Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

Biletsiz sərnişinlər problemi maarifləndirmə, yoxsa cərimələrlə həll olunmalıdır?

Tarix 19.02.25, 22:27

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin plenar iclasında nəqliyyat vasitələrində biletsiz sərnişin daşımağa görə cərimənin artırılması və bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub.

Dəyişikliyə əsasən, dəmir yolu nəqliyyatında biletsiz və ya ödənişsiz sərnişindaşıma üçün cərimə məbləğinin 40 manatdan 80 manata çatdırılması nəzərdə tutulur.

Yeni qaydalara uyğunlaşma

Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Fərhad Eyyubov "Report"a açıqlamasında bildirib ki, müxtəlif nəqliyyat növlərində - hava, dəmir yolu və avtomobil nəqliyyatında sərnişin davranışları, təhlükəsizlik tələbləri və öhdəliklər fərqli tənzimlənir:

"Hava nəqliyyatında sərnişinin biletsiz səfər etməsi mümkün deyil, çünki bütün proseslər ciddi şəkildə qeydiyyata alınır. Dəmir yolu nəqliyyatında da bu qaydalar tədricən tətbiq olunmağa başlanıb. Məsələn, uzaq səfərlər üçün sərnişinlərdən şəxsiyyət vəsiqəsi və ya digər sənədlər tələb edilir".

Ekspert əlavə edib ki, şəhərətrafı nəqliyyat vasitələri və dəmir yolu da bu sistemə uyğunlaşdırılır:

"Əvvəllər dəmir yolu nəqliyyatında sərnişinlərin biletləri nəzarətçilər tərəfindən yoxlanır və biletsiz sərnişinlər cərimələnirdi. Moskvada isə bu sistem daha sərt idi - yoxlama zamanı üçqat, dördqat, hətta beşqat cərimələr tətbiq edilirdi. Bu yanaşma həm nəqliyyat sektorunda çalışanların məsuliyyətini artırır, həm də sərnişinləri daha diqqətli olmağa sövq edirdi".

Maarifləndirmə, yoxsa inzibati cərimə?


F. Eyyubov qeyd edib ki, hazırda nəqliyyat vasitələrinin istismar xərcləri və işçi haqları nəzərə alınaraq sərnişin daşımada rentabelliyin təmin olunmasına çalışılır:

"İctimai nəqliyyatda rentabellik çox aşağı səviyyədədir. Məsələn, avtobuslarda bu göstərici cəmi 5-6 %-dir. Buna görə də nəqliyyat şirkətləri sərnişinlərin bilet almalarını təmin etməyə çalışırlar. Hazırda avtobuslarda kart sistemi tətbiq edilir və bu istiqamətdə güclü nəzarət mexanizmi var. Ümumilikdə, sərnişinlərin məsuliyyətini artırmaq üçün nəzarət modelləri təkcə inzibati cərimələrə deyil, həm də maarifləndirməyə əsaslanmalıdır. Əgər insanların mədəni səviyyəsi yetərincə yüksək olsa, bu problemi təkcə maarifləndirmə ilə həll etmək mümkün olardı".

O əlavə edib ki, bəzi hallarda cərimələrin artırılması zərurətə çevrilir:

"Bu, yol hərəkətinin təşkili və digər nəqliyyat məsələlərində geniş tətbiq edilən tendensiyadır. İnsanlar qaydalara riayət etməyə məcbur olurlar. Əvvəllər cərimələr minimum əmək haqqına uyğun müəyyən edilirdi, indi isə konkret məbləğlər təyin edilir. Əlbəttə, həddindən artıq yüksək cərimələrin tərəfdarı deyiləm, lakin hər ölkə bu tədbirləri öz reallıqlarına uyğun tənzimləməlidir. Əsas məsələ odur ki, cərimələr düzgün istiqamətdə tətbiq edilsin".



Xəbərin oxunma sayı : 748




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap