“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Tarix 09.07.25, 21:17

Font ölçüsü : - / +
bitmap-img6


"Sumqayıt Xovlu İplik" Açıq Səhmdar Cəmiyyətinin (ASC) nəzdində fəaliyyət göstərən "İplik" fabrikində oğurluq hadisəsi baş verib. 

Qaynarinfo-nun məlumatına görə, fabrikdən əyirici avadanlığın ehtiyat hissələri, tekstil avadanlığının ehtiyat hissələri, mətbəx avadanlığı, rotor-mühərrik 250 metr uzunluğunda kabel və hər biri 15-20 kq olan 5 ədəd çuqun qapaq oğurlanıb. 

ASC-nin rəhbəri Elson Aydınov hüquq-mühafizə orqanlarına müraciətində ASC-yə ümumilikdə 10 000 manatdan çox ziyan dəydiyini bildirib.  Araşdırmalar nəticəsində oğurluğu fabrikin gözətçilərinin törətdiyinə əsaslı şübhələr yaranıb. Gözətçilərdən ikisi saxlanılıb və ilkin dindirmə zamanı şbühələr təsdiqini tapıb. 

Onlara Cinayət Məcəlləsinin 177.2.1 (Oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.4 (Oğruluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib. Həmçinin onlar barəsində məhkəmənin qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 

Cinayət işinin məhkəmə istintaqı Sumqayıt Şəhər Məhkəməsində aparılıb. Məhkəmə zamanı təqsirləndirilən şəxslər dəymiş ziyanın məbləği ilə razılaşmayıblar. Onların fikrincə, dəymiş ziyan təxminən 1000-2000 manat məbləğində olub. 

Məhkəmənin hökmü ilə onlardan birinə 3 il müddətinə, digərinə isə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. 



Xəbərin oxunma sayı : 847




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap