular - Bu ölkədə
-
Moskvada mühüm görüş: Ceyhun Bayramov Lavrovla danışıqlar aparır
-
Eyni mənzili iki nəfərə satdı: “Star-M“ MTK-nın sədri ilə bağlı qərar
-
Bazarlarda “etiketsiz məhsul“ dövrü bitir - AQTA-dan yeni qərar
-
İlon Maskın “trilyonçu“ statusu cəmi bir ay çəkdi - Bir gündə 400 milyard itirdi...
-
Sərxoş vəziyyətdə 154 baş qoyun oğurlayan şəxs anlaqsız sayıldı - MƏHKƏMƏ
-
Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi - FOTOLAR
-
6.7 milyondan çox borcu olan “Azfert” MMC kimindir? - FOTO
-
Şagirdlərin ev tapşırıqlarını artıq süni intellekt yoxlayacaq? - VİDEO
-
İlham Əliyevin Şuşada danışıqlar aparmaq təklifi ilə dərhal razılaşdım - Pelleqrini
-
Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
-
ABŞ Hörmüz boğazında körpüləri vurub - İran isə ABŞ bazalarına zərbə endirib
-
İran Küveytdəki ABŞ bazasını vurdu - Güclü yanğın başlayıb
-
MTK nümayəndəsinin “problem yoxdur“ cavabına sakinlərdən sərt reaksiya - VİDEO
-
“ABŞ-nın silah ehtiyatlarının bərpası dörd il çəkə bilər“ - The Hill
-
“Sistem qorunmaz haldadır“ - Tramp gizli saxlanılan kəşfiyyat sənədlərini açır
-
Macarıstan hökuməti hərəkətə keçdi: Siyartonun Rusiya ilə əlaqələri araşdırılır
-
Azərbaycanda “Temu“ barəsində iş qaldırılıb - VİDEO
-
Məşhurların instaqram paylaşımları - FOTOLAR
-
Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO
-
Paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb - VİDEO
-
SEPAH Trampın obyektlərini vuracaq - Siyahını yaydı + FOTO
-
“General Hospital“ nazirliyin qərarına məhəl qoymur: Qanunsuz işləyir (VİDEO)
-
“Rosatom”u Argentinadan qovdular - Yeni Prezident ABŞ-ni seçib
-
Konfrans Liqası: “Zirə“ darmadağınla növbəti mərhələdə
-
Yeni müdafiə naziri o olacaq - Zelenski parlamentarilərə müraciət edəcək
-
Nadir xəstəliklərin dərman siyahısına yeniləri əlavə olundu - Nazirliyin qərarı
-
Odessa yaxınlığında həlak olan gəmi kapitanının nəşi tapılıb - Azərbaycan XİN
-
Şirkətlər “Bank Respublika“dan milyonları çıxardı - Depozitlər kəskin azaldı
-
Putinin yalan bəyanatları Rusiyanın qanlı hücumunun yavaş tempini üzə çıxarıb - CNN
-
Avropaya yönələn qaçaqmalçılıq marşrutu: Yüzlərlə kater narkotik daşıyır
-
Qubada stadion satılıb? - Sakinləri hiddətləndirən iddia - VİDEO
-
Məhəllələri zəbt edən avtomobillərə son - Bakıda yeni parklanma qaydaları tətbiq olunur
-
Afrikada eboloa virusu can almaqda davam edir - Ölənlərin sayı 800-ə yaxınlaşdı
-
İlham Əliyev Donald Trampa təşəkkür etdi - FOTO
-
“Əsas diqqəti buna yönəltmək lazımdır” - Sırski Fyodorova cavab Verdi
-
Sosial şəbəkələrdə süni intellektlə qadınları şantaj edən şəxslər saxlanıldı - VİDEO
-
“ABŞ bunu etsə, Qırmızı dənizdəki marşrutu bağlayın” - İrandan husilərə göstəriş
-
Bu kolleclərə tələbə getmir - Boş qalan plan yerlərinin SİYAHISI
-
Mənzil kirayəsi: müqaviləsiz hansı risklər var?
-
Kütləvi zəhərlənmə olan “Narın Qala” Fəxrəddin Vəliyevindir - Faktlar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“ATF” MMC-nin həbs olunan icra başçısı ilə nə əlaqəsi var? - ARAŞDIRMA
-
“Villa Inn“ otelində sevgilisini döydü - Məhkəmədə bağışlandı
-
Bakı-Balakən-Bakı sərnişin qatarının fəaliyyəti dayandırılır - Səbəbi nədir?
-
Nazirin keçmiş müavininə yeni vəzifə verildi - FOTOLAR
-
Azərbaycanlı dənizçilərə çağırış - Müharibə zonalarından uzaq durun!
-
Qubada 5 aylıq hamilə qadın antibiotikdən vəfat edib ? - TƏBİB-dən açıqlama
-
Nazirin rektor dostunun universitetində pul tələbi iddiası - ATU- ilə bağlı səs yazısı yayılıb
-
Paşinyan oliqarxa qarşı hərəkətə keçdi: Tsarukyanın milyonluq aktivləri risk altında
-
“Azəriqaz“da şöbə ləğv olundu, yerində departament yaradıldı - Təyinat
-
Tramp “Tehranın mərkəzində, qara tabutda”... - FOTOLAR
-
Vəzifə, ev, bahalı avtomobil vədi ilə milyonluq oyun - Dələduzluq sxemi ifşa olundu
-
“Diplomatik səylər dalana dirənib” - Fidan Ukrayna barədə
-
Azərbaycana avtomobil idxalı kəskin azaldı - Hibrid və elektromobillərin gətirilməsi çökdü
-
Paşinyan “boz kardinal“la yollarını ayırır - hakim komandada böhran
-
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq - PROQNOZ
-
Tramp İlham Əliyevin çıxışı əsasında hazırlanmış materialı paylaşdı - FOTO
-
ABM-in şöbə rəisinə yeni vəzifə verildi - Nağı Nağıyev kimdir?
-
Bakıda daha 31 məktəb təmayül tədris modelinə keçir - SİYAHI
-
Prezident şirkət rəsmilərini qəbul edib - MÜZAKİRƏ + FOTO
-
Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırıldı - VİDEO
-
AQTA kimin “əmisi oğlu“dur? - Heyvanları “stresdən çıxarıb”, insanları stresə salır...
-
Prezident Fələstinin Baş nazirini qəbul edib - FOTOLAR
-
Ukrayna hökuməti tam tərkibdə istefa verdi - Zelenski yeni baş nazirin adını açıqladı
-
ABŞ və İranın qarşılıqlı zərbələri gecə boyu davam edib - Təfərrüat
-
Xarici QHT-lər İlham Əliyevin Forumdakı mesajlarından yazdı - Fotolar
-
Türkiyədə məşhurlara qarşı əməliyyat:İlyas Yalçıntaş, Sıla, Fatih Aksoy...
-
Azərbaycanda autizmli uşaqların sayı sürətlə artır - RƏQƏMLƏR
-
Şəmkirdə 11 nəfər restoranda zəhərləndi - FOTOLAR
-
Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO
-
Aliment ödəyən valideynlər üçün vacib xəbər: Pul uşağın hesabına köçürülə bilər (VİDEO)
-
Bakıda hoteldə yanğın - Qonaqlar təxliyə edildi (VİDEO)
-
Salyanın üzüm bağlarında göbələk xəstəlikləri yayıldı - VİDEO
-
Motosiklet və moped sürücülərinə növbəti xəbərdarlıq - VİDEO
-
IV Şuşa Qlobal Media Forumu- Azərbaycanın informasiya diplomatiyasının uğurudur
-
Şuşa Media Forumu Azərbaycanın əməkdaşlıq imkanlarını genişləndirəcək
-
Azərbaycan-Slovakiya strateji əməkdaşlığı Avropanın enerji xəritəsini gücləndirən mühüm elementə çevrilir
-
IV Şuşa Forumu Azərbaycanın beynəlxalq informasiya məkanında artan rolunun növbəti təzahürüdür
-
Azərbaycan Slovakiya üçün strateji tərəfdaşdır
-
Dünya ictimaiyyətinin diqqətini cəlb edən platformalardan birinə çevrilən Şuşa Qlobal Media Forumu
-
Azərbaycan Slovakiya münasibətləri regional sabitliyə töhfədir
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İranda gizlənən həqiqətlər - Ölkəni kim idarə edir və rejimi nə gözləyir?
-
Sevgi münasibəti məhkəmə zalına daşındı: Tiktoker üçün ağır cəza tələb edildi
-
Haalandın Dünya Kubokundan qayıdışı gündəm oldu - FOTO
-
Azərbaycanda ötən il 3 nadir xəstəliyə yoluxma qeydə alınıb: Hansılardır?
-
Travmatologiya İnstitutunda izdiham: Səbəb açıqlandı - VİDEO
-
Məktəblər üçün 9 milyonluq tender: Hansı işlər görüləcək?
-
Pelleqrini İlham Əliyevin jestindən yazdı: “Məni qəlbdən təsirləndirdi“
-
Azərbaycanda bu ay hansı məhsullar bahalaşıb? - SİYAHI
-
Qızını boşatdırmaq istədi, kürəkəni tərəfindən öldürüldü - Şamaxıdakı qətlin TƏFƏRRÜATI
-
Prezidentlər Baş Qərvənd kəndində görülən işlərlə tanış oldu - FOTOLAR
-
Nihat Kahveci saxlanıldı - Keçmiş arvadını döydüyünə görə
-
Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq - PROQNOZ
-
Ölkədə müvəqqəti olma müddətinin uzadılması elektron qaydada aparılacaq - Rüsum alınmayacaq
-
İnflyasiya 5,7 faizə yüksəldi - Ən çox bahalaşan sahələr açıqlandı
-
Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
-
Dünyada ən çox tankı olan ölkələr - Azərbaycan və Türkiyə neçənci sıradadır? (SİYAHI)
-
“Həddinizi bilin, hamınıza üzr istətdirəcəyəm“ - FOTO
-
Milli Məclis enerji resursları barədə daha bir qanun qəbul edib - Dəyişiklik
-
“Dövlətlərarası münasibətlərimizin tarixində yeni dövr başlayıb” - Əliyevdən Makrona təbrik
-
“Həkimlərin sayı az, növbə sistemi isə yoxdur...” - VİDEO
-
Azərbaycanda Media və Yayım Şurası yaradıldı - Deputatlar “hə“ dedi
-
“Onlar Azərbaycanı günahkar kimi təqdim etməyə çalışırdı“ - Hikmət Hacıyev
-
İlham Əliyev və Peter Pelleqrini mətbuata bəyanatlarla çıxış edirlər - CANLI
-
Prezidentlərin Şuşada geniş tərkibdə görüşü oldu - FOTOLAR
-
Bakı-Şamaxı yolunda təhlükəli vəziyyət yarandı: AAYDA-dan açıqlama
-
Azərbaycan beynəlxalq yükdaşımalardan nə qədər qazanıb? - Deputat rəqəmləri açıqladı
-
Şuşada İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü olub - FOTOLAR
-
İxtisas seçimində hansı qrupa qəbul olmaq nisbətən asan olacaq? - VİDEO
-
Azərbaycan nefti 3 dollardan çox bahalaşdı - Yeni qiymət
-
Müharibə nə vaxt bitəcək? - Trampdan cavab
-
Xırdalanda sakinlərin dözülməz həyatı: “Pəncərəni açmağa qorxuruq“ (VİDEO)
-
Binəqədidə gün ərzində bir neçə saat su verilir - VİDEO
-
Azərbaycanda neçə milyonçu var? - SİYAHI
-
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO
-
Qobustanda uçan körpünün inşası nə vaxt bitəcək? - VİDEO
-
Magistral su xətti partladı, 6 kənd susuz qaldı - VİDEO
-
PSJ “Nike” ilə müqaviləni 2037-ci ilə qədər uzadır - İlə 100 milyon
TOP 10
ARXİV






