“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycanda bank BAĞLANIR

Tarix 03.06.22, 23:43

Font ölçüsü : - / +
bitmap-img6


Pakistan Milli Bankı Bakı filialını ləğv etmək qərarına gəlib.

APA xəbər verir ki, bu barədə Bankın mərkəzi ofisindən bildirilib.

Məlumata görə, Bank Almatı və Düşənbədə yerləşən iki törəmə müəssisəsi ilə yanaşı, Bakı, Bişkek və Aşqabadda yerləşən üç filialın bağlanmasına da qərar verib. Bununla bağlı Pakistan Milli Bankının İdarə Heyəti Pakistanın Maliyyə Nazirliyi və Dövlət Bankından lazımi icazələrin alınması üçün müraciət edib.

Bundan əlavə, Əfqanıstan və Banqladeşdəki ölkə əməliyyatlarının müvafiq olaraq Kabil və Dəkkədə yerləşən hər ölkə üzrə yalnız bir filialla məhdudlaşdırılması qərara alınıb.

Pakistan Milli Bankı İdarə Heyəti bundan əvvəl 2022-ci ilin yanvarın 17-də Paris filialının bağlanmasını təsdiqləmişdi.

Məsələ ilə bağlı Pakistan Milli Bankının Bakı Filialından “APA-Economics”ə bildirilib ki, Filialın bağlanması ilə bağlı hələlik hər hansı bir qərar verilməyib. Bununla belə, hazırda bank əməliyyatları dayandırılıb.

Qeyd edək ki, Bankın Bakı Filialı artıq bir neçə ildir ki, zərər açıqlayır. Filialın audit olunmuş hesabatına əsasən 2021-ci il üzrə xalis zərəri 400 min manat təşkil edib.

Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərir.



Xəbərin oxunma sayı : 709




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap