“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

“Qazaxıstan Azərbaycanı etibarlı strateji tərəfdaş və müttəfiq kimi görür“ - Tokayev

Tarix 11.03.25, 17:53

Font ölçüsü : - / +
bitmap-img6


11 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində Prezident Kasım-Jomart Tokayev tərəfindən qəbul edilib.

XİN-dən verilən xəbərə görə, görüş zamanı nazir Ceyhun Bayramov keçən ilin dekabr ayında Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar göstərilən operativ və hərtərəfli dəstəyə görə Qazaxıstanın dövlət başçısına minnətdarlıq ifadə edib.

Xalqlarımız arasında tarixi qardaşlıq, birgə adət-ənənə, mədəniyyət və dil ortaqlıqları və eləcə də dövlət başçılarımız arasında qarşılıqlı hörmət və etimada əsaslanan açıq və səmimi münasibətlər fonunda Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq əlaqələrinin nümunəvi xarakter daşıdığı bildirilib.

Ölkələrimiz arasında siyasi-iqtisadi, ticarət-investisiya, sənaye-texnologiya, nəqliyyat-kommunikasiya, mədəniyyət-humanitar, elm-təhsil və digər sahələr üzrə zəngin əməkdaşlığın yeni hərəkətverici elementlərlə daha da intensivlik qazanmasının əhəmiyyəti vurğulanıb.

Regional və beynəlxalq təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı dəstək, həmrəylik və birgə təşəbbüslərə əsaslanan əməkdaşlığın təqdirəlayiq olduğu bildirilib. Ötən ilin noyabr ayında Azərbaycanın uğurla ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Qazaxıstan dövlət başçısının iştirakına görə təşəkkür ifadə olunub, Qazaxıstanın ölkəmiz tərəfindən irəli sürülmüş təşəbbüslərə qoşulması yüksək qiymətləndirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri və eləcə də postmünaqişə dövründə regional vəziyyət və son inkişaflar ətrafında fikir mübadiləsi aparılıb.



Xəbərin oxunma sayı : 1213




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap