“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bakı bazarlarında salfetli portağal: “İnsan orqanizmi üçün olduqca təhlükəlidir”

Tarix 24.01.25, 16:24

Font ölçüsü : - / +
bitmap-img6


Xaricdən idxal edilən portağallarla bağlı mübahisəli bir məqam ortaya çıxıb. Sosial şəbəkələrdə yayılan videolarda portağalın tünd rənginin boya ilə əldə edildiyi iddia olunur. Bu iddia doğrudurmu?

AzFakt.com xəbər verir ki, “Yeni Sabah”a danışan qida eksperti Fərid Səfərov mövzuya belə şərh verib:

“Portağal tərkibindəki yüksək C vitamini, kalium, fol turşusu və sitrat sayəsində hüceyrə zədələnməsinin qarşısını almaq, xərçəngə səbəb olan sərbəst radikallarla mübarizə aparmaq, immunitet sistemini dəstəkləmək və mikroorqanizmlərə qarşı qorumaq kimi faydalara malikdir.

Meyvənin qabığı da olduqca faydalıdır. Yüksək vitamin və lif ilə zəngindir. Portağal qabığı B6 vitamini, kalsium, folat, A vitamini, tiamin və riboflavin baxımından son dərəcə zəngindir.

Bu vitamin və minerallar bədənin sağlamlığını qorumağa və enerji səviyyəsini artırmağa kömək edir, kalsium sümük sağlamlığını dəstəkləyir və osteoporoz kimi problemlərin qarşısını alır,   tərkibindəki polifenollar antioksidan xüsusiyyəti ilə bədəndəki sərbəst radikallarla mübarizə apararaq hüceyrələri qorumağa kömək edir, 2-ci tip diabet, piylənmə və Alzheimer xəstəliyi kimi xəstəliklərin qarşısını alır.

Təəssüf ki, son zamanlarda satışda olan idxal edilmiş portağalın qabığını salfetlə siləndə narıncı rəngdə boya olduğu görünən videolarla rastlaşmışam. Bu cür boyalar insan orqanizmi üçün olduqca təhlükəlidir”.

F.Səfərov bildirib ki, meyvənin tez xarab olmasının qarşısını almaq və daha rəngli və gözəl görünməsi üçün bu cür boyalardan istifadə edirlər:

“Mənşəyi məlum olmayan bu cür meyvələri qətiyyən almayın! Hamısından yaxşı portağal alın.

Boyalı portağal çox iri olmur, rəngi biraz daha açıqdır, çox xoş iyi var və təbii şəkildə yetişdirilir. Bu cür meyvələri yeməklə bizə lazım olan vitamin və mineralları əldə edə bilərik. Təbii və sağlam qidalanaraq sağlam yaşayın”.



Xəbərin oxunma sayı : 817




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap