Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Tarix 11.11.25, 22:51

Font ölçüsü : - / +
bitmap-img6


Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaradıb və onun inkişafına güclü təkan verib.
      
Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə hazırlanan ilk Konstitusiya 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Həmin gündən   başlayaraq 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur.
      
Ümummilli lider Heydər Əliyev deyirdi:  "Konstitusiya birinci növbədə, dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir".
      
Müstəqil Azərbaycan Respublikası öz banisi və qurucusunun ölməz siyasi kursuna daim sadiqdir. Ulu öndərin layiqli siyasi varisi, Azərbaycan dövlətinin başçısı, Prezident İlham Əliyevin ölkədə qanunçuluğun möhkəmləndirilməsi və cəmiyyətdə ümumbəşəri dəyərlərin tanınması bazasında kompromis və konsensusun yaradılması istiqamətində geniş və ardıcıl fəaliyyəti gənc müstəqil respublikamızı nüfuzlu dövlətlər sırasında önəmli yerə çıxarmışdır. Bu baxımdan, Konstitusiyamızın hüquq müdafiə sferası - qanunçuluğun təkmilləşdirilməsi, Konstitusiyaya düzəlişlər aparılması qaydaları, nəzarət-yoxlama tədbirləri, müdafiə tədbirləri, məsuliyyət tədbirləri getdikcə ictimai həyatın bütün qatlarına, cəmiyyətin bütün təbəqələrinə nüfuz edir və ictimai birgəyaşayışın və fəaliyyətin hüquqi sabitliyinin əsasına çevrilir.
      
Bu gün ölkəmiz əsl demokratiya, ümumi rifah və azadlıq məkanı kimi yaşayır və inkişaf edir.

Əvəz Məmmədov



Xəbərin oxunma sayı : 265




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap