![]() |
|














Azərbaycan yoluxmanın 4-cü dalğanın ərəfəsində - “Yaxın günlərdə sərtləşdirmə tədbirləri olacaq...”
Tarix 31.07.21, 10:26 |
|

Artıq dünyada və Azərbaycanda yoluxma sayı getdikcə artmaqda davam edir. Bir çox ölkələrdə pandemiyanın 4-cü dalğasının başladığı deyilir. Həkimlər koronavirusun “Delta” növünün uşaqları və gəncləri aktiv şəkildə yoluxdurduğunu, hətta güclü immunitetin bu infeksiyadan tam qorumadığını bildirirlər.
Qazaxıstanın ən böyük şəhəri Almatıda koronavirusun 4-cü dalğasını sabitləşdirmək üçün peyvənd edilmiş sakinlərin kifayət qədər olmadığı diqqətə çatdırılıb. Almatının baş sanitar həkimi Zandarbek Bekşin koronavirusun “Delta” ştammının kimləri ən çox yoluxdurması ilə bağlı açıqlama verib.
Qeyd edib ki, hazırda uşaqlar və gənclər risk altındadır: “Son iki həftə ərzində yaş qrupları üzrə təhlillər göstərdi ki, bir yaşınadək uşaqların arasında yoluxmaların sayında artım davam edir (2,8% ) .
“Yoluxmuşlar arasında immuniteti kifayət qədər güclü olan gənc bir populyasiya üstünlük təşkil edir. Buna görə də koronavirusun 4-cü dalğaqı əvvəlkilərdən daha təhlükəlidir. 20-40 yaş arası Almatı sakinləri arasında COVID-19 xəstəliyi 38%, 40-59 yaş arası vətəndaşlar arasında - 25% və 60 yaşdan yuxarı insanlar - 20%-dir”- deyə Bekşin əlavə edib.
Qardaş ölkə Türkiyədə də vəziyyət ürəkaçan deyil. Son məlumatlara görə, Türkiyədə koronavirusa yoluxma son ayda rekord həddə çatıb. Həkimlər və tədqiqatçılar, günahın türk kurortlarına kütləvi şəkildə gələn rusiyalı turistlərin olduğunu bildirirək həyəcan təbili çalırlar.
Hazırda Antaliyada koronavirusun “Delta” ştammına yoluxma halları qeydə alınıb.
“Rusiya turistlərinin nəzarətsiz axını səbəbindən yeni dalğanı dayandıra bilmərik”,- deyə Antalya Tibb Palatasının prezidenti Doktor Nursel Şahin etiraf edib.
Www.evrensel.net portalı bildirir ki, Türkiyə koronavirusun “Delta” ştammının yayılması səbəbindən epidemioloji vəziyyətin pisləşməsindən ciddi şəkildə qorxur. Ölkədəki istirahət edənlər üçün bütün məhdudiyyətlər götürüldüyü üçün Rusiyadan hər gün on minlərlə turist yeni COVID-19 gərginliyinin artdığı məşhur türk kurortlarına gəlir.
“Rusiyada peyvəndləmə ləng aparılır. Əhalinin yalnız təxminən 10 faizinə peyvənd vurulub. Bu yaxınlarda Rusiyanın 45 fərqli istiqamətinə çarter uçuşlarına icazə verdik. Rusiyadan gələn turistlər çoxdur! Bəli, turizmdən və valyutadan gəlir lazımdır, amma epidemioloji tədbirlər baxımından ciddi bir nəzarət çatışmazlığı var”, - deyə həkim bildirib.

Dr. Nursel Şahinin sözlərinə görə, yazın əvvəlində Antalyada yoluxma sayında azalma var idi, lakin gələn turistlərin böyük axını səbəbindən COVID-19-a yoluxmaların aşkarlanması halları getdikcə daha çox hal alır: “”İndi peyvənd edirik, insanlar hətta açıq havada peyvənd olunur. Ancaq həkimlərin əmin etdiyi kimi, turistlərlə vəziyyət yaxın gələcəkdə dəyişməsə, virusu nəzarət altına ala və xəstəliyi tamamilə aradan qaldıra bilməyəcəklər. Bir çox turistlər heç bir qaydalara əməl etmir, onlara məsləhət və tövsiyələr vermək mənasızdır. Və virus yayılmağa davam edir".
Göründüyü kimi, yaxın ölkələrdə vəziyyət getdikcə çətinləşir, nəzərə alsaq ki, Azərbaycandan da çoxlu sayda turistlər istirahət üçün qonşu ölkələrə üz tutur, bu böyük bir təhlükədən xəbər verir.
Bizdə də yoluxma sayı üç rəqəmliyə keçdi və sürətlə artmaqdadır. Olmaya, ölkə artıq 4-cü dalğanı yaşayır? Artım dinamikası sabit sayıla bilərmi, yoxsa azalaraq bir qədər öncəki, ikirəqəmli həddə də düşəcək? Yay bitməmiş əlavə məhdudiyyətlərin tətbiqi mümkünmü?
Bəs Azərbaycanda vaksinasiya prosesinin gedişatı başqa ölkələrlə müqayisədə necədir? Hökumətin son qərarlarından (1 sentyabr qadağaları) sonra peyvəndləmə sürətlənibmi?
Bu arada Nyu-York meriyası peyvəndin ilk dozasını vurana 100 dollar vəd edib. Bizdə də hansısa həvəsləndirmə üsulları mümkündürmü?
Mövzu ilə bağlı infeksionist-hepatoloq Mərdan Əliyev “Yeni Müsavat”a danışıb: “COVİD -19 infeksiyasına yoluxma artmağa doğru davam edir, deyərdim ki, sürətlə artır. Bu həm ”Delta" ştammının, həm də karantinin yumşaldılması hesabına, həm toylara icazələrin verilməsi və ən önəmlisi, əhali tərəfindən maskaların taxılmasına biganəliklə bağlıdır. Bütün bunların fonunda koronavirus infeksiyası da sürətlə artmağda davam edir. Düşünürəm ki, yaxın günlərdə karantin qaydalarının sərtləşdirilməsinə gediləcək. Təbii ki, bütün sektorlarda olmayacaq, amma ən azı toyların qadağan olunması, maskaların taxılmasına nəzarətin artırılması, böyük ticarət mərkəzlərində, xüsusən idarələrdə maskaların taxılmasına ciddi əməl olunmasına nəzarət olunmalıdır".

Mərdan Əliyev
M.Əliyev onu da əlavə edib ki, artıq bütün dünyada “Delta” ilə əlaqədar pandemiyanın yeni dalğası baş qaldırıb: “Bu Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də elan olunub. Bu bizim ölkəyə də öz təsirini göstərir və təbii ki, əgər karantin qaydaları bir az sərtləşdirilsə, birdən-birə olmasa da, tədricən yoluxmada azalma müşahidə olunacaq. Çünki burada həm vaksinasiya prosesi gedir, həm də yoluxub sağalanların sayı kifayət qədər çoxdur. Bunlar hamısı əhalinin xeyrinədir və buna görə əvvəlki dalğalardakı kimi olmayacaq və karantin qaydaları bir az sərtləşdirilsə, bütün sektorlarda yox müəyyən qədər vacib yerlərdə hansı ki, yoluxmaya daha çox təkan verir. Həmin yerlərdə sərtləşdirilərsə və bəzi məhdudiyyətlər tətbiq olunsa azalmağa doğru edəcək”.
İnfeksionist hesab edir ki, Azərbaycanda vaksinasiya prosesinin gedişi qənaətbəxş hesab oluna bilər: “Bütün rayonlar üzrə regionlarda və Bakı şəhərində bu proses gedir. Son günlər yoluxma sayındakı artımdan sonra əhalinin peyvənd olunmağa meyli artıb. Bir müddət əvvəl müşahidə edirdik ki, yoluxma az olanda vaksin olunmağa da maraq yox idi. Arxayınlaşma vardı, peyvəndlərə qarşı biganəlik yaranmışdı. Belə görünür ki, bu artımın fonunda dövlət tərəfindən də bir az daha çox vaksinasiyanın sürətləndirilməsi istiqamətində bəzi tədbirlər görülüb. Həm də payıza qədər peyvənd olunma başa çatmalıdır, ən azı 60-70 faiz insan vaksin olunmalıdır. Çünki payızda daha çox kəskin respirator xəstəliklər - həm qrip, həm digər xəstəliklər, o cümlədən koronavirus infeksiyası artmağa meyilli olur. Buna görə payıza qədər vaksinasiya prosesinin əsas hissəsi başa çatmalıdır”.
Bu arada ABŞ-ın tibbi tənzimləyicisi COVID-19 infeksiyası barədə yeni məlumatlara əsaslanaraq vaksinasiya olunan insanların qoruyucu maskadan istifadəsinin bərpası barədə qərar qəbul edib.
"New York Times" xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Onların Profilaktikası üzrə Mərkəzinin rəhbəri Roşel Valenski bildirib. May ayında Roşel Valenski peyvənd edilmiş amerikalıların bundan sonra əksər hallarda maska taxmaya və sosial distansiya saxlamaya biləcəklərini demişdi. Lakin tənzimləyici iyunun 27-də vaksinasiyadan keçən insanların yenidən qapalı məkanlarda qoruyucu maska taxmalarının vacibliyini vurğulayıb. Bu tövsiyə ABŞ-ın COVID-19 infeksiyasına yoluxma hallarının yüksək olduğu rayonlarına aiddir. “Yeni tədqiqatlar ”Delta" ştammına yoluxan peyvəndli insanların burun və ağız boşluğunda çox miqdarda virus daşıdığını göstərib", - deyə Roşel Valenski bildirib.
Xəstəliklərə Nəzarət və Onların Profilaktikası üzrə Mərkəzin daxili sənədlərində koronavirusun “Delta” ştammının MERS, SARS, Ebola və mövsümi qrip viruslarından daha yoluxucu olduğu bildirilir.
Xəbərin oxunma sayı : 469
Sosial
Xəbərlər
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? - İDDİA
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
-
Təhlükəsizlik qaydalarını pozan obyektin fəaliyyəti məhdudlaşdırıldı - Video
-
II və III ixtisas qrupları üzrə qəbul imtahanı.. - DİM-dən xəbərdarlıq
-
Prezident Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında - Fotolar
-
Microsoft 9000 əməkdaşını ixtisar edir - SƏBƏB
-
Saxta çantalar necə tanınır? - Satıcıların fırıldaq üsulları
-
İlham Əliyevlə Paşinyanın görüşü planlaşdırılır - Dubayda
-
“Golden Beach“də faciə: Cəryan vurub öldürdü
-
AZAL təyyarəsinin vurulması ilə bağlı - Yeni detallar
-
Xırdalanda Heydər Əliyev parkında ağaclar qurudulur - Çay evlərindən şikayət
-
Kərə yağı sağlamlığa necə təsir edir: hər gün yemək olarmı?
-
ABŞ bütün dünyaya silah paylaya bilməz - Pentaqon
-
Bakıda nəqliyyatın intensiv hərəkət etdiyi körpü qəzalı vəziyyətdədir? - VİDEO
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
“Lavrov İsa Məsihin vaxtından xarici işlər naziridir...“ - NATO BAŞ KATİBİ
-
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
-
“Bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib” - İlham Əliyev
-
“Nə təcili yardım, nə də xəstəxana harayımıza çatır“ - ŞİKAYƏT/VİDEO
-
Araz Ağalarov da hədəfə alındı - Barəsində icraat başladıldı
-
Öldürdüyü müdirinin axtarışlarında iştirak edibmiş - Füzulidəki cinayətin ŞOK TƏFƏRRÜATI
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - FOTOLAR
-
Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib - "VƏHDƏT" nümayəndəsidə iştirak etdi
-
Nəsimi rayonunda obyektlər piyada səkisini zəbt edib - VİDEO
-
Prezidentlər “Sea Breeze” istirahət mərkəzində olublar - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması DƏYİŞDİRİLİR
-
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
-
Makronun arvadının kişi olması iddiasına Trampdan REAKSİYA: “Mən Bricitə yaxından baxmışam“
-
Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir - İlham Əliyev
-
Vəzifəli şəxs cəzalandırıldı - 1400 manata sürücülük vəsiqəsi alacaqmış...
-
Bakıda Özbəkistan səfirliyinin yeni binası açıldı - FOTOLAR
-
Azər Qasımlı barəsində cinayət işi məhkəmə baxışına verilib - Vəkilin vəsatəti təmin edilməyib
-
Şəxsiyyəti müəyyənləşdirilən daha üç itkin şəhid dəfn olunacaq - ADLAR + FOTO
-
Binəqədi rayonunda qanunsuz tikintiləri Hacıbaba Babayev himayə edir? - VİDEO
-
“Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb” - Video
-
Ağ Şəhərdə “Özbəkistan” parkının təməli qoyuldu - Fotolar
-
Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini ilə görüşdü - FOTO
-
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakıdan moskvaya etiraz
-
İyulun ilk ongünlüyündə ölkə ərazisində hava mülayim keçəcək - PROQNOZ
-
Azərbaycanla Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edildi - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Binəqədidə partlayışda ölənlərin yaxınlarına 30 min manat təklif edilib - MƏHKƏMƏ
-
Peterburqda azərbaycanlı iş adamının evinə basqın - VİDEO
-
Ötən il tikinti şirkətlərinə 288 mln. manat ödənilib - “Kirayə mənzillərə“ görə
-
Beyləqanda Azərbaycan Polisi Günü qeyd olundu - Fotolar
-
140 manatlıq müavinət: Kimlər faydalana biləcək?
-
“Mor-mor” suları bu antisanitar vəziyyətdə hazırlanır? - VİDEO
-
Prezidentlər iclasda iştirak etdilər - FOTOLAR
-
ABŞ bir müddət Ukraynaya sursat tədarük etməyəcək - “The New York Times”
-
Dr.Ella necə estetik əməliyyatlar icra edir? - Araşdırma
-
Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi oldu - FOTO
-
Nazir Qubada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Külək, yağış, 33° isti... - Sabahın havası
-
DİN-in Polis Akademiyasında “Məzun Günü” keçirilib - VİDEO
-
İnformasiya agentliklərinə dair tələblər sərtləşdirilir - Nələr olacaq?
-
Rusiya mediasında Azərbaycana qarşı kampaniya başladılıb - RƏSMİ
-
Ersin Tatar Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Konstitusiya Məhkəməsinin 3 hakimi yola salınır - ONLAR KİMDİR?
-
Azərbaycanlıların ölümündə əli olduğu deyilən rus polislər - FOTO
-
Mirziyoyev Azərbaycana səfərə gəlib - FOTO
-
Şahin Şıxlinskini saxlayanlar ondan nə soruşublar? - Özü danışdı
-
PKK yaxın günlərdə silahları təhvil verəcək - Hakim partiya sözçüsü açıqladı
-
Abşeron rayon Qobu qəsəbəsində qanunsuz tikintiyə icazə verib? - VİDEO
-
“Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub“ - Baş Prokurorluq
-
Media Reyestrində olmayan media subyektləri - Onları cərimələr gözləyir
-
Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO
-
“Azərbaycan və Rusiya üçün dostluq münasibətləri olduqca vacibdir“ - Zaxarova
-
Hakan Çalhanoğlu “od püskürdü“: “İnter“in prezidenti və kapitanı cavabını aldı
-
Qohum evlilikləri ilə bağlı qadağa əvvəlcədən nişanlı olanlara da aiddir? - VİDEO
-
Avronun manata qarşı bahalaşması davam edir - Rəsmi məzənnələr açıqlandı
-
“Mənə təxribatçı suallar verdilər” - Rusiyada hücuma məruz qalan azərbaycanlı qadın
TOP 10
ARXİV