“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Başçı ilə köməkçisinin şirkəti: 4 aya 4 milyonluq tender...

Tarix 06.05.26, 10:57

Font ölçüsü : - / +
bitmap-img6


Neftçala Rayon İcra Hakimiyyəti başçısının köməkçisinin iri dövlət tenderlərini qazanan şirkət strukturunda hallanması mümkün maraqlar toqquşması ilə bağlı suallar yaradır.

AzFakt.com Gununsesi.info-ya istinadən bildirir ki, Dövlət Turizm Agentliyinin xarici jurnalistlərin, blogerlərin və turizm şirkətlərinin nümayəndələrinin Azərbaycana tanışlıq səfərlərinin təşkili ilə bağlı keçirdiyi tender müsabiqəsinin qalibi “VATA” MMC olub. Müqavilənin ümumi dəyəri 1 milyon 53 min 409 manat 97 qəpik təşkil edir.

 Rəsmi məlumata görə, layihə çərçivəsində 14 ölkədən nümayəndələrin Azərbaycana səfəri təşkil olunacaq. Bu cür səfərlər demək olar ki, hər il təşkil olunur və bir o qədər də vəsait ayrılır.

 â€œVATA” MMC 2021-ci ildə cəmi 50 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhərində yerləşən şirkətin qanuni təmsilçisi Faiq Məmmədovdur.

 Açıq mənbələrdə yer alan məlumatlara görə, şirkət son 4 ay ərzində 15 dövlət tenderinin qalibi olub. Bu tenderlərin ümumi dəyəri 3 milyon 881 min manatdan çoxdur. Bu dinamika şirkətin qısa müddətdə dövlət satınalmalarında aktiv iştirak etdiyini göstərir.

 4 ay ərzində 4 milyon manata yaxın tender udan “VATA” MMC “VATA GROUP” MMC-nin törəmə şirkətidir. Bu şirkətlər qrupuna “VATA FLY” və “VATA İNTERNEYŞINIL” MMC də daxildir. Hər üç şirkətin qanuni təmsilçisi Faiq Məmmədovdur.

 Lakin “VATA GROUP” MMC-nin iki qanuni təmsilçisi də mövcuddur: Kənan və Vüsal Fuad oğlu Atayevlər. Vüsal Atayev Neftçala Rayon İcra Hakimiyyəti başçısı Mirhəsən Seyidovun köməkçisidir. Kənan Atayev isə “ATA CONSULTING” şirkətinin rəhbəridir.

 VATA – Vahid Azərbaycan Turizim Agentliyi özünü beynəlxalq aviaşirkətlərin rəsmi agenti kimi təqdim edir və AZAL, Turkish Airlines, Lufthansa, Qatar Airways kimi daşıyıcılarla əməkdaşlıq etdiyini bildirir. Eyni zamanda turizm sektorunda 20 ildən artıq təcrübəyə malik olduğunu və IATA akkreditasiyası aldığını qeyd edir.



Xəbərin oxunma sayı : 1393




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap