Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“ Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO
Axtar
 
  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

Dünyada 1 milyard dollardan çox sərvəti olan 4 azərbaycanlı var - “Forbes”

Tarix 13.03.26, 19:36

Font ölçüsü : - / +
bitmap-img6


“Forbes” jurnalı 2026-cı il üçün dünya milyarderlərinin siyahısını açıqlayıb və bu siyahıda Azərbaycan əsilli şəxslər də yer alıb.

Yeniavaz.com xəbər verir ki, “Forbes”in siyahısına daxil edilən 3 428 milyarder arasında 4 nəfər azərbaycanlı da var.

Qeyd edək ki, bu milyarderlərin hamısı Rusiyada yaşayır və onların əsas gəlir mənbələri də həmin ölkə ilə bağlıdır.

Azərbaycan əsilli milyarderlərin ən varlısı dünya milyarderləri siyahısında 81-ci sırada yer alan Vahid Ələkbərovdur. O, eyni zamanda Rusiyanın ən varlı 3-cü şəxsi hesab olunur.

75 yaşlı Vahid Ələkbərovun ümumi sərvəti 29,5 milyard dollardır və son bir ildə bu məbləğ təxminən 800 milyon dollar artıb.

Vahid Ələkbərovdan sonra ən varlı azərbaycanlılar Zarax İliyev və Qod Nisanov hesab olunurlar. Zarax İliyev dünya milyarderlərinin siyahısında 829-cu, Qod Nisanov isə 836-cı sırada qərarlaşıb.

Onların hər birinin 5,1 milyard dollar sərvətə sahib olduğu bildirilir. Son bir ildə hər ikisinin sərvəti 1,7 milyard dollar artıb.

Dünya milyarderlərinin siyahısında yer alan sonuncu azərbaycanlı isə Fərhad Əhmədovdur. O, 2386-cı sırada yer alıb və 1,6 milyard dollar sərvəti var. Əhmədov son bir ildə sərvətini 100 milyon dollar artıra bilib.

Qeyd edək ki, 5 il əvvəl – 2021-ci ildə dünya milyarderləri siyahısında 5 azərbaycanlı olub. 2021-ci ildə Araz Ağalarov 1,2 milyard dollarlıq sərvəti ilə “Forbes”in siyahısında yer alıb. Lakin son 5 ildir ki, Araz Ağalarov milyarderlər siyahısına daxil ola bilmir.






Xəbərin oxunma sayı : 268




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap