Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“ Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO
Axtar
 
  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

TƏBİB-in eks-rəhbər ilə bağlı sensasion iddialar: ABŞ-da yaşayan jurnalistə gizli məlumatları o ötürürmüş…

Tarix 13.03.26, 19:52

Font ölçüsü : - / +
bitmap-img6


TƏBİB-in sabiq icraçı direktoru Vüqar Qurbanov bütün xarici və ölkədaxili səfərlərinə həmişə ictimaiyyətlə əlaqələr departamentinin müdiri olan Zamirə Ədilovanı aparırdı. Halbuki elə görüşlər olurdu ki, orada tibb mütəxəssisinin iştirakı vacib sayılırdı. Amma Vüqar doktor nədənsə Zamirə xanımın yanında olması ilə qane olurdu. Bir xatırlatma edim. TƏBİB-in sabiq icraçı direktorunun qızının təmtaraqlı toyunu da Zamirə Ədilova “whatsapp” statusunda paylaşmışdı. Bu da cəmiyyətdə böyük narazılıq yaratmışdı.

Araşdırmalarımıza əsasən Zamirə Ədilova dövlət ezamiyyələri ilə xarici səfərlərə gedərək istirahət etməsi bir yana, kadr məsələlərini də kurasiya edirmiş. Onun gətirdiyi namizədləri kadr məsələlərində mötəbər şəxslər, yəni TƏBİB-in sabiq icraçı direktoru Vüqar Qurbanov və onun müavini Araz Nəsirov qeyd-şərtsiz işə qəbul edirmişlər. Sual yaranır, Zamirə Ədilovanın bərbad günə qoyulmuş səhiyyəmizin inkişafında hansı xüsusi əməyi olub ki, bu qadına belə şərait yaradılıb?

Bu yaxında Vüqar Qurbanovun ABŞ-da yaşayan bir jurnalistə Azərbaycan səhiyyəsinin problemləri, həkimlərimiz haqqında məlumat ötürməsi barədə xəbərlər yayıldı. Deyilənə görə həmin imformasiyaları da okeanın o tayına Zamirə xanım göndərirmiş. Necə, nə cür edirmiş, bunu gərək aidiyyatı təşkilatlar araşdırıb müəyyənləşdirsinlər. (Referans Media)

 







Xəbərin oxunma sayı : 238




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap