Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

Bakıda hərraca çıxarılan lüks “Rolls Royce”un sahibi kimdir? - FOTOLAR

Tarix 20.02.25, 17:51

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda hərraca çıxarılacaq "Rolls Royce"un sahibi bəlli olub. 

AzFakt.com xəbər verir ki, "Yeni Sabah”ın araşdırmasına görə, məhkəmə qaydasında müsadirə edilən 99-AF-009 dövlət nömrə nişanlı lüks avtomobil Azərbaycanlı iş adamı, "Eurohome” ticarət mərkəzinin rəhbəri, həmçinin AF Holdinq Şirkətlər Qrupunun prezidenti Azay Möhnətova aiddir. Dövlət nömrə nişanındakı "AF” hərfləri bunu ifadə edir. 

Mediada yer alan məlumatlardan məlum olur ki, Azay Möhnətov həmçinin, "AF Hotel Aqua Park"ın, "Uğur-97" şirkətinin prezidenti, Azərbaycan Memarlar Birliyinin üzvüdür.

Qeyd edək ki, ötən gün Bakıda "Rolls Royce Ghost" avtomobili hərraca çıxarılması ilə bağlı elan paylaşılıb. Lüks avtomobilin minimal satış qiymətinin 262 500 manat, ilkin qiymətinin isə 375 min manat olduğunu açıqlanıb. 2014-cü ilə aid olan ağ gümüşü rəngli, 6,6 l. mühərrik həcmli "Rolls Royce Ghost" 75 min kilometr yürüş edib. 

Avtomobilin ilk hərracı martın 6-da keçiriləcək. 

Xatırladaq ki, bu tipli hərraclar, məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı əmlakın hərracda satılması yolu ilə tələbin ödənilməsi məqsədilə icra məmurlarının sifarişi əsasında həyata keçirilir. Adətən bankda girov qoyulan əmlaklar bu qayda ilə satılır.

Açıklama yok.
Açıklama yok.







Xəbərin oxunma sayı : 619




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap