|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Bakı apteklərindən zəruri dərmanlar niyə yoxa çıxıb? - Ekspert rəyi və Səhiyyə Nazirliyinin cavabı
Tarix 07.02.23, 22:14 |
|
Son zamanlar paytaxt sakinləri KRVİ-nin (kəskin respirator virus infeksiyaları) qızğın vaxtında yerli apteklərdə nəinki böyüklər, hətta uşaqlar, xüsusən də üç yaşına qədər olanlar üçün tövsiyə olunan bir sıra dərmanların olmamasından şikayətlənirlər.
Özü də məhz həkimlərin ən çox təyin etdikləri dərmanlar - xüsusən şərbət formatında “Panadol”, “Nurofen”, “Paraferin” və “Supofen” kimi qızdırma salan preparatlar yoxa çıxıb.
Sosial şəbəkələrdə insanlar apteklərdəki bir çox dərmanların hətta analoqunun belə, olmamasından şikayətlənirlər, bəzən isə onların əvəzinə çox bahalı preparatlar təklif edilir, onlar isə qiymətinə baxmayaraq, səmərəsiz olur.
Lakin ölkənin apteklərində təkcə qripə qarşı dərmanlarla bağlı problemlər yaranmayıb. Bu gün bəzi ağrıkəsicilər və göz damcıları da tapmaq çətindir. Apteklərdə tapılması, demək olar ki, mümkün olmayan dərmanlar arasında “Metilurasil”, “Lazolvan”, “Fosfalugel”, “Solkoseril” gel, “Anaprilin”, “Longidaz”, “Dimeksid”, “Geviskon”, “Smekta”, “Imodium”, həmçinin “Solodka” və “Doktor Mom” kimi şərbətlər var.
Media.az sadalanan dərmanların hara yoxa çıxdığını öyrənmək üçün Azərbaycan Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinə müraciət edib.
Bu il, demək olar ki, heç bir dərman idxal edilməyib
Mərkəzdən qeyd edilib ki, Azərbaycana dərman vasitələrinin idxalı ilə özəl şirkətlər məşğul olurlar. Onların səlahiyyətlərinə yalnız ölkəyə gətirilən dərman vasitələrinin keyfiyyətinin laboratoriya təhlili və sənədlərin yoxlanılması daxildir.
Mərkəz ölkəmizə gətirilən bəzi dərman vasitələrinin son tarixləri və miqdarı ilə bağlı məlumat da verib:
“Ibuprofen” – son idxal icazəsi 25 noyabr 2022-ci il (59 000 qutu) və 23 dekabr 2022-ci il (4 944 qutu);
“Panadol baby” suspenziya - 28 dekabr 2022-ci il (3 960 qutu), 12 yanvar 2023-cü il (180 qutu) və 18 yanvar 2023-cü il (3 960 qutu);
“Panadol” həbləri 500 mq - 28 dekabr 2022-ci il (10 080 qutu) və 18 yanvar 2023 (3 888 qutu);
“Nurofen” suspenziya - 21 dekabr 2022-ci il (26 976 qutu), 18 yanvar 2023 (27 024 qutu) və 19 yanvar 2023 (29 004 qutu);
“Nurofen forte” həbləri 400 mq - 21 dekabr 2022-ci il (14 440 qutu), 18 yanvar 2023-cü il (11 081 qutu) və 19 yanvar 2023-cü il (15 408 qutu);
“Nurofen-express” kapsulları 200 mq - 25 noyabr 2022-ci il (2 016 qutu) və 18 yanvar 2023-cü il (3 096 qutu);
“Nurofen” həbləri 200 mq - 18 yanvar 2023-cü il (12 960 qutu);
“Paraferin” kapsulları - 3 oktyabr 2022-ci il (96 919 qutu) və 19 yanvar 2023-cü il (47 818 qutu);
“Paraferin” suspenziya - 6 dekabr 2022-ci il (29 960 qutu) və 10 yanvar 2023-cü il (30 000 qutu).
Alternativ axtarışında
Mərkəzin nümayəndələri onu da əlavə ediblər ki, Azərbaycana “Ibuprofen”in əvəzediciləri gətirilib. “Nurofen”dən əlavə, bu siyahıya “Ibufen” suspenziyası (25 yanvar 2023-cü ildə 15 364 qutu çatdırılıb), “Gofen” 400 mq kapsul (5 dekabr 2022-ci ildə 696 qutu və 12 yanvar 2023-cü ildə 2 400 qutu), “Siafen” suspenziyası (30 noyabr 2022-ci il 5 740 qutu və 21 dekabr 2022-ci il 4 840 qutu) kimi dərmanları əlavə etmək olar.
“Metilurasil” məsələsinə gəlincə, sonuncu dəfə ötən il noyabrın 30-da və dekabrın 15-də (35 min qutu) gətirilib.
Mərkəzdən qeyd edilib ki, bu gün dünyada baş verən qlobal proseslər enerji daşıyıcılarının, xammalın və onların daşınmasının maya dəyərinin artmasına səbəb olur. Eyni zamanda, müşahidə olunan müharibələr, logistika marşrutlarının dəyişməsi, istehsalın maya dəyərinin artması və nəticədə qlobal təchizat zəncirində yaranan fasilələr bu gün Azərbaycana da təsir edib.
Vurğulanıb ki, bəzi dərman vasitələrinin çatışmazlığı təkcə bizdə hiss olunmur. Avropa, Rusiya və Türkiyə bazarlarında da bəzi dərmanların qıtlığı müşahidə olunur ki, bu da yuxarıda qeyd olunan qlobal proseslərdən qaynaqlanır. Belə bir vəziyyətdə Azərbaycan hökuməti gələcəkdə yarana biləcək riskləri minimuma endirmək üçün tədbirlər görür.
“Qeyd edək ki, Azərbaycan əczaçılıq məhsullarının idxalından asılı olan ölkədir, istehsal sahələri yenicə formalaşmağa başlayır. Pirallahı və Ələt azad iqtisadi zonalarında bu istiqamətdə işlər aparılır, Azərbaycanın özünü müəyyən dərmanlarla təmin etməsi üçün lazımi addımlar atılır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Əczaçılıq sektorunun inkişafı üzrə Komissiya yaradılıb. Komissiya tərəfindən hazırlanan qanunvericilik təşəbbüsləri hökumətə təqdim olunur. Razılaşdırılmış təkliflər hazırda tamamlanma mərhələsindədir”, - Mərkəzdən bildirilib.
Xərçəng xəstələri üçün çarəni harada axtarmaq lazımdır?
Yerli apteklərdən yoxa çıxan dərmanlar arasında onkoloji xəstəliklərin müalicəsində istifadə olunanlar da var. Məsələ burasındadır ki, Azərbaycanda xərçəngin müalicəsində istifadə olunan dərmanların satışına qadağa yoxdur. Bu dərmanlar baha olduğu üçün əsasən, Dövlət Proqramı çərçivəsində ölkəyə gətirilir və xəstələr bu dərmanlarla onkoloji mərkəzlərdə müalicə olunurlar.
Mərkəzdən bildirilib ki, Azərbaycanda xərçəng xəstələri Milli Onkologiya Mərkəzində və Azərbaycan Dövlət Tibb Universitetinin Onkoloji Klinikasında kimya terapiyası alırlar.
“Bundan başqa, doqquz rayonda rayonlararası onkoloji dispanserlər fəaliyyət göstərir. Bu xəstəxanalar vasitəsilə hər ay xəstələr onkoloji dərmanlarla təmin olunurlar. Yəni xərçəng xəstələrinin adi apteklərdən dərmanlar almalarına ehtiyac yoxdur. Onlar yalnız poliklinika həkiminin təyin etdiyi xüsusi reseptlə ağrıkəsici və ya narkotik tərkibli preparatları hər bölgədə təmsil olunan müvafiq apteklərdən alırlar”, - deyə Mərkəzdən bildirilib.
Qeyd edək ki, “Xərçəng xəstələrinin dərman təminatı qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 20 dekabr tarixli 266 nömrəli qərarına əsasən, onkoloji xəstələrin ambulator-poliklinika müəssisəsinin (onkoloji mərkəz və ya regional poliklinika) təyin etdiyi xüsusi resept əsasında dərman təminatı müqavilə bağlanmış aptek vasitəsilə həyata keçirilir. Xərçəng xəstələrinin resept əsasında pulsuz əldə etdikləri dərman vasitələrinin, o cümlədən narkotik və qeyri-narkotik ağrıkəsicilərin dəyəri dövlət büdcəsindən ödənilir.
“Milli Onkoloji Dispanserdə quraşdırılan monitorlar xəstələr üçün zəruri olan dərmanların bütün siyahısını əks etdirir. Əgər siyahıdakı dərman yoxdursa, mütləq analoqu olur. Elə olur ki, bəzi dərmanlar ümumiyyətlə Azərbaycanda qeydiyyatdan keçməyib, xəstələr onları xaricdən gətirdirlər. Azərbaycanda onkoloji xəstəliklərin müalicəsi ABŞ və Avropa protokollarına uyğun aparılır. Bu protokollarda göstərilən bütün dərmanlar Azərbaycanda da müvafiq sxemlərə uyğun şəkildə istifadə olunur”, - deyə Azərbaycan Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzindən bildirilib.
Günahkar qiymət siyasətidir
“Yuxarıda qeyd olunan dərmanlarla yanaşı, Azərbaycanın əczaçılıq bazarında, həmçinin bir çox digər həyati əhəmiyyət kəsb edən dərmanlar da yoxdur. Ölkədə dərman qıtlığının səbəblərindən biri də yanlış qiymət siyasətidir. İdxal edən şirkət ölkəyə məhsul gətirmək üçün pul qazanmalıdır. Bəzən dərmanlar üçün müəyyən edilən qiymətlər idxal edən şirkətə təklif olunan qiymətlərdən ucuz olur və bu səbəbdən də şirkət bu dərmanı ölkəyə gətirməkdə maraqlı olmur. Bu halda da defisit yaranır. Nəzərə almaq lazımdır ki, bu gün bütün dünyada logistika xidmətlərinin və xammalın qiyməti artır və bu, məhsulların öz qiymətlərində də əks olunur”, - deyə “Əczaçılar Klubu” İctimai Birliyinin sədri Şövqi Bünyadov Media.az-a bildirib.
Onun sözlərinə görə, mətbuatda dərman qıtlığı məsələsi işıqlandırıldıqdan sonra yeni qiymətlər müəyyənləşdirilir və dərman apteklərdə peyda olur.
Azərbaycanın əczaçılıq sektoru idxaldan asılıdır
“Bizim üçün ciddi problemlərdən biri də yerli istehsalın olmamasıdır. Azərbaycanın əczaçılıq sektoru 95% idxaldan asılıdır. Yeni fabriklərin tikintisi çox vaxt aparır. Ona görə də məncə, Türkiyə variantını ən düzgün variant hesab edirlər. Başqa sözlə desək, dünyanın aparıcı əczaçılıq zavodlarının filiallarının ölkəmizdə açılmasına nail olmaq lazım idi”, - birlik sədri bildirib.
Şövqi Bünyadov onu da əlavə edib ki, bu, daxili tələbatın ödənilməsi ilə yanaşı, dərmanların ixracına da şərait yaradacaq. Nəticədə daxili tələbat ödəniləcək, artıq məhsulun ixracı hesabına isə ölkəyə valyuta daxil olacaq, həmçinin yüzlərlə yeni iş yeri açılacaq.
“Qeyd etmək vacibdir ki, Türkiyə daxili tələbatının 95%-ni öz ərazisindəki xarici fabriklərin filialları vasitəsilə ödəyir”, - deyə Bünyadov bildirib.
Qeyd edək ki, Azərbaycana dərmanlar, əsasən, Avropadan, eləcə də Türkiyə, Rusiya, Ukrayna və Hindistandan gətirilir.
Xəbərin oxunma sayı : 712
Sosial
Xəbərlər
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
TOP 10
ARXİV