“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Azərbaycanlı model Bodrumda eks-deputatla dava etdi - VİDEO

Tarix 25.08.22, 16:45

Font ölçüsü : - / +
bitmap-img6


Bodrumda yerləşən “Mandarin Oriental” hoteldə CHP-dən olan eks-deputat Aydın Ayaydın və azərbaycanlı model, iran əsilli biznesmen Manuçehr Əhədpurun həyat yoldaşı Diana Əhədpur arasında dava olub.

Axşam.az xəbər verir ki, bu haqda Türkiyənin sabah.com saytı məlumat yayıb. Bildirilib ki, insidentə səbəb Əhədpurun 6 yaşlı oğlunun dənizə girib su sıçratmağa başlaması olub. Bu, Ayaydını özündən çıxarıb və o, uşağın üstünə qışqırıb. Oğlan ağlaya-ağlaya anasının yanına qaçıb.

Əhədpur dərhal kişiyə yaxınlaşıb və etirazını bildirib:

“Uşağımın üstünə niyə qışqırırsınız? Narazılığınızı mənə bildirərdiniz, uşağı niyə qorxudursuz?”

Bunu eşidən Ayaydın modelə hücum çəkib və onu təhqir etməyə başlayıb:

“Rədd olun gedin buradan. Gedin öz ölkənizə".

Ayaydın insidentin videoya çəkildiyini və sosial şəbəkələrdə yayıldığını öyrəndikdən sonra Əhədpur və onun ailəsindən üzr istəyib.

Qeyd edək ki, azərbaycanlı model Diana Əhədpur 1986-cı ildə Tbilisidə anadan olub. O, Bakıda təhsil alıb və “Diana Ahadpour” brendinin yaradıcısıdır. Həmçinin Azərbaycan, BƏƏ və bir sıra digər ölkələrdə model biznesinə sahibdir. Modelin həyat yoldaşı hazırda Dubayda yaşayır.







Xəbərin oxunma sayı : 1102




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap