“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanın ləğvi onlayn ticarətə necə edəcək? - ARAŞDIRMA

Tarix 12.05.24, 15:07

Font ölçüsü : - / +
bitmap-img6


Məlum olduğu kimi, Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir. Artıq bununla bağlı müvafiq sənəd parlamentdə səsverməyə çıxarılaraq qəbul edilib. Proqnozlara görə, iki ölkə arasında əldə olunan razılaşma Türkiyədən Azərbaycana idxal olunan məhsulların qiymətində ucuzlaşmaya səbəb olacaq.

Qeyd edək ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri hesab edilir. 2023-cü ildə Türkiyə Azərbaycana ən çox idxalın həyata keçirildiyi üç ölkədən biri olub. Türkiyədən illik idxalımızın həcmi iki milyard 291 milyon dollardır. 2023-cu ildə Türkiyə ilə Azərbaycan arasında ümumi ticarət dövriyyəsi 30 faiz artaraq 7.6 milyard dollara çatıb. Gələcək hədəf ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır.

Maraqlıdır, Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğvi konkret olaraq hansı sahələrə təsir göstərəcək? Bu yenilik yerli bazarlarda Türkiyədən idxal olunan malların satışını daha da artıra bilərmi? Bu addım qiymətlərin ucuzlaşması ilə nəticələnəcəksə, onlayn ticarətə təsiri necə olacaq?  

“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Azərbaycan məhsullarının rəqabət qabiliyyəti artacaq

İqtisadçı Fuad İbrahimov bildirib ki, ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilələr beynəlxalq iqtisadi əlaqələrin inkişafında xüsusi rola malikdir.

Onun sözlərinə görə, yeni dəyişiklik Türkiyə ilə Azərbaycan arasında ticarət əlaqələrinin daha da genişlənməsinə imkan yaradacaq:

“Bu gün Türkiyə Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. İki ölkənin rəhbər şəxsləri bu münasibətlərin daha da inkişaf etdirilməsinə çalışırlar. Bununla bağlı müvafiq addımlar atılır. İkiqat verğitutmanın ləğvi də bu istiqamətdə atılan addımlardan biridir. Bu yenilik Türkiyədən idxal olunan malların yerli bazarlarda satışını artırmaqla paralel, həm də Azərbaycan məhsullarının Türkiyə bazarında rəqabət qabiliyyətini daha da artıracaq”.

“Ucuzlaşmanı daha çox tekstil bazarında gözləyirik”

İqtisadçı qeyd edib ki, bu yenilik Türkiyədən Azərbaycana idxal edilən məhsulların xərcini və qiymətini azalda bilər:

“Azərbaycan Türkiyədən daha çox qida, tekstil məhsulları, xüsusən də geyim idxal edir. Bizdə tekstil bazarında hazırda inhisarçılıq halı mövcud deyil. Bazar olduqca liberallaşmış vəziyyətdədir və sağlam rəqabət olduğundan kifayət qədər də ucuz tekstil məhsulu var. Təbii ki, istənilən vergidən azadolma sağlam bazarda mütləq şəkildə qiymətin ucuzlaşmasına təsir edir. Çünki məhsula çəkilən xərc azaldığından sahibkar rəqabətli bazarda mövqeyini qorumaq üçün istər-istəməz idxal etdiyi məhsulu daha ucuz qiymətə təklif edəcək. Yəni iqtisadi baxımdan xərcin azalması qiymətlərin düşməsi ilə müşahidə olunmalıdır. Biz bu istiqamətdə ucuzlaşmanı daha çox tekstil bazarında gözləyirik”.

Yerli istehsalçıların işi çətinləşəcək

F.İbrahimov onu da vurğulayıb ki, yerli istehsalçılar Türkiyədən idxal olunan məhsullarla rəqabət aparmağa hazır olmalıdırlar:
“Gələcəkdə tekstil sahəsində yerli istehsalı genişləndirmək istəyiriksə, bazarı qorumalıyıq. Çünki bazarda onsuz da ucuz məhsullar kifayət qədərdir. Bu məhsullar daha da artacaqsa, yerli istehsalçıların işi çətin olacaq”.

Azərbaycanlı rezidentlərin xərci azalacaq

İqtisadçı Xalid Kərimli isə bildirib ki, əslində sözügedən razılaşmanın predmeti tamamilə başqadır.

Onun sözlərinə görə, bu yenilik daha çox Türkiyədə fəaliyyət göstərən azərbaycanlı rezidentlərin xərcini azaldacaq:

“Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinin mahiyyəti ondan ibarətdir ki, azərbaycanlı rezidentlər Türkiyədə fəaliyyət göstərirsə, Azərbaycanda və Türkiyədə vergiyə cəlb olunur. Azərbaycanlı rezident Türkiyədə vergiyə cəlb olunduğu zaman verginin məbləğinə dair Azərbaycana sənəd təqdim edir. Həmin sənəd əsasında eyni vergiyə Azərbaycanda cəlb edilmir. Yəni bu qərar nə idxal olunan məhsulların qiymətinə, nə də onlayn ticarətə hansısa bir formada ciddi təsir etməyəcək. Onsuz da onlayn ticarət vasitəsilə 300 dollara qədər limit həddində ölkəyə idxal olunan məhsullar heç bir rüsuma cəlb olunmur. Bu Türkiyədən alınan  mallara da aiddir. Amma sahibkarlar ölkəyə idxal etdikləri məhsullara görə 35-36 faizə qədər vergi ödəyirlər. Yeni qərarın da buna heç bir təsiri yoxdur. Sahibkarlar bundan sonra da eyni qaydada vergilərini ödəyəcəklər”.

“Mağazalarda qismən hərəkətlilik yarana bilər”

Marketoloq Pərviz Əzimovun fikrincə, ikiqat vergitutmanın ləğvi yalnız Bakıdakı mağazaların fəaliyyətində qismən hərəkətlilik yarada bilər:

“Əslində bu yeniliyin bazarlara ciddi təsiri gözlənilmir. Azərbaycanda olan qiymətlərlə Türkiyədəki qiymətlər arasında fərq azalsa belə, insanlar yenə də onlayn ticarətə üstünlük verəcəklər. Çünki ölkəmizə elektron ticarət vasitəsilə gələn məhsulların təxminən 40-45 faizə yaxını bölgələrin payına düşür. Səbəb isə bölgələrdə tələbata uyğun məhsul çeşidinin ya az, ya da ümumiyyətlə olmamasıdır. Bölgələr yenə də onlayn ticarət etməyə məcbur qalacaqlar. Amma Türkiyə ilə Azərbaycan bazarında qiymət fərqi azalarsa, bu paytaxtdakı mağazaların fəaliyyətində qismən hərəkətlilik yarada bilər”.

Marketoloq vurğulayıb ki, ölkə vətəndaşlarının onlayn ticarətə xərclədiyi vəsaitin daxili dövriyyəsinə nail olmaq üçün yerli şirkətlər ciddi addımlar atmalıdırlar:

“Biz hazırda elektron idxalla məşğuluq. Ölkə daxilində elektron ticarəti inkişaf etdirmək mümkündür. Bu məqsədlə yerli şirkətlər müştərilər üçün kifayət qədər yaxşı imkanlar yaratmağa çalışmalıdırlar. Ən böyük problem karqo ilə bağlıdır. Sayt yaradıb məhsul satmaq çox asandır, lakin onu müştəriyə çatdırmaq olduqca çətindir. Bu problemləri həll etsək, onlayn ticarətə yönəldilən məbləğin daxili dövriyyəsinə nail ola bilərik”.  



Xəbərin oxunma sayı : 1528




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap