Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Azərbaycanda bu şəxslər evlə təmin olunacaq - 2 milyon manatlıq layihə

Tarix 12.02.25, 13:32

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın bir neçə rayonunda təbii fəlakətlər səbəbindən dağılmış və ya istismara yararsız vəziyyətə düşmüş evlərdə bərpa və yenidənqurma işləri aparılacaq.

AzFakt.com-un Trend-ə istinadən məlumatına görə, bununla yanaşı işlər çərçivəsində yeni fərdi yaşayış evlərinin də tikintisi nəzərdə tutulur.

Belə ki, artıq Fövqəladə Hallar Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyətində müvafiq işlərə start verilib.

Məlumata görə, sözügedən layihəyə uyğun olaraq Lerik rayonunda 12 ədəd 3 otaqlı, Astara rayonunda isə 2 ədəd 2 otaqlı fərdi yaşayış evi tikilərək sahiblərinə təhvil veriləcək. Bununla yanaşı, Gədəbəy şəhəri, Mehdi Quliyev küçəsində yerləşən 3 mərtəbəli 24 mənzilli yaşayış binasında bərpa-gücləndirmə işləri aparılacaq.

Görüləcək tədbirlərin davamı kimi Qobustan rayonu, Təklə kəndində bir ədəd fərdi yaşayış evi də bərpa olunacaq.

Qurum sözügedən işlərin icrasının 1,9 milyon manata başa gələcəyini proqnozlaşdırıb.



Xəbərin oxunma sayı : 856




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap