Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“ Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO
Axtar
 
  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma - VİDEO

Tarix 13.03.26, 21:22

Font ölçüsü : - / +
bitmap-img6


Səbail rayonunda 203 nömrəli tam orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.

AzFakt.com xəbər verir ki, həmin məktəbdə təhsil alan iki doqquzuncu sinif şagirdi arasında təhsil ocağının yeməkxanasında mübahisə yaranıb.

Mübahisə zamanı şagirdlərdən biri digər həmyaşıdına bıçaqla xəsarət yetirib. Yaralanan şagird aldığı xəsarətlərdən xəstəxanaya çatdırılıb.

"Ayrı-ayrı siniflərin şagirdləri idilər, sözləri çəp gəldi, aralarında mübahisə yarandı. Hadisə övladımın gözünün qabağında baş verib, uşaq çox qorxub”, – valideynlərdən biri söyləyib.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, martın 13-də saat 10:25 radələrində Bakı şəhəri 203 nömrəli tam orta məktəbdə tənəffüs zamanı doqquzuncu sinif şagirdlərindən biri digərinə xəsarət yetirib. Xəsarət alan şagirdə dərhal tibbi yardım göstərilib, təcili tibbi yardıma və şagirdlərin valideynlərinə məlumat verilib. Fakt aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və araşdırmalara başlanılıb.

TƏBİB-dən isə bildirilib ki, yaralı məktəbli Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib. Pasiyentə sol bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Onun vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Daha ətraflı "Baku TV”nin süjetində:






Xəbərin oxunma sayı : 190




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap